Siyasət
Prezident İlham Əliyev Cocuq Mərcanlıya 1,5 milyon manat ayırdı
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev İlhan Aküzümü "Dostluq" ordeni ilə təltif etdi
Prezident İlham Əliyev İ.Aküzümün "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Aleksandr Lapşin: "Öz əməlimdən səmimi peşmançılıq hissi keçirirəm"
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 11 sentyabr tarixli sərəncamı ilə əfv edilmiş İsrail vətəndaşı Aleksandr Lapşin dövlətimizin başçısına minnətdarlıq məktubu göndərib.
Sektor müdiri: "Şarmazanovun saxta tarixi sayıqlamaları erməni xalqını daha da dolaşdırır"
Məhz Azərbaycan 1918-ci ildə ermənilərə öz dövlətlərini yaratmaq məqsədilə İrəvan xanlığının ərazisini və İrəvan şəhərini hədiyyə edib. Bunu Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun İngiltərənin "Mançester Yunayted" klubunun Azərbaycandan 40 il öncə yaradılmasına dair bəyanatını şərh edərkən bildirib.
Elmar Məmmədyarov vyetnamlı həmkarı ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın xarici işlər naziri Fam Binh Minhlə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlər dərin tarixi köklərə malik olduğunu bildirərək, bu xüsusda, 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xüsusi qeyd edib. Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə həmkarına məlumat verən nazir E.Məmmədyarov Avropaya ixracın artırılmasında maraqlı olan Vyetnamın da bu layihədən faydalana biləcəyini və nəticə etibarilə, Vyetnamdan Avropaya olan nəqliyyat marşrutunun qısalacağını diqqətə çatdırıb.
Millət vəkili: “Azərbaycanla İsrail arasında tarixi əlaqələr var”
Azərbaycanın müdafiə nazirinin İsrailə səfəri iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi, yeni silahların alınması, eyni zamanda ordu quruculuğu məsələsində hər iki ölkənin əldə etdiyi təcrübənin bölüşdürülməsi məqsədi daşıyır”. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
Bahar Muradova Vyetnam nümayəndə heyəti ilə görüşüb
Milli Məclis Sədrinin müavini Bahar Muradova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çyunq Txi Mayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər mövzusunda konfrans keçirilib
Sentyabrın 13-də Azərbaycan Respublikasının Səfirliyi və Vyetnam Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə Hanoyda " Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər" mövzusunda konfrans təşkil edilib. “Olaylar” xəbər verir ki, Konfrans Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.
Qənirə Paşayeva Türk dünyası QHT-lərini fəal olmağa çağırdı
Millət vəkili Qənirə Paşayeva ön cəbhədə Türkiyə nümayəndə heyətinə işğalçı Ermənistanın vandalizm aktlarını göstərib və həqiqətlərimizin daha geniş yayılmasında Türk dünyası QHT-lərini daha fəal olmağa çağırıb. Qardaş Türkiyədən gəlmiş və Azərbaycanın Türkiyədə daha geniş tanıdılmasında, Qarabağ həqiqətlərinin yayılmasında fəal olan İSTAD təşkilatının sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 17 nəfərlik nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində ön cəbhə rayonu olan Tovuza da səfər ediblər. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın müşayiəti ilə qonaqlar Tovuzda ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər.
Yaponiyanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi
Yaponiyanın Baş naziri Şinzo Abe Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyil
Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilib. Tədbir AMEA-nın Tarix İnstitutu və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə reallaşıb.
Təl-Əviv-Bakı münasibətləri inkişaf edir
Azərbaycanın xarici siyasətində İsraillə əməkdaşlıq, bu ölkə ilə əlaqələri daha da inkişaf etdimək mühüm istiqamətlədən birini tutur. Müsbət tendensiya bundan ibarətdir ki, rəsmi Təl-Əviv də öz növbəsində Bakı ilə əməkaşlıqda maraqlı görünür və Cənubi Qafqazda Azərbaycanın yeri və rolunu xüsusi qiymətləndirir.
Günel Səfərova: "ATƏT qanunsuz seçkilərin və saxta müşahidəçiliyin qarşısını almalıdır"
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.
Müdafiə naziri İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub
İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub.
İnstitut direktoru: "Erməni mənbələri təsdiq edir ki, İrəvanda oturaq erməni əhalisi yaşamayıb"
İlk mənbələr, o cümlədən erməni mənbələri təsdiq edir ki, İrəvan şəhərində oturaq erməni əhalisi yaşamayıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimində çıxış edərkən deyib. O bildirib ki, ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyillər.



.jpg)










