Siyasət

Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib

15 Sentyabr 2017 17:38

“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə hərbi aviasiyasının növbəti qrupu Azərbaycana gəlib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Prezident İlham Əliyev: "Azərbaycana qarşı böhtan kampaniyasının məqsədi güclənən ölkəmizin potensialından öz maraqları üçün istifadə etməkdir"

15 Sentyabr 2017 16:36

Bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Bunu Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışından iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşündə deyib. Dövlətimizin başçısı qeyd edib: "Biz 25 ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Bunların da məqsədi aydındır: Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycanın potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu bizi heç vaxt yolumuzdan döndərə bilməz. Biz haqq yolundayıq".

Fransa XİN: “Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın aparıcı tərəfdaşıdır”

15 Sentyabr 2017 16:00

"Azərbaycan Cənubi Qafqaz regionunda Fransanın aparıcı tərəfdaşıdır". Bu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri ilə bağlı bu ölkənin XİN-in yaydığı bəyənatda bildirib. Bəyanatda qeyd olunub ki, Fransanın enerji mənbələrin təminatı və Avropa ilə Asiyanı birləşdirdiyi təchizat marşrutlar üzərində yerləşən Azərbaycan bu regionda özünəməxsus mövqeyə malikdir.

Prezident: “Qəzalı məktəblərlə bağlı problem 2-3 il ərzində həllini tapmalıdır”

15 Sentyabr 2017 15:52

“Son illər Bakıda, Azərbaycanda məktəblərin əksəriyyəti təmir olunub. Yeni məktəblər, korpuslar tikilib”. Bunu bu gün prezident İlham ƏliyevArif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə söyləyib.   Dövlət başçısı deyib ki, Bakıda 300-dən çox məktəb var: “Son məlumata görə, 20-ə qədər məktəbin təmirə ehtiyacı var. Əminəm ki, gələn il, əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək. Bu il Bakıda 10 məktəb əsaslı təmir olunub, tikilib.

Beynəlxalq humanitar hüquq mövzusunda kurs keçirilib 

15 Sentyabr 2017 15:37

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiuyi xəbərə görə, Müdafiə Nazirliyi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi arasında 2017-ci il üçün əməkdaşlıq fəaliyyəti çərçivəsində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün beynəlxalq humanitar hüquq mövzusunda təlim kursu keçirilib. Kursun məqsədi iştirakçıları müharibə gedən ölkələrdə müvafiq qanunvericilik və normalarla tanış etmək, eyni zamanda  hərbi əməliyyatlar zamanı davranış, mülki əhalinin təhlükəsizliyi, yaralı və xəstələrin beynəlxalq hüquq normaları çərçivəsində qorunması,  hərbi münaqişədən zərər çəkmiş dinc sakinlərə dəstək vermək və onların qarşılaşdığı mövcud problemlərin həlli barədə fikir mübadiləsinin aparılmasından ibarət olub. Bağlanış mərasimində çıxış edənlər kursun əhəmiyyətini və mənimsənilən biliklərin praktiki tətbiqinin vacibliyini vurğulayıblar.

Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini ilə görüşdü

15 Sentyabr 2017 15:12

Sentyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb. Birinci vitse-prezident Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onların sentyabrın 14-də Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasında iştirakını məmnunluqla qeyd etdi. Bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirdi. Diqqətə çatdırdı ki, bu illər ərzində neft sahəsində əməkdaşlıq üzrə yaxşı təcrübə toplanıb və qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük potensial var.

İqtisadiyyat naziri Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb

15 Sentyabr 2017 14:55

İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır. Qeyd olunub ki, ölkəmiz BƏƏ ilə iqtisadi əməkdaşlığın genişlənməsinə önəm verir. Artıq BƏƏ-də Azərbaycanın ticarət nümayəndəsi təyin olunub. Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib, Dubayda keçirilən “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində  vahid ölkə stendində nümayiş olunan Azərbaycan məhsullarına  iş adamları tərəfindən böyük maraq göstərilib və yerli məhsullarımızın xarici bazarlara çıxarılmasına başlanılıb.

Elmar Məmmədyarov Laos prezidenti ilə görüşüb

15 Sentyabr 2017 14:54

Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Bounyanq Volaçit ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Laosun dövlət başçısına çatdırıb. Laos Prezidenti B.Volaçit Azərbaycan Prezidentinin səmimi salamlarına görə təşəkkür edib, onun da salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. Prezident B.Volaçit iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Azərbaycan və Laos arasında ənənəvi dostluğa toxunan B.Volaçit çoxsaylı Laos tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, laoslu mütəxəssislərin yetişdirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Prezident və xanımı 20 nömrəli məktəb-liseyin açılışında

15 Sentyabr 2017 14:32

Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, 20 nömrəli məktəb-liseyin əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbin binası əsaslı şəkildə təmir edilib. Elə həmin il sentyabrın 15-də - Bilik günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəbdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi zərurətə çevrilib. Bunu nəzərə alan Prezident İlham Əliyev müvafiq göstəriş verib və bu təhsil ocağı üçün əvvəlkindən daha böyük, ən müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Ölkəmizin ən böyük təhsil müəssisəsi olan 20 nömrəli məktəb-liseyin binası indi paytaxtın müasir və memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir.

Ermənilər Avropada necə "azərbaycanlı" olurlar?

15 Sentyabr 2017 14:14

"Gecə idi, yatmışdıq. Qəflətən çarpayımın yanında durmuş qadın polisin səsinə ayıldım. Bizə dedi ki, əşyalarımızı yığıb hava limanına yollanmaq üçün iki saatımız var. Ermənistana deportasiya edilirdik". Lüsine Gevorkyan belə deyir. 2014-cü ildə o, əri və iki uşağı ilə birlikdə İsveçdən deportasiya edilib. Gevorkyanlar ailəsi İsveçdə 6 il yaşasalar da, onlara qaçqın statusu və sığınacaq verilməyib. İsveçin Miqrasiya Agentliyi hələ ən azı 22 min qanunsuz miqrantın deportasiya ediləcəyini bəyan edib.

Azərbaycan və Böyük Böyük Britaniya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

15 Sentyabr 2017 14:04

Azərbaycan və Böyük Britaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələri Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Böyük Britaniya tərəfdən isə Avropa və Amerika məsələləri üzrə Dövlət Naziri Alan Dunikan aparıb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir müavini X.Xələfov Böyük Britaniya nümayəndə heyətini səmimiyyətlə salamlayaraq Azərbaycan və Böyük Britaniya arasında siyasi dialoqun intensiv şəkildə inkişafının məmnunluq doğurduğunu və Azərbaycanın Böyük Britaniya ilə tərəfdaşlığa xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırdı.

Xələf Xələfov Yaponiya nümayəndəsi ilə Qarabağdan danışıb

15 Sentyabr 2017 14:00

Xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Manabu Horii ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşün əvvəlində tərəflər Azərbaycan Respublikası hökuməti və Yaponiya hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələblərindən azad olunması haqqında notalar mübadiləsi həyata keçiriblər. Həmçinin, adi pasport sahibləri üçün viza rəsmiləşdirilməsi prosedurasının sadələşdirilməsi niyyəti ifadə edilib. X.Xələfov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini məmnunluqla xatırlatdı və ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.

Oqtay Əsədov AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

15 Sentyabr 2017 13:45

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan  Avropa Şurası Parlament Assambleyasının (AŞPA-nın) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennakı və Sezar Florin Predanı qəbul edib. MM-dən “Olaylar”a verilən məlumata görə,  sədr qeyd edib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən ölkəmiz üzrə hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzənin mətni ilə tanışdır.