İrana avtomobil yolunun pulunu yeyən rəsmi Yerevan indi yenidən İran-Ermənistan dəmir yolu üçün pul axtarır

Mübariz Əhmədoğlu

politoloq

Ermənistanın davranışının qəribəlikləri hədsiz çoxdur. Qərb dünyası hədsiz subyektiv parametrləri, o cümlədən dini faktoru nəzərə alaraq Ermənistanın davranışına kifayət qədər diqqət ayırmır. Ermənistanda ciddi sivil pozuntulara göz yumur. İranla əlaqələrErmənistan üçün həyati məsələdir. Rəsmi Yerevan üç dəfə İranı özünün xilaskarı adlandırıb. Ermənistan İranla münasibətlərinin  həmişə xüsusi təbliğatını aparıb.

"Şimal-Cənub" avtomobil yolunun tikintisinin cari vəziyyəti barədə Ermənistan rəsmilərinin yaydığı məlumatlardan bəlli olur ki, İrana avtomobil yolunun tikintisi üçün nəzərdə tutulmuş pul yeyilib. Pul yeyildiyi üçün yolun tikintisi yubanıb. Yolun tikintisinin yubanması dünya bazarında gedən maliyyə böhranı ilə eyni müddətə düşdüyü üçün "Şimal-Cənub" avtomobil yolunun tikintisi təxminən 2 dəfə bahalaşıb. Əgər bu layihə reallaşmağa başlayarkən ümumi məbləği təxminən 1 milyard dollar (960 milyon dollar) idisə, indi yolun tikintisinin başa çatması üçün 2 milyard dollar vəsait lazımdır. Dörd hissəli yoldan birinci hissənin hazır olub-olmaması məsələsi mübahisəlidir.

"Şimal-Cənub" avtomobil yolu Ermənistanın Gürcüstanla sərhədini İranla olan sərhədi ilə birləşdirməlidir. Erməni versiyasına görə bununla Fars körfəzi Qara dənizlə birləşməlidir. Nəticədə Ermənistan beynəlxalq tranzit ərazisinə çevrilir.

Ermənistanda korrupsiya, rüşvətxorluq qarşısında toxunulmaz sahə və ya müqəddəs heç nə yoxdur. Milli maraqlar da korrupsiyanın güdazına verilir.

Ermənistanın davranışındakı digər paradoks ondan ibarətdir ki, Ermənistan İran-Ermənistan dəmir yolunun tikintisi üçün investisiya axtarmaqla məşğuldur. Başqa sözlə, "Şimal-Cənub" avtomobil yolu tikintisinin investorlarını aldadan rəsmi Yerevan "Şimal-Cənub" dəmir yolunun tikintisi üçün investor axtarmaqla məşğuldur.

Ermənistan xristian dünyasının  xoş münasibətindən sui-istifadədə əndazəni aşıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31