Siyasət
Düşmən 118 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Putinin adamı Qarabağın qiymətini açıqladı
İlham Əliyev xanımı ilə birgə Amerikaya getdi
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə səfərə gediblər.
Azərbaycanın 6 gün dövlət başçısı olan xanım kimdir?
Cəmi 6 gün Azərbaycanın dövlət başçısı olub: 9-15 sentyabr, 1920-ci il… Yelena Stasova – Milliyyətcə rusdur. Ölkəni idarə edəndə 47 yaşı varmış. Sələfi: Viktor Naneyşvili, xələfi: Vladimir Dumbadze… Yelena Dmitriyevna Stasova (ləqəbləri: Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma, Gerta) 3 oktyabr 1873-cü ildə Sankt-Peterburqda dünyaya gəlib. Rusiya və SSRİ-nin siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri olub, Sosialist Əməyi Qəhrəmanı idi. (1960)
Yeni Qarabağ sövdələşməsi: Kreml 5 rayon əvəzində nə istəyir?
Moskvada gecə klubunda bomba təhlükəsi - 600 nəfər təxliyyə olundu
Ordumuz 15 min əsgəri ayağa qaldırır: 150-dək tank hərəkətə gətiriləcək
Azərbaycanlıya BMT-də yüksək vəzifə verildi
"ATƏT-də 10 illik fəaliyyətimi başa vuraraq, avqust ayından etibarən BMT-də çalışmağa başlamışam". Bunu bir müddət əvvəl ATƏT-in Vyanadakı Baş ofisində mətbuat xidmətinin əməkdaşı vəzifəsində çalışmış Rəşad Hüseynov sosial şəbəkədə paylaşıb. R.Hüseynov bundan sonra BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi kimi (National Information Officer, UN Department of Public Information) fəaliyyət göstərəcəyini yazıb: "Media və vətəndaş cəmiyyəti təşkilatları ilə faydalı əməkdaşlıq edəcəyimə ümid edirəm".
Bərzani Kərkükdən sonra Naxçıvanı da istədi
Referendum keçirtməyə hazırlaşan kürd lideri Bərzani Kərkükdən sonra Naxçıvana iddialıdır. Kürdlərin rəsmi telekanalı olan Rudav Tv yayımlanan “Kürdüstan” xəritəsində Azərbaycan ərazisi olan Naxçıvan Muxtar Respublikası Kürdüstan ərazisi kimi göstərilib.
Prezidentin iqamətgahında gizli kamera tapıldı: 8 il əvvəl...
Putin Polad Bülbüloğlunun dostunu İrəvana göndərdi – GİZLİ QARABAĞ DANIŞIQLARI
Yeni fəxri ad təsis ediləcək
Azərbaycanda yeni fəxri ad təsis ediləcək. Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda Gənclər və İdman Nazirliyinə gələn il üçün ölkədə “Gənclər siyasəti sahəsinin Fəxri İşçisi” adının təsis edilməsi tapşırılıb.
Magistraturada yeni ixtisas yaradılacaq
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisas əlavə ediləcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 16-da imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.
Azərbaycanın səfiri ABŞ-ın nüfuzlu radio verilişinin qonağı olub
ABŞ-da məşhur və geniş auditoriyaya malik olan Con Batçelor Şou radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb. Sözügedən radio verilişinə həmçinin ABŞ-da ən nüfuzlu yəhudi liderlərindən biri hesab olunan Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının sədr müavini və baş icraçı direktoru Malkolm Honlayn da qatılıb. Səfirlikdən “Olaylar” – a bildirilib ki, müsahibə zamanı səfir E.Süleymanov 14 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından danışıb. O, bu imkanın 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və strateji baxışı sayəsində imzalanmış və onun adı ilə bağlı olan “Əsrin müqaviləsi” nəticəsində yarandığını və yeni sazişin 2050-ci ilədək uzadılmasının bir daha Azərbaycanın etibarlı tərəfdaş olmasının göstərici olduğunu vurğuladı.



375656.jpg)



.jpg)






