Siyasət

Azərbaycan genişmiqyaslı hərbi təlimlərə başladı 

18 Sentyabr 2017 14:12

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Təlimlər sentyabrın 22-dək davam edəcək.

Müdafiə naziri “TurAz Qartalı - 2017” təlimlərinin açılış mərasimində iştirak edib 

18 Sentyabr 2017 14:11

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, eləcə də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin açılış mərasimində iştirak ediblər. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə başlayıb.

İraqda keçiriləcək referendum dünyada separatizmin fəallaşmasına səbəb olacaq

18 Sentyabr 2017 13:44

İrəvan da bu presidentdən yararlana bilər İraqın rəsmi şəkildə parçalanması gerçəkləşmək ərəfəsindədir. Söhbət İraq kürdlərinin bu günlərdə keçirəcəkləri referendumdan gedir. Bir növ Kürdüstan dövlətinin yaradılmasına hesablanmış bu referendum təkcə İraq üçün fəlakət, təhdid vəd etmir. Eyni zamanda İrqanın qonşuları, Türkiyə, İran üçün də təhlükə gələcəkdən xəbər verir. Çünki Qərbin dəstək verdiyi Kürdüstan dövlətinin yaradılması planında Türkiyə və Iran əraziləri də ehtiva olunur. Bəs görəsən analitiklər. ekspertlər bu barədə nə düşünür? “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, İraqdakı kürdlərin müstəqlliyi onları mərkəz Bağdad və qonşularla – İran və Türkiyə ilə üz-üzə qoyacaq: “İraq kürdləri sentyabrın 25-də referenduma hazırlaşırlar. İspaniyadakı katalonlar isə bundan 1 həftə sonra müstəqilliklə bağlı referendum keçirəcəklər. Əlbəttə, Şimali İraqda və Kataloniyada keçiriləcək referendumlar hələ bu bölgələrin müstəqil dövlət kimi tanınması anlamına gəlməyəcək.

ATƏT-in Minsk Qrupuna inam qalmayıb

18 Sentyabr 2017 13:41

Onların Dağlıq Qarabağ probleminin həllinə nail olacaqları şübhə doğurur Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində növbəti passivlik mərhələsi hökm sürür. Daha doğrusu bu passivlik diplomatik səviyyədə özünü göstərir. Həbi müstəvidə isə əvvəlkindən də daha aktiv proseslər cərəyan etməkdədir. Azərbaycanın İsraillə hərbi sahədə əlaqələrini genişləndirməsi, bu günlərdə Azərbaycan və Türkiyənin hərbi hava qüvvələrinin “TurAz qartalı-2017” adlı hərbi təlimlər keçirməsi, işğalçı Ermənistanın isə Rusiya ilə hava hücumundan müdafiə komandanlığı yaratması deyilənlərin sübutudur. Bütün bu cərəyan edən hadisələr, regionda hərbi hərəkətliliyin artmasını isə təəssüflər olsun ki, Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu səssi şəkildə izləmək, müşahidə etməklə məşğuldur. Sonuncu dəfə regiona ənənəvi nəticəsiz səfərlərindən keçən müddətdə danışıqlar prosesində ciddi bir dönüşün baş verəməməsi əvəzində hərbi aktivlyin artması yeni bir qarşıdurma, hərbi əməliyyatların baş vermə ehtimalını artırır.

Deputatdan təklif: Ali təhsil haqqında” da qanun layihəsi hazırlansın

18 Sentyabr 2017 13:19

Parlamentin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Asim Mollazadə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasını vacib sayır.“Olaylar” xəbər verir ki, millət vəkili bu təklifini adıçəkilən komitənin sentyabrın 18-də keçirilən iclasında səsləndirib:“Hesab edirəm ki, ali təhsillə də bağlı qanun layihəsinin hazırlanması və qəbulu vacibdir. Odur ki, bu sessiyada olmasa da, yaz sessiyasında belə bir sənədi hazırlayıb müzakirələrə təqim etmək məqsədəuyğun olardı. Ümumiyyətlə, ölkənin elm və təhsil sahəsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi ən əhəmiyyətli məsələlərdən biri kimi öndə tutulmalıdır”.

Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

18 Sentyabr 2017 13:11

ABŞ-ın İraqdakı radikal qruplaşmalara, o cümlədən İŞİD-ə milyardlarla dollarlıq silah-sursat ötürməsi haqda informasiya kampaniyasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır. Bu iddianı Ukraynanın “Xvilya” internet-nəşri irəli (http://hvylya.net/analytics/geopolitics/oruzheynyie-manipulyatsii-lubyanki.html)sürüb. Həmin informasiya kampaniyasında Azərbaycanın da adı hallandırılır. Xəbər verildiyi kimi Bolqarıstanın “Trud” qəzeti “Anonimous Bulgaria” adlı hansısa haker qrupunun sızdırdığı sənədlərə istinadən Azərbaycanı diplomatik yük adı altında Amerika silahlarını Suriyaya daşımaqda ittiham edən yazı dərc edib. Həmin yazının müəllifi ruslarla əlaqələri olan Diana Qaytanjiyevadır.Ukrayna nəşri hesab edir ki, informasiya kampaniyasının məqsədi ABŞ-ın bu və ya digər formada müttəfiqləri olan Almaniya, Azərbaycan, Türkiyə və Ukraynanı hədəf almaqdır.

Minlərlə insanın həyatı bahasına aparılan enerji resursları mübarizəsi

18 Sentyabr 2017 12:31

Son həftələr dünyanın diqqəti Myammaya yönəlib. Kütləvi şəkildə müsəlmanlaın soyqırıma məruz qalmasını dünyanın səssiz müşahidə etməsi bu soyqırımın miqyasını daha da genişləndirir. Bu gün məhdud sayda ölkələr Myammadakı soyqırımın dərhal durdurulmasını tələb edir, bu ölkədən qaçqın düşən minlərlə insana humanitar yardım göstərir. Təbii ki, Azərbaycan və Türkiyə də bu ölkələr sırasında yer alır. Düzdür, son bir neçə gündə kütləvi qətliamlara bir qədər ara verilsə də, lakin problem hələ də tam həll edilməmiş qalır. Bir çoxları Myamma soyqırımının da arxasında Qərbin dayandığı qənaətindədir. Siyasi təhlilçi Vüqar Zifəroğlu deyir ki, istər Myanmada olsun, istərsə də müsəlmanların kompakt yaşadığı dünyanın hər hansı bir nöqtəsində, əgər geosiyasi və geoiqtisadi maraqlar toqquşursa o zaman yaşananların dəhşətindən və qətliamların miqyasından asılı olmayaraq münasibət təbii ki, kifayət qədər soyuq və ikitərəfli olur.

Lapşinin növbəti Azərbaycan təxribatı 

18 Sentyabr 2017 12:20

Fırıldaqçı blogger yenə Bakını hədəf seçdi Aleksandr Lapşin yenidən gündəm yaratmaq eşqinə düşüb. Səfil, tüfeyli həyat tərzinə öyrənən bu fırıldaqçı blogger ölkə qanunlarını pozduğuna görə həbs olunub bir neçə ay türmə həyatı yaşasa da, görünür hələ də ağıllanmayıb. Məlumat üçün qeyd edək ki, avara, səfil kimi dolaşmağa öyrəncəli olan Lapşin bir neçə aylıq həbsxana həyatına tab gətirməyərək özünə sui-qəsd etməyə cəhd göstərmişdi. Beynəlxalq səviyyədə təxribatçı və fırıldaqçı kimi tanınan Lapşinin özünü öldürəcəyi və bunun Azərbaycana heç də fayda gətirməyəcəyini nəzərə alan rəsmi Bakı onun azad edilməsi qərarını verdi. Və beləliklə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir daha humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirərək Lapşini əfv etdi. Əfv ediləndən dərhal sonra dövlət başçısına yazılı şəkildə təşəkkürünü ifadə edən Lapşin bu vaxta qədər etdiyi qələtlərə görə də üzr istədi. Beləliklə, Aleksandr Lapşin çoxərli arvad kimi vətəndaşı olduğu ölkələrdən birinə, İsrailə təhvil verildi.

Diplomatik xidmət keçənlərə əlavə imkanlar yaradılır

18 Sentyabr 2017 12:14

“Diplomatik xidnət haqqında” qanuna dəyişiklik edilir. Məlumata görə, dəyişikliyə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara göndərilə bilərlər. Həmçinin diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət oraqnlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər öz razılıqları ilə peşəkar hazırlıq və əlavə təhsil və yaxud elmi tədqiqat aparılması üçün Azərbaycan Respublikasında və ya digər ölkələrdə yerləşən ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara müvəqqəti olaraq göndərilə bilərlər. Qanun layihəsi Milli məclisin plenar iclasına tövsiyyə  olunub.

Millət vəkili: Dərsliklərin yazılmasında inhisarçılıq var

18 Sentyabr 2017 12:14

Bu gün dərsliklərin yazılmasında inhisarçılıq var. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Musa Qasımlı komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir: “Bir dərslikdə nə qədər xronologiya, nə qədər adam adı ola bilər? Tarix dərsliklərinə verilən tələblər ayrıdır. Bizim dərsliklərimiz çox ciddi şəkildə düzəldilməlidir. Dərsliklərdə əsas ideya dövlətçiliyi aşılamalıdır, statistika aşılamamalıdır”. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rafael Hüseynov təklif edib ki, dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca qanun layihəsi hazırlansın. Onun fikrincə, Azərbaycanda dərslik siyasəti ilə bağlı ciddi işlər görülməlidir: “Son dövrlərdə dərsliklərlə bağlı tənqidi fikirlər çox səslənir. Məsələnin aktuallığı nəzərə alınaraq, Təhsil Nazirliyinin Ekspertiza Şurası da yaradılıb.

Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe eyni vaxtda ABŞ, Rusiya və İranın müqaviməti ilə üzləşib

18 Sentyabr 2017 11:30

Dağlıq Qarabağ tənzimlənməsində unikal vəziyyət yaranıb. Tarixdə ilk dəfə olaraq Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe ABŞ, Rusiya və İranın müqaviməti ilə üzləşib. İran Ermənistanla münasibətlərdə yeni strategiya hazırlayıb. Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən İranın Ermənistanla əlaqəli yeni strategiyasının reallaşması mümkün deyil. İran isə öz strategiyasının qəbulundan ötrü Ermənistana təzyiqlər edir və təzyiqlər effektsiz deyil. Amma daha ciddi proseslər ABŞ və Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində baş verir. Bunların Dağlıq Qarabağ məsələsində öz aralarında fikir ayrılığının olmadığını dəfələrlə bəyan etsələr də reallıqda ciddi rəqabət özünü göstərir.

Azərbaycanda “TurAz Qartalı - 2017” təlimləri başlayıb

18 Sentyabr 2017 10:58

Sentyabrın 18-dən ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri başlayıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Düşmən 118 dəfə atəşkəs rejimini pozub

18 Sentyabr 2017 10:54

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Dovex, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.