Siyasət
Ziya Məmmədov jurnalistləri ələ saldı -"Açıqlama yerinə bağlama alarsız"
Hərbiçilər üçün yeni yaşayış kompleksi istifadəyə verilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıblar. “OLAYLAR”-ın xəbərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə tanış olub.
Düşmən 125 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 125 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Beynəlxalq Türk Akademiyasının növbəti tədqiqat ekspedisiyası Azərbaycana təşkil olunacaq
"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın canlanması" beynəlxalq tədqiqat ekspedisiyası başa çatıb. Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiya başa çatıb. 15 avqust tarixində Monqolustanın Kentay bölgəsindən başlayan tədqiqat səfəri 18 sentyabrda Qazaxıstanın Jezkazqan şəhərinin Ulutau qəsəbəsində yekunlaşıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə və Başqırdıstan və Dağıstandan dövlət və ictimai xadimlər, tarixçi-arxeoloqlar və media nümayəndələrinin iştirak etdiyi ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərindəki tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunub.
İlham Əliyev sabah BMT-də çıxış edəcək
Sentyabrın 19-da Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində BMT-nin mənzil-qərargahında ümumi siyasi diskussiya açılacaq. Sessiya iştirakçıları qarşısında 120-dən çox dövlət və hökumət başçıları, həmçinin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər. Ümumi müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi barədə illik məruzəsini təqdim edəcək. Ənənəyə uyğun olaraq, Baş Assambleyanın tribunasından ilk müraciəti ABŞ və Braziliya prezidentləri edəcək. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də günün birinci yarısında çıxış edəcək.
Türkiyə və Azərbaycandan göz dağı – Sərkisyanın 4 milyonluq nağılı...
Sarkisyanın iştirak etdiyi toyda Azərbaycan mahnısı səsləndi – VİDEO
Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ Etnik Anlaşma Fondunun sədri ilə görüşüb
Türkiyəli general: "Afrin əməliyyatına Rusiyanı razı sala bilməmişik"
"Türkiyə sərhədin o tərəfindəki Afrin bölgəsində hərbi əməliyyatlar keçirmək üçün hazırlıqlara başladığını açıqlasa da, hal-hazırda sözün gerçək mənasında və hərtərəfli hazırlıqlar olduğunu düşünmürəm. Məncə, Rusiyanı tamamilə razı sala bilməmişik. Hal-hazırda Rusiya orada PYD-nin arxasında durduğunu göstərir. Ancaq Rusiya bunu PYD-yə rəğbət bəslədiyinə görə yox, ABŞ-ı oradan uzaq tutmaq və tarazlıq yaratmaq üçün edir". Bunu istefada olan general-leytenant, "Yeni Çağ" qəzetinin hərbi-strateji məsələlər üzrə şərhçisi Armağan Kuloğlu deyib. O bildirib ki, Suriyanın Afrin bölgəsi hal-hazırda Türkiyəyə təhdid yaradır, PYD terrorçuları oradan Türkiyəyə atış açır, terror aksiyaları törədirlər: "Afrin o vəziyyətdə ikən "Əl-Qaidə" terror təşkilatının bir qolu olan "Ən-Nusra" İdlibdə üstünlük qazandı. ABŞ onları oradan təmizləmək üçün əməliyyat planı hazırlayır, əməliyyatı ABŞ özü keçirəcək, yoxsa bu işi PYD-yə gördürəcək? Əməliyyatı PYD-nin əliylə həyata keçirmə ehtimalı yüksəkdir.
Elmar Məmmədyarov Azərbaycanda təhsil almış laoslu tələbələrlə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanda təhsil almış laoslu tələbələr qrupu ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir təhsil sahəsinin Azərbaycan və Laos arasında ikitərəfli humanitar münasibətlərdə xüsusi yer tutduğunu və bu sahədə tarixə söykənən ənənəvi əməkdaşlığın davam etdirilməsi və irəlilədilməsinin vacib olduğunu qeyd etdi. O həmçinin, Laosa rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə təhsil sahəsində əlaqələrin inkişafı üçün qarşılıqlı xoş niyyətin ifadə edildiyini bildirib.
Deputatımız AŞ PA-nın t ədbirinə sədrlik edəcək
Sentyabrın 20-də Sahibə Qafarova Norveçin paytaxtı Oslo şəhərinə səfərə yola düşəcək. Bu barədə Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, millət vəkilimiz AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri qismində fakt-araşdırıcı missiyaya rəhbərlik edəcək. Səfər sentyabrın 23-də başa çatacaq.
Rafael Hüseynov Fransaya səfər edəcək
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək.
Sevinc Fətəliyeva AŞ PA-nın tədbirinə qatılacaq
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə Alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək Fransa paytaxtında səfərdə olacaq. Bu barədə MM-dən “Olaylar”a vüeilən məlumata görə, millət vəkili qurumun Sosial komitəsinin iclasında iştirak edəcək. İclasda “2016-2017-ci illər üzrə ATƏT-in fəaliyyəti” müzakirə olunacaq, miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq.
Azərbaycan-Türkiyə hərbi alyansı formalaşır
Məhəmməd Əsədullazadə: “Hərbi təlimlər işğalçı Ermənistana bir mesajdır” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 18-də müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Məlumat üçün qeyd edək ki, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunlar müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirəcəklər.








.jpg)





