Siyasət

Mogerininin müavini Bakıya gəlir -  Prezidentlə görüşəcək

9 Oktyabr 2017 11:40

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin müavini Jan Kristof Bellard bu gün Azərbaycana səfər edəcək. Bunu açıqlamasında Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib.

Müdafiə naziri Belarusun döyüş texnikaları ilə tanış olub

9 Oktyabr 2017 11:23

Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.

Mehriban Əliyeva fəaliyyətinin böyük bir qismini xalqın sosial rifahının yaxşılaşdırmasına həsr edib

9 Oktyabr 2017 11:21

Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev referendumdan sonra yaranan vitse-prezidentlik institutunun ölkəmiz üçün qısa zaman kəsiyində gördüyü işləri şərh edərkən deyib ki, referendum Prezident İlham Əliyevin qeyd etdiyi kimi xalqımızın həyatında, ölkəmizin taleyində mühüm rol oynadı.

Vaşinqton Post qəzeti Azərbaycan diplomatının cavab məktubunu dərc etdi

7 Oktyabr 2017 16:55

ABŞ-ın Vaşinqton Post qəzeti Azərbaycanın Vaşinqtondakı Səfirliyinin əməkdaşı İnci Sadıqovanın qəzetin son zamanlar bir neçə qərəzli məqaləsinə cavab məktubunu dərc etdi. Səfirlikdən Olaylar - a bildirilib ki, Azərbaycana qarşı xüsusilə son dövrlər tənqidi yazıların yer aldığı qəzetin dərc etdiyi Azərbaycan diplomatının məktubunda Azərbaycan və Gürcüstan rəsmilərinin bəyanatlarını şübhə altına alan heç bir tutarlı dəlilin olmadığı, qəzetin redaksiya heyətinin yazdığı məqalənin fərziyyələrə istinad etdiyi bildirilir.

Səfir Barton Şotlandla görüşüb

6 Oktyabr 2017 23:37

Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Qayana Kooperativ Respublikasının Milli Assambleyasının Spikeri cənab Barton Şotland (Barton Scotland) ilə görüşüb. Olaylar bildirir ki, görüşdə, ikitərəfli Parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Elxan Poluxov  etimadnamələrini Qayana Kooperativ Respublikasının Prezidentinə təqdim etdi

6 Oktyabr 2017 23:13

Azərbaycan Respublikasının Qayana Kooperativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Qayana Kooperativ Respublikasının Prezidenti cənab David Arturt Qranqera təqdim edib. Olaylar bildirir ki, görüş zamanı Prezident Qranger ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arşında əlaqələrin hər bir sahəsində inkişafı üçün geniş imkanların olduğunu söyləmişdir. Diplomatik əlaqələrin 1995-ci ildə qurulduğunu deyən Prezident hər iki ölkənin bir sıra beynəlxalq təşkilatlarda üzv olmaları Qayana və Azərbaycan arasında oxşarlığın əyani sübutu olduğunu vurğulamışdı.

Göyçayda avtomobil yolunun tikintisinə 6,4 milyon manat ayrılıb

6 Oktyabr 2017 18:06

Prezident İlham Əliyev Göyçay rayonunun Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Tut tingləri və barama toxumları məhsul istehsalçılarına əvəzsiz veriləcək

6 Oktyabr 2017 18:05

Prezident İlham Əliyev ipəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Həmsədrlər Sarkisyanla Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müzakirə ediblər

6 Oktyabr 2017 17:59

Ermənistanda səfərdə olanATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.