Siyasət
Elman Nəsirov: Avropa İttifaqı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir
“Avropa İttifaqı Şurasnının nümayəndə heyətinin ölkəmizə səfəri Avropa İttifaqının Azərbaycanın regionda yeri və rolunu yüksək qiymətləndirməsinin göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, Aİ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun fərqindədir.
Mahir Abbaszadə: Bu gün Azərbaycan dövləti öz gücünə məcburi köçkünlərin sosial problemlərini həll edir
“Ermənistanın hərbi təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon insan isə öz torpağından qaçqın-köçkün vəziyyətinə düşüb. Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir, ona görə də, həmin insanlar öz doğma yurdlarına qayıda bilmirlər. Buna baxmayaraq, Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxaraq onların qayğıları, problemləri ilə yaxından məşğul olur”.
Azərbaycan dənizçiləri İrana gedib
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dostluq səfəri çərçivəsində İran İslam Respublikasının Ənzəli limanına gələn Azərbaycan hərbi dənizçilərini İran Hərbi Dəniz Qüvvələrinin nümayəndələri təntənəli şəkildə qarşılayıblar. İranın Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının qərargahında baş tutan görüşdə donanma komandanı vitse-admiral Əhmədrza Bağeri Azərbaycan nümayəndə heyətini qəbul edib.
Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermələri çox vacibdir
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer, İqor Popov, Stefan Viskonti vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər. Diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Görüşdə tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilini müzakirə ediblər.
Kataloniyanın Avropa və Ermənistan üçün dərsləri
Bütün dünyada Kataloniyadakı referenduma göstərilən reaksiya ermənilərin Qarabağda “öz müqəddəratını təyin etmə” arzusunun üzərindən xətt çəkdi. Əgər Qərb milyonlarla insanın iştirak etdiyi səsverməni tanımırsa, niyə işğal olunmuş Qarabağda 30-40 min adamın iştirak etdiyi “referendumu” diqqətə almalıdır?
AŞPA prezidenti Pedro Aqramunt istefa verib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.
Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşüblər
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer, İqor Popov, Stefan Viskonti vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər. Diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.
“Bakı bizi diz çökdürəcək, Qarabağı...” – Sarkisyan ORDUNU SATDI
Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması ilə bağlı razılaşmanın parlamentdə müzakirəsi zamanı vitse-spiker Eduard Şarmanazovun və müdafiə nazirinin müavini Artak Zaxaryanın etirafları işğalçı dövlətin düşdüyü vəziyyəti açıq şəkildə göstərdi.
Əli Həsənovdan Mirşahin və Turan haqqında açıqlamalar
Milli Şuranın hakimiyyətə “pas”ı alındı
“Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib
Dünən Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin deputatları, media rəhbərləri və ziyalılar iştirak edib. Konfransda giri nitqi ilə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində siyasətində yer alan əsas məqamlara toxunaraq bildirib ki, dövlət dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərilməsi böyük əhəmiyyət kəsb edir. Konfransın dövlət başçısının tapşırığına əsasən keçirildiyini deyən Əli Həsənov hazırda bu sahədə mövcud olan vəziyyət barədə ətraflı danışıb: “Həqiqətən də Azərbaycan dili dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, azərbaycançılıq ideologiyasının da mühüm elementi, onun dual funksiya daşıyan siyasi və sosial-mədəni dayağıdır.
Deputat: Avropa dövlətləri Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirməyi bacarmalıdır
Avropa dövlətləri və siyasətçiləri Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirməyi bacarmalıdırlar. Bunu Milli Məclisin deputatı Rövşən Rzayev Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki nitqinə münasibət bildirərkən deyib.
Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağda həqiqətən Türkiyə vətəndaşları var, biznes fəaliyyəti ilə də məşğuldurlar"- ŞOK AÇIQLAMA
"Dəfələrlə olub ki, Türkiyədə rəsmi qeydiyatdan keçmiş şirkətlər Dağlıq Qarabağda fəaliyyət göstəriblər. Bundan bizim bəzi qrumlarımız xəbərdar olublar. Amma Türkiyədi deyə, susmuşuq".
Dilqəm Əsgərovun oğlunu “Qırmızı Xaç”a çağırdılar: "Detalları açıqlamıram"
Atamla bağlı bəzi qaranlıq məqamlara cavab tapmışıq. Kimin kim olduğunu indi daha yaxşı bilirəm. Bunu 4 ilə yaxındır erməni girovluğunda saxlanılan Dilqəm əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. K.Əsgərov detalları açıqlamaq istəməyib: "Müəyyən məsələlər var, onların dəqiqləşməsini gözləyirik. İnşallah, Dilqəm və Şahbaz özü girovluqdan qayıtdıqdan sonra həqiqəti hər kəs öyrənəcək".
"Rusiya bizi Bülbüloğluna satdı" - İrəvanı narahat edən NAMİZƏD
Rusiya UNESCO-nun baş direktoru postuna Azərbaycanın namizədi, Moskvadakı səfirimiz Polad Bülbüloğlunun namizədliyini dəstəkləyəcək. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib. "Azərbaycanın namizədi bizim prioritetimiz olaraq qalır", - deyə o bildirib.














