Siyasət

"Rusiya bizi Bülbüloğluna satdı" - İrəvanı narahat edən NAMİZƏD

6 Oktyabr 2017 14:17

Rusiya UNESCO-nun baş direktoru postuna Azərbaycanın namizədi, Moskvadakı səfirimiz Polad Bülbüloğlunun namizədliyini dəstəkləyəcək. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib. "Azərbaycanın namizədi bizim prioritetimiz olaraq qalır", - deyə o bildirib.

Prezidentin köməkçisi: "Türk serialları dilimizi sıxışdırırdı"

6 Oktyabr 2017 14:04

"Azərbaycanda Türkiyə seriallarının verilməsi bir neçə il əvvəl dayandırılıb. Türkiyə serialları dilimizi sıxışdırırdı. Bizim dilimiz üçün əsas təhlükə nədir? Bəzi dairələr kampaniyaya başlamışdı ki, Azərbaycanda Türkiyə türkcəsinə qadağa qoyulub. Ancaq bir məqamı nəzərə salmaq lazımdır.

Əli Həsənov: "Yaxşı ki, indi o telekanal yoxdur"

6 Oktyabr 2017 14:02

"Son zamanlar Azərbaycan ədəbi dilinin normalarının pozulması tendensiya halı alıb". Məlumata görə, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda yekun nitqlə çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Avropa Şurasının ikili standartı və qərəzli mövqeyi

6 Oktyabr 2017 13:16

Sirr deyil ki, Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nəinki real addımlar atmayıb, heç bu təşəbbüsdə bulunmayıb da. Müxtəlif siyasi təsir rıçaqlarına malik AŞ quruma üzv olan təcüvüzkar dövlətə təzyiq etmək əvəzinə, onun himayədarına çevrilib.

Ermənistan Qərbin tərəfdaşı olmaq kimi amorf bir siyasətdə irəliləməyə can atır

6 Oktyabr 2017 13:15

Prezident İlham Əliyevin bağlı qapıları açaraq Avropa ilə münasibətlərin gerçək üzünü cəmiyyətə və regional oyunçulara göstərməsi mühüm hadisəydi.”Şərq tərəfdaşlığı” sammiti qarşısında Birliyə daxil olan ölkələrin vahid mövqedən çıxış etdiyini göstərmək üçün Brüssel böyük nümayəndə heyətini Cənubi Qafqaza yola salıb. Görünür, bir neçə gün öncə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin avroçinovnikləri qabaqlayaraq,bölgəyə səfər etməsi də yalnız Suriya böhranının başa çatması fonunda İŞİD virusuna qarşı mübarizənin zərurətini bütün qonşu dövlətlərə çatdırmaq məsələsi deyil. Putin Qafqaz ölkələrinin xarici təşəbbüslərə reaksiyasını yaxşı izləyir və Moskva üçün “qırmızı xətti”n haradan keçdiyini açıq dilə gətirir.

Azərbaycanın Avropa Şurasında nə işi var?

6 Oktyabr 2017 13:14

Azərbaycanın Avropa Şurasına 16 illik üzvlüyü dövründə mütəmadi olaraq haqsız ittihamlara tuş gəlməsi sözügedən qurumun qərəzlı mövqeyindən zəbər verir. Ötən müddət ərizndə Azərbaycanda demolratik islahatların inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, xüsusilə insan hüquqlarının müdafiəsi ilə bağlı atılan addımlar ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilsə də Avropa Şurasını “təəsübləndirə” bilməyib. Hər şeyi qara rəngdə görən AŞ Azərbaycanda “bulanıq su” axtarışına çıxaraq ikili sandartlar sərgiləmək ənənəsinə sadiq qalıb.

Ordumuzla bağlı narahatçılıq yoxdur

6 Oktyabr 2017 13:10

Son günlər istər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda yaşayan bəzi şəxslər tərəfindən heç bir ciddi əsas və ciddi səbəb olmadan sosial şəbəkələrdə, bəzi ictimai tədbirlərdə Silahlı Qüvvələrimizlə bağlı bır sıra xoşagəlməz fikirlər, mülahizələr səsləndirilir. Guya orduda, Silahlı Qüvvələrdə vəziyyətin yaxşı olmadığı, idarəçilikdə problemlər meydana çıxdığı, hətta ölkəyə alınan silahların yararsız olduğu iddia olunur.

Azərbaycanı sınağa çəkirlər

6 Oktyabr 2017 13:08

Dünyanın geosiyasi sferasında keçən əsrin ortalarından bu günə qədər olan mürəkkəb və qlobal ictimai-siyasi şərait içərisində imperialist və imperializmin havadarları olan region dövlətlərinin demokratiya şüuarı altında nüfuzu müstəviyə daşıdıqları təsir olayaları çərçivəsində yaranan qlobal iqtisadi böhran davam etməkdədir.

Prezidentdən Avropaya Qarabağ mesajı

6 Oktyabr 2017 13:06

İndi həm Azərbaycanda, həm də Qərbdə, Avropada əsas müzakirə mövzularından biri bu günlərdə dövlət başçısı İlham Əliyevin sözün əsl mənasında sözügedən güc mərkəzlərinə keçdiyi dərsdir. Məlumat üçün qeyd edək ki, oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında görüş keçirilib.

"Azərbaycanda siyasi fəaliyyət azadlığı var"

6 Oktyabr 2017 12:14

Azərbaycanda bütün azadlıqlar təmin edilir, ölkəmizdə siyasi fəaliyyət, ifadə, mətbuat azadlığı var. Bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Azərbaycanda azadlıqların təmin olunması ilə bağlı səsləndirdiyi fikrlərə münasibət bildirərkən deyib.

Əli Həsənov: "Dövlət dilinin mövqeyinin daha da möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməliyik"

6 Oktyabr 2017 11:36

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda konfrans başlayıb.

Kürd referendumu İran və Türkiyəni birləşdirir

6 Oktyabr 2017 11:24

Yaxın Şərqdə baş verən son hadisələr, xüsusən də Suriyadakı gərginlik, eləcə də İraqın şimalında kürdlərin referendum təşəbbüsü regionun nüfuzlu dövlətləri - İran və Türkiyəni ciddi şəkildə narahat edir. Heç kimə sirr deyil ki, Qərb bu layihəni ortaya atmaqla bölgədə növbəti bir gərginlik ocağı yaratmaq istəyir. Məhz bu təhlükə də iki əzəli rəqib - İran və Türkiyəni bir-biri ilə yaxınlaşdırmağa məcbur edir. Hər iki ölkə liderləri ilk gündən referendum təşəbbüsünü sərt şəkildə tənqid edərək, bunun regionda gərginliyə səbəb olacağını bildiriblər. 

Əli Kərimli terrorçu üçün mitinq keçirir –  FOTOLAR

6 Oktyabr 2017 11:15

Çox vaxt qeyri-ciddi saytları oxucu toplamaq üçün ağızlarına gələni yazmaqda qınayırıq. İndi isə məlum olur ki, bu axırıncı yola təkcə ucuz jurnalistlər yox, ucuz siyasətçilər də əl atırlarmış. Fərq ondadır ki, onların məqsədi sayta “ay-pi” deyil, mitinqə adam toplamaqdır. Metodlar isə eynidir.