Azər Həsrət: “Bakı-Tbilisi-Qars Ermənistanı böyük layihədən kənarda qoydu” 

“Bu gün rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var”. Bunu  siyasi şərhçi Azər Həsrət deyib.

"Bu gün rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ölkəmiz üçün çox böyük əhəmiyyəti var". Bunu siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, hər şeydən öncə bu layihənin bizi Türkiyə ilə birbaşa bağlaması baxımından önəmlidir: "Digər tərəfdən yüklərin və sərnişinlərin daha rahat və daha ucuz yolla daşınması, ticarətin və bütövlükdə münasibətlərin təşviq edilməsi baxımından diqqət cəlb edəcək. Üçüncüsü isə, Orta Asiya və daha Şərqdəki ölkələrin ticarət yolunun asanlaşdırılması baxımından bizə faydalı olacaq. Bütün bunların fövqündə duran ən əsas əhəmiyyəti isə işğalçı Ermənistanın blokadasının daha da möhkəmlənməsidir. Ermənistan işğal siyasətini davam etdirməklə özünü daha bir böyük layihədən kənarda qoydu. Bu isə o deməkdir ki, erməni xalqı hələ neçə-neçə uzun illər aclıq və səfalət içində yaşamağa davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31