Siyasət

Kürd referendumu İran və Türkiyəni birləşdirir

6 Oktyabr 2017 11:24

Yaxın Şərqdə baş verən son hadisələr, xüsusən də Suriyadakı gərginlik, eləcə də İraqın şimalında kürdlərin referendum təşəbbüsü regionun nüfuzlu dövlətləri - İran və Türkiyəni ciddi şəkildə narahat edir. Heç kimə sirr deyil ki, Qərb bu layihəni ortaya atmaqla bölgədə növbəti bir gərginlik ocağı yaratmaq istəyir. Məhz bu təhlükə də iki əzəli rəqib - İran və Türkiyəni bir-biri ilə yaxınlaşdırmağa məcbur edir. Hər iki ölkə liderləri ilk gündən referendum təşəbbüsünü sərt şəkildə tənqid edərək, bunun regionda gərginliyə səbəb olacağını bildiriblər. 

Əli Kərimli terrorçu üçün mitinq keçirir –  FOTOLAR

6 Oktyabr 2017 11:15

Çox vaxt qeyri-ciddi saytları oxucu toplamaq üçün ağızlarına gələni yazmaqda qınayırıq. İndi isə məlum olur ki, bu axırıncı yola təkcə ucuz jurnalistlər yox, ucuz siyasətçilər də əl atırlarmış. Fərq ondadır ki, onların məqsədi sayta “ay-pi” deyil, mitinqə adam toplamaqdır. Metodlar isə eynidir.

Deputat: Azərbaycan ictimaiyyətinin Avropa Şurası ilə bağlı gözləntiləri özünü doğrultmadı

6 Oktyabr 2017 11:06

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Avropa Şurasının bəzi rəhbərlərinin, bəzi dairələrinin Azərbaycana qarşı qeyri-obyektiv mövqeyini tam əsaslandırılmış şəkildə onların diqqətinə çatdırdı.

“Prezidentlərin görüşündə 5 rayonun qaytarılması məsələsi qaldırılacaq” -  Aleksandr Duqin

6 Oktyabr 2017 11:04

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yalnız Rusiyanın “Lavrov planı” adlandırılan təklifi əsasında həll oluna bilər”. Bu sözləri “Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri Aleksandr Duqin deyib. Kremlin strateqlərindən biri hesab olunan Duqin erməni mətbuatına verdiyi müsahibədə deyib ki, prezidentlərin görüşü çox vacibdir, çünki Erməni-Azərbaycan münasibətlərində vəziyyət o həddə çatıb ki, artıq problemin həlli mümkünsüz hala gəlir:  “Bu böranın həllinə nail olmaq lazımdır. Hesab edirəm, prezidentlərin görüşündəQarabağın 5 rayonun azad edilməsi məsələsi qaldırılacaq, ancaq problem ondadır ki,Ermənistanın nəzarətində olan 5 rayonun Azərbaycana qaytarılması həm Ermənistan, həm Rusiya, həm də Azərbaycan mətbuatında yanlış işıqlandırılır. Güzəştsiz bir mövqe formalaşdığına görə bu barədə həm Ermənistan, həm Rusiya, həm də Azərbaycanda danışmaq çox çətindir. 

"Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy müsbət deyil"-  ŞƏRH

6 Oktyabr 2017 11:00

“1988-ci ildə Azərbaycanda baş verənlərə seyrçi mövqedə dayanan Avropa indi özü həmin hadisələrlə üz-üzə qalıb. O zaman Avropanın sərgilədiyi mövqe nəticəsində Dağlıq Qarabağdan başqa 7 rayonumuzun da işğal olunması ilə nəticələndi. Həmin dövrdən uzun illər keçməsinə baxmayaraq bu mövqe dəyişməz olaraq qalıb”. Bunu açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Mehriban Əliyeva: "Düşmənlərimiz hər cür çirkin əməllərə əl atırlar”

6 Oktyabr 2017 09:14

“Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir. Bizim müstəqil siyasətimiz var. Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir”. Bu sözləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimində söyləyib. Birinci vitse-prezident, Azərbaycanın hazırda inkişaf və tərəqqi yolu ilə irəlilədiyini qeyd edib: “Bizim müstəqil siyasətimiz davam edəcək. Biz öz nailiyyətlərimizi görürük, öz gücümüzü dərk edirik.

Prezident İlham Əliyev Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı sərəncam imzaladı

5 Oktyabr 2017 18:21

Prezident İlham Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Lahıcda yeni məktəb binası inşa olunacaq

5 Oktyabr 2017 18:20

Prezident İlhamm Əliyev İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

5 Oktyabr 2017 18:19

Prezident İlham Əliyev Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Deputat: "AŞ-da Ermənistanın götürdüyü öhdəlikləri pozması ilə bağlı heç bir müzakirələr aparılmır"

5 Oktyabr 2017 17:57

Azərbaycan ərazilərini işğal edən Ermənistan Avropa Şurasına (AŞ) daxil olduğu zaman götürdüyü öhdəliklərin çoxunu pozub. Buna baxmayaraq, bu təşkilatda həmin məsələlərlə bağlı heç bir müzakirələr aparılmır.

Ermənistan mətbuatı senat sədrinin Azərbaycanla bağlı sözlərini təhrif etdi

5 Oktyabr 2017 17:28

Ermənistan mətbuatı bu ölkədə səfərdə olan Çexiya Parlamenti Senatının sədri Milan Steçin keçirdiyi mətbuat konfransında Çexiyadan Azərbaycana silah satışı ilə əlaqədar məsələyə münasibət bildirərkən guya Çexiyanın təhlükəli ölkələrə silah satmadığını söylədiyi barədə məlumat yayıb.

İlham Əliyev Qərblə strateji sazişi anons etdi

5 Oktyabr 2017 16:19

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinin yeni səhifəsini açmaq niyyətindədir. Bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasət və təhlükəsizlik komitəsinin nümayəndə heyəti ilə görüş zamanı deyib.

ATƏT regionundakı münaqişələr su mənbələrinə çıxışa ciddi problemlər yaradır

5 Oktyabr 2017 16:07

ATƏT regionunda həll olunmamış münaqişələr su mənbələrinə sərbəst çıxışla bağlı ciddi problemlər yaradır. Bunu Milli Məclisin deputatı Kamran Nəbiyev Andorrada keçirilən ATƏT Parlament Assambleyasının (PA) 16-cı payız sessiyası çərçivəsində "Ekoloji təhlükəsizlik: iqlim dəyişikliyi problemi" adlı müzakirələrdə deyib.

Ermənistanın növbəti təxribat cəhdi

5 Oktyabr 2017 15:55

Ermənistan müntəzəm olaraq Azərbaycanın öz qonşuları ilə münasibətlərinə zərbə vurmaq, bununla da bu və ya digər ölkə ilə Bakı arasında əməkdaşlığa xələl gətirmək üçün çalışıb və İrəvan günümüzdə də bu siyasətinə sadiq qalır. İstər Türkiyə, istər Rusiya, istər İran, istərsə də Gürcüstan amili hər zaman Ermənistan, erməni lobbisi tərəfindən diqqətdə saxlanılıb və Bakının Ankara, Moskva, Tehran və Tbilisi ilə əlaqələrinə kölgə salmaq üçün işğalçı ölkə dəridən-qabıqdan çıxıb.