Siyasət

ATƏT PA-da erməni təxribatının qarşısı alınıb

5 Oktyabr 2017 15:49

Erməni deputatlar ATƏT Parlament Assambleyasının payız sessiyasında növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıblar. Bu barədə Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Kamran Nəbizadə məlumat verib. Deputat bildirib ki, təhsil məsələlərinə həsr olunmuş müzakirələrdə erməni deputatalar yenə də mövzudan kənara çıxaraq, Azərbaycanın təhsil sistemində ermənilərin vəhşi və düşmən obrazının yaradılması haqqında böhtan və yalan dolu çıxışlar ediblər.

Argentinadakı səfirimiz etimadnaməsini prezidentə təqdim edib

5 Oktyabr 2017 15:31

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti cənab Evo Morales Aymaya təqdim edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.

"Azərbaycan heç nə itirmir" MÖVQE

5 Oktyabr 2017 15:29

"Prezident İlham Əliyev dünən Bakıda Avropa Birliyinin Brüsseldə akkreditə edilmiş səfirlərinin daxil olduğu Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin təmsilçiləriylə görüşdə bizim qərblə əməkdaşlığımızın keçmişinin qiymətləndirilməsi, bu günü və gələcəyi baxımından çox önəmli məsələlərə toxundu". Bu sözləri açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Fərhad Əliyev qayıdır?

5 Oktyabr 2017 15:21

Politoloq: “Bu təşkilatlar insan haqlarından danışa bilməzlər?!”

5 Oktyabr 2017 15:20

“Azərbaycan 1993-cü ildən başlayaraq hər zaman istər ayrı-ayrı ölkələrlə, istərsə də beynəlxalq təşkilatlarla münasibəti sağlam formada qurub”. Bunu açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Bahar Muradova: "Bizə dialoq xatirinə dialoq yox, məhsuldarlıq lazımdır"

5 Oktyabr 2017 15:01

"Dünən və bu gün həmkarlarımızın məruzələrini, hesabatlarını və çıxışlarını dinləmək imkanımız olub. Onlar bizim nailiyyətlərimizi və uğursuzluqlarımızı qeyd ediblər. Lakin təhdidlər və yeni çağırışlar barədə daha çox danışıblar". Məlumata görə, bu fikirləri Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Assambleyanın Andorrada keçirilən sessiyası çərçivəsində daimi komitənin iclasında növbəti çıxışı zamanı səsləndirib.

Spiker: Azərbaycanla Aİ arasında münasibətlərə xələl gətirmək istəyən qüvvələr yenidən fəallaşıb

5 Oktyabr 2017 14:54

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsinin sədri Volter Stevensin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, sədr bildirib ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin inkişafında maraqlıdır.

Avropanın “ədalət carçılarına” ədalət dərsi

5 Oktyabr 2017 14:48

Artıq bir neçə ildir ki, rəsmi Bakı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin timsalında Qərbin, Avropanın “ədalət carçılarına” sözün həqiqi mənasında ədalət dərsi keçir. Hələ bir neçə il əvvəl dövlət başçısı demək olar ki, Avropanın mərkəzindən, Almaniyadan başlamış oldu Avropaya. Qərbə ədalət dərsi keçməyə. Bu ölkəyə səfəri çərçivəsində alman kansler Angela Merkellə görüşdə Avropanı, Qərbi ikili standartlarda ittiham edərək, qoca qitədən ölkəmizə qarşı müntəzəm olaraq qərəzli münasibətlər sərgiləndiyini açıq şəkildə ifadə edən Azərbaycan Prezidenti daha sonra Brüsselə səfəri çərçivəsində də “ədalət carçılarına” vacib xatırlatmalar etdi.

Azərbaycanın yürütdüyü daxili siyasətdən narahat olanlara

5 Oktyabr 2017 14:40

Azərbaycan müstəqillik əldə etdikdən bəri xarici qüvvələrin təhdidləri ilə üzləşmək zorunda qalıb. Hazırda da prezident seçkiləri ərəfəsində olan Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artması müşahidə olunur. Diqqətə çatdıraq ki, indiki məqamda Azərbaycana yönələn xarici təhdidlər 1990-cı illərin Azərbaycanını xatırladır.

Ölkəmizdə insan hüquqları ən yüksək səviyyədə təmin olunub

5 Oktyabr 2017 14:39

Çağdaş dünyanın diqqət mərkəzində olan aktual problemlərindən biri də insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlıdır. Sirr deyil ki, müxtəlif cəmiyyətlərdə insan hüquqlarının tanınması və qorunması bilavasitə həmin cəmiyyətin forması, humanizm səviyyəsi, onun nə dərəcədə liberal olması, ümumi dövlətçiliyin inkişaf dinamikası ilə müəyyən olunur. Azərbaycanın müstəqillik tarixinin qısa bir dövrə təsadüf etməsinə baxmayaraq insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində xeyli işlər görülüb.

Kiyev-Bakı əməkdaşlığı yeni mərhələdə

5 Oktyabr 2017 14:19

Son illər Azərbaycanın ikitərəfli əlaqələrində Ukrayna ilə münasibətlər xüsusi yer tutur. Qarşılıqlı səfərlər, müxtəlif sahələrdə artan əməkdaşlıq imkanları Kiyev ilə Bakı arasında yeni perspektivlər açır. Bu günlərdə isə Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda səfərdə oldu.

Rusiya beynəlxalq sərhədləri dəyişməyə cəhdlər göstərir

5 Oktyabr 2017 13:54

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) sentyabr ayında Beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə Rusiya-ABŞ münasibətlərindən danışıb.

Ekspert: “Aparılan islahatlar ölkəmizin beynəlxalq aləmdəki imicini formalaşdırıb"

5 Oktyabr 2017 12:52

“Azərbaycanın son 10 ildə apardığı daxili və xarici siyasətə nəzər yetirsək görərik ki, aparılan islahatlar ölkəmizin beynəlxalq aləmdəki imicini formalaşdırıb. Bu gün Bakı dünyada beynəlxalq forumların, yarışların keçirildiyi məkana çevrilib. Eyni zamanda ölkəmiz regionda və bütövlükdə bölgədə ciddi siyasi qüvvə kimi qəbul edilir”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.

"Birlik ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksəkdir"

5 Oktyabr 2017 12:25

MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi əvvəlki kimi yüksək qalır. Bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir.