Siyasət
"Birlik ölkələri üçün terror təhlükəsi əvvəlki kimi yüksəkdir"
MDB ölkələri üçün terror təhlükəsinin səviyyəsi əvvəlki kimi yüksək qalır. Bu barədə MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin yaydığı məlumatda deyilir.
Türkiyəli nazir: "Bu məqam Bakı-Tbilisi-Qars dəmiryoluna üstünlük verilməsinə səbəb ola bilər"
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun yükdaşıma baxımından böyük potensialı var. Bunu açıqlamasında Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan oktyabrın 28-də açılışı gözlənilən BTQ-nin əhəmiyyətini şərh edərkən deyib. Nazirin sözlərinə görə, əgər yükdaşımanı təhlil etsək, Çindən Almaniya, Fransa və İngiltərə kimi ölkələrə yükdaşımaların 45-62 gün çəkdiyini görə bilərik: "Əgər bu yükdaşıma Avropa İttifaqı (Aİ) ölkələrinə Türkiyə vasitəsilə icra edilsə, o zaman yükləri 30-45 günə çatdırmaq olar. Bu, məhz həmin dəhlizə üstünlük verilməsinə səbəb ola bilər".
İraqın Bakıdakı səfirliyi qarşısında aksiya keçiriləcək
“İraqda davam edən müharibə və siyasi sabitsizlik, bu ölkədə yaşayan muxtəlif millətlərin parçalanmasına və yaşadığı ərazilərin itirilməsinə səbəb olur. İraqda öz tarixi ərazilərində ciddi basqıya məruz qalan Türkman soydaşlarımız tarixin çox ciddi problemi ilə üzləşib”.
Deputatlarımız NATO PA-nın sessiyasına qatılacaqlar
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün bu gün Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.
Ermənilər 91 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.
Xarici İşlər Nazirliyindən ermənilərin Cəbrayılda kilsə açmasına REAKSİYA
Xəbər verdiyimiz kimi, Ermənilər Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunun mərkəzində kilsə açıblar. İş adamı Qriqor Movsisyanın ianəsi ilə inşa edilən kilsənin açılışına yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri və yepiskop Vrtanes Abraamyan qatılıb. Abraamyan Azərbaycanın işğal altındakı torpaqlarda xristianlığın möhkəmlənməli olduğunu deyib.
İlham Əliyev Sarkisyanla mümkün görüşü barədə danışıb
“Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir”. Bunu Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Valter Stevensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zaman deyib.
MDB-nin xüsusi xidmət orqanlarının nümayəndələri Bakıda
Bakıda MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət və təhlükəsizlik orqanları bölmələrinin nümayəndələrinin VII regional ekspertlər görüşü və MDBDövlətləri Antiterror Mərkəzi yanında Elmi-Konsultativ Şuranın genişləndirilmiş plenar iclası keçirilir. Məlumata görə, görüşdə MDB ölkələrinin hüquq-mühafizə, xüsusi xidmət orqanları və təhlükəsizlik orqanlarının nümayəndələri, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər, Ədliyyə nazirlikləri və digər qurumların nümayəndələri iştirak edir.
Amerikalı həmsədr Qarabağda separatçıların lideri ilə görüşdü
ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endrü Şofer Dağlıq Qarabağa səfər edib. Həmsədr Xankəndidə Dağlıq Qarabağ separatçı rejiminin başçısı Bako Saakyanla görüşüb.














