Siyasət

Azərbaycanla Rusiya arasında əməkdaşlığın inkişafında xidmətləri olan şəxslər təltif edilib

4 Oktyabr 2017 18:20

Prezident İlham Əliyev Oleq Polumordvinovun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Oleq Anatolyeviç Polumordvinov "Tərəqqi" medalı ilə təltif edilsin. Eyni zamanda Prezident İlham Əliyev Denis Afanasyevin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Şamaxıda abadlıq-quruculuq işlərinə 3 milyon manat ayrılıb

4 Oktyabr 2017 18:11

Prezident İlham Əliyev Şamaxı şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Ermənistan götürdüyü öhdəliyi yerinə yetirməyib"

4 Oktyabr 2017 18:07

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi səfir Zoltan Hernyesi qəbul edib. Nazirlikdən  verilən məlumata görə, E.Məmmədyarov Zoltan Hernyesi Avropa Şurasının Azərbaycana nümayəndəsi təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

“Qərbin “rəngli inqilab” ssenariləri Don Kixotun yel dəyirmanıyla mübarizəsinə bənzəyir”

4 Oktyabr 2017 17:39

Tunis və Misirdən başlayaraq Gürcüstan, Qırğızıstan, Moldova, Ukrayna kimi gənc postsovet respublikalara qədər olduqca böyük bir siyasi arealda kütləvi iğtişaşları və hakimiyyət çevrilişlərini həyata keçirən Qərbin "rəngli inqilab" sponsorları və strateqləri eyni ssenarini Azərbaycanda da həyata keçirmək üçün dəfələrlə uğursuz cəhdlər ediblər, ancaq hər dəfəsində də biabırçı fiasko ilə üzlə şiblər.

Azərbaycan öz daxili problemlərini həll etmək iqtidarındadır

4 Oktyabr 2017 16:16

“Azərbaycana qarşı ədalətsiz mövqelərə ilk dəfə deyil ki, rast gəlirik. Zaman-zaman ölkəmizin uğurlarını, inkişafını istəməyən qüvvələr Azərbaycana qarşı müxtəlif bəhanələrlə təzyiq etməyə cəhd edirlər ki, son dövrlərdə bir sıra media qurumların üzərindən edilən təzyiq cəhdləri də bu qəbildəndir”.

“Ermənistan ordusu 30-40 ilin silahlarından istifadə edir”

4 Oktyabr 2017 16:14

“Ermənistandakı təlimlərin görüntülərini izləyəndə oradakı vəziyyəti aydın görürük. Şahid oluruq ki, təlimlərdə heç bir müasir silahlardan istifadə olunmur. Demək olar ki, 30-40 il əvvələ aid silahları təlimlərdə istifadə edirlər”.

Azərbaycan Avropa İttifaqına niyə üzv olmaq istəmir? - Açıqlama

4 Oktyabr 2017 16:00

Latviyanın xarici işlər naziri (XİN) Edqars Rinkeviçs “European Western Balkans” nəşrinə müsahibəsində Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv olmaq istəmədiyini deyib. Rinkeviçs qeyd edib ki, hamı xalqların və hökumətlərin qərarlarına hörmət etməlidir.