Milli Şura Bakıda mitinq keçirdi – FOTO
28 Oktyabr 2017 18:32 SiyasətOktyabrın 28-də Demokratik Qüvvələrin Milli Şurası Bakının Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda "Talana yox" şüarı ilə mitinq keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyi bəyan edib ki, aksiya ilə bağlı bütün təhlükəsizlik tədbirləri görülüb. Aksiya insidentsiz başa çatıb.
Bakı Şəhər Baş Polis İdarəsində verilən məlumata görə, Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, "NİDA" hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.