Siyasət

MDB XİN başçıları Şurasının Soçidə keçiriləcək iclasının gündəliyi məlum olub

9 Oktyabr 2017 14:04

Rusiyanın Soçi şəhərində oktyabrın 10-da keçiriləcəkMDB ölkələri xarici işlər nazirləri Şurasının iclasının gündəliyi məlum olub.  Nazirlər Şurasının iclasında MDBçərçivəsində əməkdaşlığa dair 18 məsələyə baxılacaq. XİN başçıları MDB məkanında gələcəkdə çoxplanlı əməkdaşlığın genişləndirilməsi tədbirlərini müzakirə edəcəklər, aktual beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Dövlət başçısı: “Azərbaycanın iştirak etdiyi layihələr qlobal xarakter daşıyır”

9 Oktyabr 2017 14:03

“Bu ilin doqquz ayında ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş verib. Ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Saziş imzalanıb, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər də uğurla gedir”. Bunu prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı bildirib ki, əsas məqsəd qeyri-neft sektorunun inkişafıdır, neftdən gələn gəlirlər insan kapitalının inkişafına yönəlib.

Prezident: “Azərbaycandakı ictimai-siyasi vəziyyət və iqtisadi inkişaf bir çox ölkələr üçün nümunədir”

9 Oktyabr 2017 14:02

"İlin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlər həllini tapacaq. Gələn il dövlət investisiya proqramı ilə bağlı təkliflər gəlib, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramı qəbul edilə bilər".

İlham Əliyev: “Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”

9 Oktyabr 2017 13:52

“Bu il Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacaq”.  Bunu prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Prezident İlham Əliyev bildirib ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.

Prezident İlham Əliyev: "Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi"

9 Oktyabr 2017 13:48

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ərazi bütövlüyümüzün danışıqlar predmeti ola bilməz". Məlumata görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında deyib. 

Prezidentlərin görüşündən gözləntilər nədir?

9 Oktyabr 2017 13:37

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti dəfə səfəri baş tutdu. Ötən həftə regionda olan vasitəçilər Azərbaycan və Ermənistan prezidentləri ilə bir araya gələrək Dağlıq Qarabağ probleminin həlli istiqamətində mövcud vəziyyəti müzakirə ediblər. Həmsədrlərin Yerevanda və Bakıda keçirdikləri görüşlərin nəticəsi olaraq yaydıqları bəyanatlardan isə aydın olur ki, vasitəçilər bu dəfə daha çox prezidentlərin növbəti görüşünün keçirilməsi ilə bağlı məsələ ətrafında fikir mübadiləsi aparıb və tərəflərdən belə bir görüş barədə razılıq əldə olunmasına çalışıblar.

Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət nəzarət altındadır

9 Oktyabr 2017 13:07

Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr müavini Şahin Bağırov deyib. O

Azərbaycan prezidenti: “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük” - YENİLƏNİB

9 Oktyabr 2017 13:05

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən prezident İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb.

AŞPA-nın payız sessiyası başlayır

9 Oktyabr 2017 13:02

Oktyabrın 9-da Avropa Şurası Parlament Assamçleyasının (AŞ PA) payız sessiyası öz işinə başlayır. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri də sessiyada iştirak edəcəklər.

Hikmət Hacıyev həmsədrlərin birgə bəyanatından danışdı- AÇIQLAMA

9 Oktyabr 2017 12:10

“Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən gündəlikdə duran məsələlər müzakirə edildi”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Beynəlxalq QHT-lər Mərkəzi Asiyada pozuculuq fəaliyyətlərini gücləndirirlər

9 Oktyabr 2017 12:07

Qərb dövlətlərinin siyasi texnoloqlarının sevimli “övladları” olan bəzi qeyri-hökumət təşkilatları(QHT) “üçüncü dünya” ölkələrinin daxili işlərinə təsir etmək cəhdlərini genişləndirməkdədirlər. Maraqlısı isə odur ki, ilk baxışda həmin QHT-lərin fəaliyəti xoşməramlı bir missiyanı xatırladır, guya inkişaf etməkdə olan ölkələrdə demokratiyanın güclənməsinə yardım etdikləri görünür. Belə ki, onlar həmin ölkələrdə icra etdikləri “layihələr”ə həm maddi dəstək verirlər, həm də öz “məsləhətlər”ini əsirgəmirlər.

Kaliforniyalı deputatlar Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edib

9 Oktyabr 2017 12:02

Xarici ölkələrin rəsmi və qeyri-rəsmi şəxslərinin Azərbaycanın icazəsiolmadan Dağlıq Qarabağa səfər etmələri artıq adi hala çevrilib.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi yenidən canlanır”

9 Oktyabr 2017 11:56

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri diqqətçəkəndir. İki ildən artıq müddət idi ki, danışıqlar prosesi dalana dirənmişdi. Lakin indi proses yenidən canlanır.

Elçin Əhmədov: “Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir” 

9 Oktyabr 2017 11:54

“Bu gün Azərbaycan çox çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Eləcə də Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı, o cümlədən Avropa İttifaqı ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir”. Bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının Sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.

Aydın Mirzəzadə: “Həmsədrlərin səfərinin kiçik müsbət nəticəsi var”

9 Oktyabr 2017 11:53

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinin müəyyən kiçik bir müsbət nəticəsi var. O da Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşünün təşkil edilməsi barəsində razılığın əldə olunmasıdır. Nəzərə alsaq ki, Azərbaycan protokol naminə görüşlərdən həmişə imtina edib, ancaq ortada müəyyən bir nəticələr olduqda, eləcə də hansısa konstruktiv təklifi müzakirə etmək mümkün olduqda razılıq verib. Bu o deməkdir ki, gözlənilən görüşdə artıq nəyisə müzakirə etmək olar”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.