Siyasət

“İslam həmrəyliyi və tariximiz” mövzusunda konfrans keçirilib 

9 Oktyabr 2017 17:32

Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb

9 Oktyabr 2017 17:29

Belarusda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 9-da bu ölkənin Müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, rəsmi qarşılanma mərasimindən sonra müdafiə nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşlərində tərəflər ikitərəfli münasibətlərin, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Prezident: "Azərbaycan beynəlxalq arenada çox müsbət reputasiyaya malik olan ölkədir"

9 Oktyabr 2017 16:50

"Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq". Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

Səməd Seyidov: “Biz özümüzə sual veririk ki, burada nə edirik, nə üçün Avropa Şurasında qalmışıq?..”

9 Oktyabr 2017 16:44

Bu gün Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Strasburqda başlayan payız sessiyasının ilk plenar iclasında qurumun fəaliyyətinə dair hesabat ətrafında müzakirələr aparılıb.

Elmar Məmmədyarov Gürcüstanda ərazi bütövlüyündən danışıb

9 Oktyabr 2017 15:55

Xarici İşlər Naziri Elmar Məmmədyarov Tbilisidə keçirilən GUAM üzv dövlətləri Xarici İşlər Nazirləri Şurasının GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunmuş iclasında çıxış edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, çıxışında Elmar Məmmədyarov Azərbaycanın GUAM-ın fəal üzv dövləti olaraq təşkilatın inkişafına və üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə əsaslı töhfə verdiyini qeyd edərək təşkilat çərçivəsində uğurlu fəaliyyətin qarşılıqlı inam və dəstək üzərində qurulduğunu deyib.

Azərbaycan bütün sahələrdə inkişafını təmin edib

9 Oktyabr 2017 15:42

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda səsləndirilən fikirlər, bu ilin 9 ayı ərzində əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı inkişafdadır və ölkədə həyata keçirilən məqsədyönlü tədbirlər də bu inkişafı şərtləndirən başlıca amildir. Elə ötən aylar ərzində əldə edilən nəticələr də bunu deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, iclasda geniş və məzmunlu şəkildə çıxış edən Prezident İlham Əliyev də cari ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu diqqətə çatdırıb. Dövlət başçısı çıxışında iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb.Cari ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edən Prezident İlham Əliyev deyib ki, bu son illərdə aparılan siyasətin nəticəsidir. Dövlət başçısı bildirib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb.

Əli Kərimlidən islamçıya qarşı təhqiramiz hərəkət – VİDEO

9 Oktyabr 2017 15:32

Mitinqin aparıcısı İbrahim İbrahimli sözü Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədliyə verəndə, o, digər natiqlər kimi, tribunanın ortasına keçmək istəyir. Müqayisə üçün deyək ki, məsələn, Gültəkin Hacıbəyli çıxış edərkən düz ortada – Əli Kərimli ilə Cəmil Həsənlinin arasında dayanıb.

Belarus prezidenti Azərbaycan müdafiə naziri ilə görüşüb

9 Oktyabr 2017 15:03

Oktyabrın 9-da Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil. Bunu Belarus prezidenti A.Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib. A.Lukaşenko deyib ki, iki ölkə arasında münasibətlər heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsini pozmur.

Avropa İttifaqının sülh prosesinə siyasi təsir etmək imkanı böyükdür

9 Oktyabr 2017 14:36

«Ermənistan ciddi cəhdlə çalışırdı ki, danışıqlar prosesi pozulsun və bundan sonra baş tutmasın. Ermənistanın belə mövqeyi ilk növbədə ağılsızlıqdır. Hazırda Ermənistanın danışıqlar prosesinə qayıtması tendensiyasını müşahidə edirik». “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ  münaqişəsinin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin.

Zakir Həsənov Minsk şəhərindəki Qələbə abidəsini ziyarət edib  

9 Oktyabr 2017 14:35

General-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Belarusda rəsmi səfərdə olan Müdafiə Nazirliyinin nümayəndə heyəti oktyabrın 9-da Minsk şəhərindəki Qələbə meydanını ziyarət edib.

“Avropa bir daha düşünməlidir ki,...

9 Oktyabr 2017 14:26

Ötən həftənin ən yadda qalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropadan ölkəmizə təşrif buyurmuş bir qrup diplomatla keçirdiyi görüş və həmin görüşdə qoca qitənin, Qərbin ünvanına səsləndirmiş olduğu haqlı iradlar oldu.

Radikaların ən böyük arzusu ölkədə ictimai-siyasi sabitliyi pozmaqdır

9 Oktyabr 2017 14:22

Ötən həftə sonu müxalifətin radikal qanadının təmsil olunduğu Milli Şura adlanan qurum növbəti etiraz aksiyasını keçirdi. Həmişə olduğu kimi bu dəfə də cəmiyyətin ciddi dəstəyini görməyən aksiya radikalların siyasi etikadan kənar, qərəz, böhtan dolu çıxışları ilə yadda qaldı. Məlumat üçün qeyd edək ki, mitinqdən əvvəl radikallar, şəxsən AXCP sədri Əli Kərimli sosial şəbəkə vasitəsilə demək olar ki, hər saat, hər dəqiqə aksiyaya çağırış etsə də, lakin xalq bu dəfə də radikal müxalifətin etirazlarına dəstək verməyərək aksiyalar üçün sosial sifarişin olmadığını ortaya qoydu.

Azərbaycan müstəqil, demokratik ölkə olaraq öz inkişafını davam etdirir

9 Oktyabr 2017 14:17

Bu məsələlərlə bağlı Azərbaycana qarşı hər hansı irad tutmaq, tənqid etmək ədalətsizlikdir. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət həyata keçirir və istənilən situasiyada yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edir. Elə millət vəkili Sahibə Qafarova da bu qənaətdədir.  

Həmsədrlərin regiona səfərinin nəticələri ŞƏRH

9 Oktyabr 2017 14:06

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərində heç bir nəticə görmürəm. Çünki onlar Ermənistanla bağlı ciddi addımlar atmır, düşmən ölkənin siyasətinə, işğalına ciddi qiymət vermirlər". Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.