Ərdoğan Əliyevlə hansı fotosunu paylaşdı - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə əlaqədar Azərbaycanda səfərdə olub.

Qafqazinfo  xəbər verir ki, Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə çəkilən fotosunu "Twitter"də paylaşaraq səmimi qonaqpərvərliyə görə İ. Əliyevə təşəkkür edib.

Türkiyə KİV-i prezidentlərin bu görüşünü  "Ceketsiz diplomasi" ("Pencəksiz diplomatiya") kimi təqdim edib. 

Qeyd edək ki, tərəflərin görüşündə iki ölkənin iştirakçısı olduğu qlobal layihələrin perspektivi, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmələndirilməsi, siyasi və strateji tərəfdaşlıq məsələləri müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31