Terroru həyata keçirənin kimliyi bilindi – Seyfullah Saipov – özbək əsillidir

Musavat.com xəbər verir ki, Bakı vaxtı ilə saat 24-də Nyu York şəhərində qanlı terroru həyata keçirən terrorçu  haqda məlumatlar yayılıb.Artıq dünyanın media quruluşlarında terrorçunun  adı açıqlanıb. Terrorçu  29 yaşlı kişidir, adı Seyfullah Saipovdur. ABŞ-a 2010-cu ildə, Greeen Card udaraq, gəlib. Seyfullah Saipov 31 oktyabr 2017-ci ildə  maşınla Manhettendakı velosiped yoluna çıxaraq, oradakıların üstündən keçib. Nəticədə 8 nəfər ölüb, 15 yaralı var (rəsmi). Qeyri-rəsmi məlumatlara görə, terrorçu  Floridada, Tampa Bay kurort şəhərində  yaşayır və Nyu Yorka terror aləti kimi istifadə etdiyi maşınla gəlib.

ABŞ mediasının məlumatına görə, terrorçu özbək əsillidir. İŞİD terror təşkilatının üzvüdür və bu səbəbdən də terror əyləmini İŞİD-n törətdiyi ortaya çıxır. Şahidlər media quruluşlarına verdiyi açıqlamada bildiriblər ki, terrorçu  velosipeddəki sakinləri əzəndən sonra maşından enib və əlində silah  "Allahu Əkbər" şüarını qışqırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31