Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Prezident İlham Əliyevlə görüşüb. Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimindən nsonra dövlət başçılarının təkbətək görüşü keçirilib.

İlham Əliyev: "Bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bölgə üçün böyük amildir və sabitləşdirici rol oynayır"

Rəcəb Tayyib Ərdoğan: "Son dövrlər müdafiə sənayesi sahəsində əlaqələrimiz böyük əhəmiyyət kəsb edir"

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Prezident İlham Əliyevlə görüşüb. Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimindən nsonra dövlət başçılarının təkbətək görüşü keçirilib. Daha sonra   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.  Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra iki ölkə arasında sənədlər imzalanıb. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu"nu imzalayıblar. Bundan başqa ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, təhsil sahəsində əməkdaşlıq haqqında Saziş, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu, müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş, yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş də imzalanan sənədlər arasında yer alıb. Sənədlərin imzalanması mərasimindən sonra dövlət başçıları mətbuata bəyanatla çxıış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycanla Türkiyə arasında imzalanan imtiyazlı ticarət anlaşması böyük əhəmiyyət daşıyır. Bu, ticarət dövriyyəsinin artmasına imkan verəcək. Dövlət  başçısı deyib ki, Azərbaycandan indiyə kimi Türkiyəyə 10 milyard dollar, Türkiyə isə Azərbaycana 11 ilyard dollar sərmayə qoyub: "Bu sərmayə artacaq. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 mlrd. dollara çatmalıdır". Prezident vurğulayıb ki, bugünkü toplantıda enerji nəqliyyat məsələləri ənənəvi olaraq müzakirə edilib. "Bütün qarşımıza qoyulan məsələlər öz həllini tapdı. Biz qarşıya qoyulan hədəflərimizə doğru irəliləyirik. TANAP-ın icrası ilə bağlı problem yoxdur. Yaxın vaxtlarda bu layihənin icrası başa çatacaq. Ötən gün Bakı-Tbilisi-Qars layihəsi istismara verildi. Bu tarixi hadisəni qeyd etdik. Bu bizim böyük uğurumuz və qələbəmizdir. Türkiyə və Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu bütün layihələr icra edilir". İlham Əliyev onu da qeyd edib ki, hərbi əməkdaşlıq Türkiyə və Azərbaycan arasında gündəlikdə duran məsələdir. Dövlət başçısı bu il 3 dəfə birgə hərbi təlimlər keçildiyini xatırladıb. "Təlimlərdən ikisi Bakıda, biri Naxçıvanda keçirilib. Bu da bizim hərbi sahədə əməkdaşlığımız gücləndirən amildir. Hərbi texniki sahədə də əməkdaşlığımız davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün çox maraqlıdır. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq". Çıxışı zamanı Qarabağ probleminə də toxunan Azərbaycan Prezidenti qeyd edib ki, görüşdə Türkiyə prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub: "Mən Rəcəb Tayyib Ərdoğanın diqqətinə danışıqlarla bağlı son vəziyyəti çatdırdım.  Əfsuslar olsun ki, bu münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və 7 rayon işğal altındadır, bir milyon azərbaycanlı öz torpağında köçkün vəziyyətindədir. BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilib. Qətnamələrə əsasən erməni silahlı qüvvələri dərhal və qeyd şərtsiz Azərbaycan torpaqlarından çıxarılmalıdır. Lakin bu qətnamələr kağızda qalır. Ermənistan onlara məhəl qoymur və münaqişə həllini tapmır", - deyə o vurğulayıb. İ. Əliyev qeyd edib ki, bu, Azərbaycana qarşı göstərilən ikili standart siyasətidir: "Bəzən BMT TŞ-nin qətnamələri bir neçə günə icra edilir. Bizə gəldikdə, 20 ildən çoxdur qətnamələr icra olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç zaman imkan verməz ki, onun torpaqlarında ikinci erməni dövləti yaransın. Bu məsələdə dəstəyə görə türkiyəli həmkarıma minnətdarlığımı bildirmişəm. Türkiyə hər zaman bütün beynəlxalq təşkilatlarda Azərbaycan haqq işini dəstəkləyir".  Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq, birlik ən yüksək səviyyədədir" deyən dövlət başçısı bildirib ki, iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir: "Dünyada bir-birinə bu qədər yaxın olan, dəstək verən başqa ölkələr yoxdur. Bütün müzakirə olan məsələlər həyatda öz həllini tapır. Siyasi əlaqələr uğurla inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər olur. Mən bu il iki dəfə Türkiyədə səfərdə olmuşam. Nazirlər, digər vəzifəli şəxslər tez-tez görüşürlər. Beynəlxalq təşkilatlar çərçivəsində də bir-birimizi dəstəkləyirik. Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanındadır". Prezident qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bölgə üçün böyük amildir və sabitləşdirici rol oynayır. Prezident deyib ki, Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyada böyük gücə çevrilib, dostlar buna sevinir: "Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədi olacaq".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərdən məmnunluğunu ifadə edib: "Bu gün biz öz evimizdəyik, qonaq deyilik. Bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçirilib, dünən isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Bütün bunlar Türkiyə və Azərbaycan arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir.TANAP da bunun ən gözəl nümunələrindən biridir. İnşallah, qısa zamandan sonra Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir. Bakı-Tbilisi-Qars dəmir yolu tikilərkən də bunun real olmadığını deyənlər vardı. Dünən bu dəmir yolunun açılışını etdik. İnşallah, bu dəmir yolu ilə yüz minlərlə insan səfər edəcək, Londona qədər gedə biləcəklər. Bu dəmir yolu xətti ilə böyük həcmdə yük də daşınacaq və iqtisadi səmərəliliyini ortaya qoyacaq". Türkiyə prezidenti deyib ki, artıq Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,6 milyard dollara çatıb: "Son dövrlər müdafiə sənayesi sahəsində əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Turizm və mədəniyyət, təhsil sahəsində atdığımız, atacağımız addımlar da mühümdür. Qarşıdakı dövrdə Bakı-Ekspo sərgisinin keçirilməsi nəzərdə tutulub. Türkiyə bu tədbirdə geniş təmsil olunacaq, öz təcrübəsini bölüşəcək". Sonra prezidentlər və onların xanımları birgə nahar edib.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31