Siyasət
Ermənistan və onun havadarlarına rəsmi Bakıdan mesaj
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ərazi bütövlüyümüz danışıqlar predmeti ola bilməz". Bu fikirləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Prezident onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməyib. Xatırladaq ki, dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini dəfələrlə beynəlxalq tribunalardan elan edib.
Azərbaycanlı deputatın hazırladığı hesabat AŞPA-da müzakirə edildi
Avropa Şurası Parpalament Assambleyasının (AŞPA) payız sesisyasında qurmun Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin iclasında azərbaycanlı millət vəkili, Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyevanın hazırladığı hesabat müzakirə edilib.
Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb
Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin müstəqilliyini möhkəmlətməklə yanaşı, onun beynılxalq nüfuzunun artmasına də səbəb olub. Ölkə prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş düşünülmüş siyasət Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin formalaşması ilə nəticələnib. Artıq ölkəmiz dünyanın ən imkişaf etmiş ölkələri, eləcə də beynəlxalq təşkilatları ilə bərabərhüququlu münasibət qurub, dünyanın 150-dən artıq ölkəsi ilə bu və ya digər sahədə əməkdaşlıq edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın xarici əlaqələri çoxşaxəli olmaqla, siyasi, iqtisadi, hüquqi, humanitar, elm və təhsil, ticarət kimi sahələri əhatə edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır.
Ankaranın Qərbin təzyiqlərinə ikiqat cavab manevrləri
Qərbin, Birləşmiş Ştatların, eləcə də Avropanın qeyri-səmimi, qərəzli və ədalətsiz münasibəti nəhayət ki, Türkiyəni də radikal addımlar atmaq məcburiyyətində qoydu. Hazırda Türkiyə “Mərdi qova-qova namərd edərlər” tandemini yaşayır. Rəsmi Ankaraya qarşı yerli-yersiz təzyiqlər, onu bu və ya digər məsələdə qərəzli olaraq günahlandırmaq, Türkiyənin Yaxın Şərqdəki yeri və rolunu azaltmağa, onu regiondan sıxışdırıb çıxarmağa çalışan Qərb, Avropa indi Rəcəb Tayyib Ərdoğanın atdığı addımları narahatçılıqla izləməkdədir. Səbəb Türkiyənin uzun illər yaxından müttəfiqlik etdiyi Avropa, Qərblə münasibətlərdə ara saxlaması və Qərbin əsas rəqibi sayılan Rusiya ilə əlaqələrə üstünlük verməsidir. Təbii ki, bu məqam hazırda Qərbin, Avropanın istəmədiyi, arzu etmədiyi haldır.
Azərbaycan həm hərbi, həm də diplomatik cəbhədə Ermənistanı üstələyib
Ermənistanın uzun illərdir davam edən aqressiv siyasəti, ortaya qoyduğu qeyri-konstruktiv mövqe Dağlıq Qarabağ probleminin həllini mümkünsüz edir. Hər dəfə münaqişənin həlli istiqamətində ciddi bir addım atılmalı olduğu ərəfədə işğalçı ölkənin danışıqlar prosesini pozmaq cəhdi günümüzdə də müşahidə edilməkdədir. Məlum olduğu kimi bu günlərdə regiona səfərlərinin yekunu olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin yaxın günlərdə görüşəcəyi barədə bilgi verilirdi. Hələlik görüşün vaxtı və yeri barədə ətraflı məlumat verilməsə də, lakin həmsədrlərin bəyanatlarından gəlinən nəticə ondan ibarətdir ki, prezidentlərin görüş ehtimalları böyükdür. Ancaq hər zaman olduğu kimi yenə də prezidentlərin görüşü ərəfəsində Ermənistan müxtəlif təxribat xarakterli addımlar ataraq danışıqlar prosesinə mane olmağa çalışır.
Azay Quliyev Qırğızıstanda prezident seçkilərini izləyəcək
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə edəcək. “Olaylar” xəbər verir ki, Azay Quliyev bu məqsədlə oktyabrın 10-da Qırğızıstana səfər edəcək.
Prezidentlər Soçidə görüşə bilər: “Lavrov planı”na qarşı “Tillerson planı”
Oktyabrın 11-də Soçidə MDB dövlət başçılarının sammiti olacaq. Sammitdə Azərbaycan və Ermənistan prezidentlərinin iştirak edəcəyi də gözlənilir. İndi əsas gözlənti prezidentlərin Soçidə görüşüb-görüşməməsidir. Çünki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunu ilə bağlı bəyanatda qeyd etdilər ki, prezidentlər danışıqların davamı üçün görüşə hazırdırlar və belə bir görüş üçün hazırlıq aparılır. Həmsədrlər görüşün vaxtı və yeri haqa heç bir məlumat vermədi.
Prezidentlərin növbəti görüşündən gözləntilər - Deputat şərh edir
Bunu politoloq, millət vəkili Elman Nəsirov Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündən gözləntiləri şərh edərkən deyib. Nəsirov qeyd edib ki, görüşdən ciddi nəticələr gözləmək hələ tezdir: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərində əsas məqsəd prezidentlər səviyyəsində görüş təşkil etmək idi. Azərbaycan prezidenti İlham Əliyev də bu məsələlərə toxundu. Vurğuladı ki,Ermənistan görüşün baş tutmamasına çalışırdı və görüşün özünün irəli sürdüyü şərtlər çərçivəsində keçirlməsinə can atırdı. Lakin bu qəbuledilməzdir. Ona görə ölkə başçısı bildirdi ki, bu, Ermənistan tərəfindən edilən ağılsız və səmərəsiz hərəkətdir. Ona görəErmənistan vəziyyətlə barışmaq məcburiyyətində qaldı”.
Səbuhi Abbasov: “Aprel döyüşləri ermənilərin aqibətinin başlanğıcı idi”
“25 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin tutduğu mövqe heyrətamizdir. Sözün hər mənasında Prezident İlham Əliyev dünyaya səbr, əzm, sülh, demokratiya dərsi keçir. Hətta ən demokratik və inkişaf edən ölkə belə bu dözümlülüyü qəbul edə bilməz. Bu, mümkün deyil. Amma biz edirik. Səbəb isə beynəlxalq ictimaiyyətə hörmət, beynəxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərdir. Yəni biz sübut etdik ki, biz bunu bacarırıq, siz isə yox”. Bunu açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Deputat: “Zaman gələcək düşmənimiz Azərbaycana yalvaracaq”
“Dağlıq Qarabağ tarixən bizim torpağımızdır və bütün tarix boyu biz yaşamışıq. Amma tarixin bir dövründə bura köç edib gəlmiş ermənilərin torpağımızı işğal etməsi o demək deyil ki, biz bununla barışmalıyıq. Prezdent Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə bir daha ətraflı aydınlıq gətirdi”. Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.
Ərdoğan mətbuat konfransında yuxuya getdi - VİDEO
Ərdoğan Azərbaycana niyə gəlir? — Politoloq rəyi
Prezident: "Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur"
"Sumqayıt şəhərində əyirici-boya fabrikinin tikintisi nəzərdə tutulur". Bunu Prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqi zamanı bildirib. "Təqribən bir il, bəlkə də bundan bir qədər də əvvəl xalçaçılığın inkişafı istiqamətdə çox ciddi addımlar atılmağa başlanmışdır. Bu il 10 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan ikisi mənim iştirakımla açılıb, səkkizi ilin sonuna qədər açılmalıdır. İndi verilən təkliflərə baxılır, gələn il də bölgələrdə təqribən 10-a yaxın fabrik açılacaq. Bu, çox müsbət irəliləyişdir.
Qırğızıstanda prezident seçkilərində ATƏT-in müşahidə missiyasına Azərbaycan deputatı rəhbərlik edəcək
Milli Məclisin deputatı, ATƏTPA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə etmək üçün oktyabrın 10-da bu ölkəyə səfər edəcək.
Azərbaycanda qeyri-rəsmi məşğulluqla mübarizə gücləndirilir
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda məqsəd ölkədə işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə dövlət orqanları arasında daha səmərəli koordinasiya olunmuş siyasətin həyata keçirilməsidir.













