Elşən Musayev: “Ermənistan regional layihədən kənarda qaldı”

“İlk öncə qeyd edim ki, Azərbaycan müstəqil olduqdan sonra, daha doğrusuyəni Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həmişə qlobal layihələrin önündə gedən bir dövlət olub”. Bunu millət vəkili Elşən Musayev deyib.

"İlk öncə qeyd edim ki, Azərbaycan müstəqil olduqdan sonra, daha doğrusuyəni Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həmişə qlobal layihələrin önündə gedən bir dövlət olub". Bunu millət vəkili Elşən Musayev deyib.

Millət vəkilinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində həm iqtisadi, həm də siyasi məsələlər var: "Siyasi məsələlər ondan ibarətdir ki, Azərbaycan bu layihənin əsas təşəbbüskarı olub. Bu haqda hər birimiz məlumatlıyıq. İkincisi, bugün regionda bizim ən qatı düşmənimiz, torpaqlarımızı işğal edən Ermənistan bölgə layihəsindən kənarda qalıb. Təbii ki, bu da düşmənimizə qarşı bir siyasi zərbədir. Üçüncüsü odur ki, bu qlobal layihə haqqında artıq bütün siyasi cameələr, dünya mediası danışır. Hətta dünya mediasının manşetləri Bakı-Tbilisi-Qars layihəsi haqqında idi. Layihənin iqtisadi əhəmiyyətinə gəldikdə isə deyə bilərəm ki, bu birləşdirici, funksional bir layihədir. Azərbaycan artıq bir neçə dövlətlə daha rahat formada bu iqtisadi bağlılığı bir qədər də artıracaq. Burada söhbət ticari əlaqələrdən, yükdaşımalardan və digər iqtisadi proyektlərdən gedir. Hətta deyərdim ki, bu iqtisadi və siyasi məsələlərin özü də bir-birinə tam bağlıdır.

Bugün Azərbaycanın təşəbbüsü niyə bu qədər yaxşı qəbul olundu? Çünki ölkəmiz öz konkretliyi, stabilliyi ilə dünyaya nümunə olan dövlətdir. Ona görə də bu xəttin çəkilməsinə heç bir dövlət tərəddüd etmədi. Həmçinin digər dövlətlər də buna əl qoydular. Hesab edirəm ki, bu həm də Azərbaycan vətəndaşı üçün, eyni zamanda öz xalqımızın vətəndaşları üçün çox əhəmiyyətli bir layihədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31