Səfir Braziliyada azərbaycanlı şagirdlərlə görüşdü
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, səfir Günay Əfəndiyeva və səfir Elxan Poluxov, Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət ediblər. Səfirlikdən Olaylar.az – a bildirilib ki, həmin məktəbdə, məktəblilər arasında “18 oktyabr - Müstəqillik günü” münasibətilə keçirilmiş inşa müsabiqəsinin qalibləri təltif olunub.
1 Noyabr 2017 11:06 Xarici siyasətBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti, səfir Günay Əfəndiyeva və səfir Elxan Poluxov, Braziliyanın Rio de Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət ediblər. Səfirlikdən Olaylar.az - a bildirilib ki, həmin məktəbdə, məktəblilər arasında "18 oktyabr - Müstəqillik günü" münasibətilə keçirilmiş inşa müsabiqəsinin qalibləri təltif olunub.
Müsabiqədə qalib gəlmiş şagirdlərə müxtəlif hədiyyələr təqdim edilib, məktəb rəhbərliyi ilə məktəbin gələcək planları ilə bağlı müzakirələr aparılıb.
Sonda şagirdlər Azərbaycanla bağlı mahnılar ifa ediblər.