Siyasət

"Növbəti görüşdə Rusiyanın irəli sürdüyü təkliflər müzakirə mövzusu olacaq" AÇIQLAMA

11 Oktyabr 2017 11:42

“Artıq həm ABŞ, həm Fransa, həm də Rusiya Azərbaycandakı real vəziyyəti, ölkəmizin çox mühüm hərbi texniki üstünlüklər qazandığını yaxşı bilirlər. Həmsədrlər anlayır ki, əgər diplomatik vasitələr tamamilə sıfıra ensə, bu, toqquşma ehtimalını artıracaq. Ona görə də hazırda biz beynəlxalq vasitəçilərin fəallığını görməkdəyik”. Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Prezident İlham Əliyev Soçiyə gedib

11 Oktyabr 2017 11:32

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Soçiyə şəhərinə gəlib. Dövlət başçısının təyyarəsi Soçi hava limanına enib. Səfərin məqsədi MDB ölkələri dövlət başçılarının sammitində iştirak etməkdir.

Millət vəkili: “Azərbaycan həmişə öz müstəqilliyini qoruyacaq” 

11 Oktyabr 2017 10:58

“Hesab edirəm ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı ötən danışıqların əsas məzmunu barəsində çox konkret bir açıqlama verdi”. Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Nazirlər Kabinetinin iş qaydası və Aparatının Əsasnaməsi təsdiq edildi

10 Oktyabr 2017 18:24

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

10 Oktyabr 2017 18:20

NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə MN-dən bildirilib. 

AŞPA-da Azərbaycanla bağlı müzakirələr keçiriləcək

10 Oktyabr 2017 17:21

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanla bağlı iki hesabat üzrə hazırlanmış qətnamələr müzakirə olunacaq. “Azərbaycanda Demokratik Qurumların Fəaliyyəti” adlı hesabat, çərşənbə günü səhər iclasında müzakirə ediləcək. Bundan dərhal sonra, Azərbaycanda insan haqlarının vəziyyətinə dair başqa bir hesabat müzakirə üçün təqdim ediləcək.

BMT tribunasına hörmətsizlik: Serj Sarkisyan yalanları ilə dünyanı aldadır

10 Oktyabr 2017 16:39

Mötəbər beynəlxalq təşkilat olan BMT-nin yüksək tribunasına çıxan hər bir kəs fikirlərində diqqətli olmalı, onların məsuliyyətini anlamalıdır.

Elmar Məmmədyarov Aİ Baş Katibinin müavinini qəbul edib

10 Oktyabr 2017 16:00

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqı Baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru Jan-Kristof Belliardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair Saziş layihəsi üzrə danışıqların gedişi ətrafında fikir mübadiləsi aparılıb.

Mehriban Əliyeva Aida İmanquliyevanın məzarını ziyarət etdi

10 Oktyabr 2017 15:38

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişafı ilə bağlı müzakirələr aparılıb

10 Oktyabr 2017 15:36

Pakistanın Baş naziri Şahid Xakan Abbasi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşüb. Diplomat Pakistanın Baş naziri seçilməsi münasibətilə Şahid Xakan Abbasiyə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb.

Oqtay Əsədov Lukaşenko ilə görüşəcək

10 Oktyabr 2017 15:34

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 10-dan 13-dək Belarus Respublikasında rəsmi səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. Səfər çərçivəsində Milli Məclis Sədrinin ölkə Prezidenti Aleksandr Lukaşenko, Baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Milli Məclisin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulmuşdur.

Avropa Şurası da xora qoşulub

10 Oktyabr 2017 15:15

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında əvvəlcə Nazirlər Komitəsinin yay sessiyasından ötən müddət ərzində gördüyü işlər barədə hesabat məruzəsi dinlənilib. Sonra Assambleya üzvlərinin müxtəlif sualları cavablandırılıb. Parlament Assambleyasında Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması və yeni təxribatlar törətməsi barədə danışan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralekə belə bir sualla müraciət edib: “Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti uzun illərdir ki, tam səmərəsizdir.