Bakıda Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib
Bakıda qardaş Türkiyənin Cümhuriyyət Günü ilə bağlı mərasim təşkil edilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, eləcə də KİV və QHT rəhbərləri iştirak edib.
1 Noyabr 2017 20:30 SiyasətBakıda qardaş Türkiyənin Cümhuriyyət Günü ilə bağlı mərasim təşkil edilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, eləcə də KİV və QHT rəhbərləri iştirak edib. Bayram mərasimi Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Bayram tədbirində çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral təmsil etdiyi ölkənin Cümhuriyyət tarixi, ötən illər ərzində qazandığı nailiyyətlər, bu gün dünyadakı yeri və rolundan danışıb. Səfir çıxışında Türkiyə və Azərbaycan dostluq-qardaşlığından da söz açıb. İki ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini deyən səfir bu günlərdə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini bunun bariz nümunəsi kimi dəyərləndirib. Səfir Türkiyə-Azərbaycan dostluq və qardaşlığının bundan sonra daha da möhkəmlənəcəyini vurğulayıb.