Siyasət

Cəbhə xəttində monitorinq keçiriləcək

11 Oktyabr 2017 13:50

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 12-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə məlumat “OLAYLAR”-a Müdafiə Nazirliyindən daxil olub. Bildirilib ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.

Azərbaycan müxalifətinin diktatoru

11 Oktyabr 2017 13:33

Hər sözlərində, əməllərində ard-arda çəkinmədən, usanmadan və ən əsası utanmadan Azərbaycanın müstəqilliyinə, inkişafına, siyasi sabitliyinə qarşı zidd mövqedə qərarlaşan, siyasi qüvvələrin dəyirmanına su tökdüklərini təsdiqə çevirən erməni xislətli Milli Şura mənsubları bu dəfə də həyata keçirdikləri qondarma mitinq nəticəsində Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, suverenliyinə və ən əsası xalqımızın qürur rəmzinə düşmən olduqlarını sübuta yetirdilər.

MDB çərçivəsində separatizmə qarşı mübarizədə heç vaxt həmrəylik olmayıb

11 Oktyabr 2017 13:29

Bu günlərdə Azərbaycan diplomatiyası, xarici siyasətində bir hərəkətlilik müşahidə edilir.  Xarici siyasət idarəsi rəhbərinin bir neçə gün əvvəl Gürcüstana səfər etməsi, Tbilisidə GUAM toplantısı çərçivəsində keçirilən ikitərəfli görüşlər,  ondan əvvəl Macarıstan XİN rəhbərinin Azərbaycana gəlməsi və ən son Ukraynanın xarici işlər nazirinin respublikamıza səfəri deyilənləri təsdiqləyir. Onu da qeyd etmək lazımdır ki, Ukrayna xarici işlər nazirinin Bakıda azərbaycanlı həmkarı ilə keçirdiyi görüş və həmin görüş zamanı səsləndirilən bəzi fikirlər  bir çoxları üçün gözlənilməz oldu. Belə ki, Azərbaycanın paytaxtında Ukrayna XİN rəhbəri Rusiya əleyhinə sərt bəyanatlar səsləndirməklə yadda qaldı ki, bu da bir növ Bakını da zərbə altında qoymaq anlamı verirdi. Yəni, Pavlo Klimkin bununla Azərbaycanı da Ukrayna ilə bir sırada Rusiyaya qarşı cəbhədə görmək istədiyini ehtiva edirdi.  

Xaricdəki bəzi “demokratların” Azərbaycana qara yaxmaq cəhdi

11 Oktyabr 2017 13:26

Günümüzdə təəssüflər olsun ki, bir çox mənfi tendensiyalarla qarşılaşmaqdayıq. Biriləri orta məktəb dərsliklərində dənizdən-dənizə ideyasını özündə ehtiva edən “Böyük Ermənistan” xəritəsini çap etdirir, digərləri daji Nizamini fərs şairi kimi qələmə verir, bir başqası isə dilimizlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Bütün bunların fonunda dahi şair və yazıçılarımız, mütəfəkkirlərimizin zamanında qələmə aldıqları şerlər, əsərlərə diqqət yetirəndə, onları təkrar-təkrar oxuyanda  hazırda cərəyan edən hadisələr gözlər önündən keçir. Sanki dahi mütəfəkkirlərimiz o zaman qələmə aldıqları yazıları, şerlərini bu günün olaylarını görərək qələmə alıblar.

Baş katib konkret sualdan niyə yayındı?

11 Oktyabr 2017 13:24

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyası çərçivəsində Assambleya üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığını dəstəkləməyə və inkişaf etdirməyə dair məsələnin müzakirəsinə qoşulub. S.Seyidov mövzu ilə bağlı dinlənilən məruzənin vacibliyini vurğulayaraq bildirib ki, Assambleyada çox mürəkkəb vəziyyət yaranıb. AŞPA-nın yeni seçilən prezidenti Assambleyada birliyin, vahid mövqeyin təmin edilməsinə nail olacağına və yaranmış böhranı aradan qaldıra biləcəyinə ümid edir.

Çingiz Qənizadə hacı Qalibin qeyri-ciddiliyini sübut etdi

11 Oktyabr 2017 13:13

Millət vəkili Çingiz Qənizadə xüsusi ittiham qaydasında şeyxin qudası hacı Qalib Salahzadəni məhkəməyə vermişdi. Ç.Qənizadənin məhkəməyə müraciət etməsinin səbəbi ikincinin onu nüfuzdan salmaq məqsədilə böhtan atması olub. Hacı Qalib Salahzadənin dediklərinin ciddi olmadığına və söylədiklərini tez-tez təkzib etdiyinə  mətbuat da həmişə şahidlik edib.

ABŞ-Türkiyə gərginliyi

11 Oktyabr 2017 13:02

Birləşmiş Ştatlarla Türkiyə arasında ciddi siyasi böhran yaşanır. Hər şey Amerikanın Türkiyədəki diplomatik nümayəndəliyində çalışan bir əməkdaşının FETÖ terror qruplaşması ilə əlaqədə suçlu bilinərək həbs edilməsindən başladı. Əslində isə bu olaya qədər də Vaşinqton-Ankara münasibətləri bir o qədər normal deyildi.

Dinamik iqtisadi inkişafa aparan uğurlu siyasət

11 Oktyabr 2017 13:00

Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət öz müsbət nəticəsini vermişdir. Artıq Azərbaycan əldə etdiyi iqtisadi uğurlarına görə, nəinki MDB ölkələrini, eləcə də Avropanın bir sıra aparıcı ölkəlrini geridə qoyur. Ölkəmizin qazandığı iqtisadi naliyyətləri beynəlxalq qiymətləndirici qurumlar tərəfindən də təsdiq edilir.

AŞPA-da Azərbaycan üzrə iki hesabat təqdim olunub

11 Oktyabr 2017 12:58

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib. İlk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Deputat: Azərbaycan iqtisadi inkişafa uğurlu siyasətin nəticəsində nail olub

11 Oktyabr 2017 12:50

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqi dövrün reallıqlarını qiymətləndirmə baxımından əhəmiyyətli olduğu kimi, həm də dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasını daim nəzarətdə saxladığını göstərir.

Sarkisyan Soçiyə Əliyevə təslim olmağa gedir: “Ermənistanı qaranlıq gecə gözləyir”

11 Oktyabr 2017 12:41

Bu gün MDB dövlət başçılarının Soçidə sammiti keçiriləcək.  Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Soçiyə səfər edib. Soçidə keçirilən sammitdə Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edəcək. Sammit çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyi haqda ehtimallar səsləndirilir. Bununla bağlı heç bir rəsmi məlumat olmasa da, bir neçə ay öncə prezidentlərin ilin sonuna kimi Rusiyanın təşkilatçılığı ilə görüşəcəyi haqda yayılan məlumatlar bu ehtimalı artırır. Hər şey günün sonunda bəlli olacaq.

"Strateji yol xəritəsi ölkəmizin gələcək inkişafının qarantıdır"

11 Oktyabr 2017 12:38

 “Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları deməyə əsas verir ki, sənəd üzrə nəzərdə tutulmuş işlər ardıcıl və yüksək keyfiyyətlə icra olunmaqdadır”. “OLAYLAR” xəbər verir ki, bunu Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarına münasibət bildirərkən deyib.

Deputat: Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar

11 Oktyabr 2017 11:57

Bu bir həqiqətdir ki, regionun inkişafı, həyata keçirilən bütün layihələr yalnız Azərbaycan vasitəsilə, ölkəmizin dəstəyi ilə mümkündür. Bunu  Milli Məclisin deputatı Bəxtiyar Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.