Siyasət
Avropa Şurasından növbəti antiAzərbaycan addım
Avropa Şurasında erməni lobbisinin maddi dəstəyi ilə formalaşmış antiAzərbaycan qüvvələr, bir sıra ölkələrin qurumda təmsil olunan deputatları ölkəmizə qarşı nə qədər qərəzli və qeyri-obyektiv olduqlarını ötən gün bir daha ortaya qoydular. Belə ki, məlum olduğu kimi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub.
Deputat: AŞ PA-da qəbul edilən sənədlər Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bu gün keçirilən iclaslarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məsələlərin qeyd olunduğu sənədlərin qəbul edilməsi Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür. Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib
Prezident İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu göndərib.
Türkiyənin BİLGESAM Mərkəzi Əli Həsənovun Xocalı soyqırımından bəhs edən monoqrafiyasını saytında yerləşdirib
İstanbulda fəaliyyət göstərən BİLGESAM Araşdırmalar Mərkəzi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi monoqrafiyasının türk və ingilis dillərindəki elektron versiyalarını öz saytında yerləşdirib.
Ruhani: “Nüvə sazişinin pozulması Amerikanın özünə ziyan vuracaq”
İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxış edib. Prezident İranla “altılıq” ölkələri arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planının taleyi və İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ABŞ tərəfindən terror təşkilatı elan edilməsi ehtimalı barədə danışıb.
Azərbaycan prezidenti MDB sammitində çıxış edib
Azərbaycan prezidenti Rusiyanın Soçi şəhərində keçirilən MDB dövlət başçılarının sammitində iştirak edib. Məlumata görə, Azərbaycan prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşündə çıxış edib.
MDB dövlət başçılarının Soçi sammitində 18 sənəd imzalanıb
Rusiyanın Soçi şəhərində MDB ölkələrinin dövlət başçılarının sammiti keçirilib. Məlumata görə, sammitdə ilk olaraq dövlət başçıları məhdud tərkibdə görüş keçiriblər. Sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Geniş tərkibdə görüşdə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon çıxış edib. O, təşkilatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı ölkəsinin və hökumətinin görəcəyi işlərdən danışıb. Sonra MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib.
2018-ci il üçün MDB-yə sədrlik Tacikistana keçib
2018-ci il üçün MDB-yə sədrlik Tacikistan Respublikasına keçib. Bu barədə MDBölkələri dövlət başçılarının sammitində qərar qəbul olunub. Türkmənistan və Rusiya isə MDB-nin həmsədr ölkələri olub.
AŞPA-da bu gün sərsəmlik şousu oldu - Azərbaycanı kimlər, niyə "hədəf"ə alıb?
Avropa Şurasının baş katibi Turbyern Yaqlandın bilavasitə və birbaşa təzyiqi, təşəbbüsü və istəyi ilə Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı yönəlmiş iki sənəd qəbul olunub.
Səməd Seyidov: "Azərbaycanla bağlı bu gün qəbul olunan qətnamələr AŞPA-ya utanc gətirən sənədlərdir"
“AŞPA-dakı bugünkü müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər". Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Soçidə MDB ölkələri dövlət başçılarının sammiti keçirilir
Rusiyanın Soçi şəhərində MDBölkələri dövlət başçılarının sammiti başlayıb. Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə dövlət başçıları ilk olaraq məhdud çərçivədə görüş keçiriblər. Liderlər MDB çərçivəsində əməkdaşlığın əsas məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Deputat: “Biz başqa yollara əl atmalı olacağıq”
“Azərbaycan Prezidenti hər zaman olduğu kimi yenə də oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirdi. Ölkə başçısının bu istiqamətdə səsləndirdiyi fikirlər müşavirədən bir neçə gün öncə Avropa siyasətçiləri, parlamentariləri ilə Bakıda keçirdiyi görüşdə kəskin şəkildə öz əksini tapmışdı”. Bunu millət vəkili Elman Məmmədov deyib.
Səyavuş Heydərov: Bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır
Bu gün nəinki Avropa strukturlarında, bütün dünyada Azərbaycandakı tolerant mühit olduqca maraqlıdır. Bunu Brüsseldə Avropa İttifaqı (Aİ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edən DQİDK-nin sədr müavini Səyavuş Heydərov deyib.
Azərbaycan Ermənistanın "İsgəndər" xəyalına son qoyur
Azərbaycanın bütün sahələrdə Ermənistanı üstələməsi, yaxın və uzaq qonşuları ilə qurduğu əlaqələr işğalçı ölkəni ciddi şəkildə narahat etməklə yanaşı, onu da müəyyən adekvat addımlar atmaq məcburiyyətində qoyur. Amma istər daxili, istərsə də xarici siyasətdə müstəqil kurs həyata keçirmək iqtidarında olmayan Ermənistan hakimiyyəti ənənəvi olaraq Azərbaycanınb artan gücü qarşısında balansı cənub qonşumuz vasitəsilə qorumağa çalışır. Çünki Avropaya çıxış, qitə ölkələri ilə əməkdaşlığı genişləndirmək istəyi onun ağası sayılan Rusiya tərəfindən məqbul hesab edilmir. Ən son bir müddət əvvəl NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərində Moskvanın ciddi təpkisi ilə İrəvanın bu təlimlərdən imtina etməsinin fonunda bunu gördük.
“Sarkisyan Rusiyaya qarşı siyasi şantajla məşğuldur”
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən öncə tərəflər arasında məsləhətləşmə məqsədi daşıyırdı.













