Siyasət

Deputat: Avropa Şurası da Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur

12 Oktyabr 2017 15:48

Avropa Şurası Parlament Assambleyasında payız sessiyasında Azərbaycanla bağlı qəbul edilən sənədlər qərəzli və qeyri-obyektivdir. Bunu  Milli Məclisin deputatı Musa Qasımlı deyib. Onun sözlərinə görə, bu, Azərbaycan əleyhinə olan qüvvələrin, erməni lobbisinin və erməni diasporunun təsiri altında olan qrupların fəaliyyətinin nəticəsidir.

Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünün vaxtı məlum olub

12 Oktyabr 2017 15:32

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin,İlham Əliyev və Həsən Ruhaniarasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi bildirib ki, görüş bu il noyabrın 1-də Tehranda baş tutacaq.  M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək. Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.

İlham Əliyev: "Azərbaycan gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfə verməyə hazırdır"

12 Oktyabr 2017 14:58

Azərbaycan gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılması işinə töhfə verməyə hazırdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı deyib. Dövlətimizin başçısı çıxışında təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə də toxunub: "Biz şadıq ki, Azərbaycan bu istiqamətdə də risklərin azaldılması üçün imkan yaradır.

Ekspert: Yaqland erməni lobbisinin korrupsiya tələsinə düşərək onların iş icraçısına çevrilib

12 Oktyabr 2017 14:56

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" hesabatı adı altında ölkəmizə qarşı aparılan çirkin kampaniya sübut edir ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland erməni lobbisinin əlaltısına çevrilərək, onlardan aldığı davamlı rüşvətlər hesabına dövlətimiz əleyhinə iş aparmaqdadır.

Prezident İlham Əliyev: "Azərbaycan özünü humanitar xarakterli məsələlərin müzakirəsi üzrə dünya mərkəzlərindən biri kimi tanıdıb"

12 Oktyabr 2017 14:52

Oktyabrın 11-də Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb

12 Oktyabr 2017 14:45

Dünya ölkələrində davam edən maliyyə böhranının Azərbaycana təsirinə baxmayaraq, ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir, nəzərdə tutulmuş proqramlar, investisiya layihələri uğurla icra olunur. Heç şübhəsiz, bütün bunlar dünyanın bir sıra nüfuzlu iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır, Azərbaycanın iqtisadi inkişafı yüksək qiymətləndirilir.

AŞPA-da qəbul edilən hesabatlar ...

12 Oktyabr 2017 14:44

Nəhayət ki, Avropa Şurası uzun müddətdən bəri nəzərdə tutduğu qəzəbi, kini Azərbaycanın üzərinə tökdü. Zaman-zaman ölkəmizə qarşı müəyyən təzyiq və təsir vasitələrindən istifadə etməklə Azərbaycanı öz müstəqil siyasət kursundan döndərmək, Cənubi Qafqazın digər iki respublikası kimi Bakının da diqtə ilə işləməsinə çalışmaq kimi planlar baş tutmadığından, sözügedən qurum öz aləmində daha təsirli addımlar atmağı qərarlaşdırdı.

Azərbaycan dövlətçiliyinin qırmızı xətti

12 Oktyabr 2017 14:42

Azərbaycanın siyasi və iqtisadi inkişafı, artan beynəlxalq nüfuzu ölkənin müstəqilliyinin daha da möhkəmlənməsini təmin etməkdədir. Artıq qətiyyətlə demək olar ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda heç bir təşkiat, birlik tərəfindən müzakirə predmeti ola bilməz. Hazırda Azərbaycan beynəlxalq birliklərlə bərabər bir sıra ölkələrdə təhlükəsizliyin təmin edilməsi prosesində yaxından iştirak edir. Ölkəmizin beynəlxalq əlaqələri getdikcə genişlənir, ikitərəfli, bərabərhüquqlu siyasi, iqtisadi əməkdaşlığı artan xətt üzrə inkişaf edir.

Millətə, vətənə çamur atmazlar

12 Oktyabr 2017 14:33

Son günlər dərsliklərdə bir-birinin ardınca əksini tapan ciddi nöqsanlar, Azəbaycanın şair və yazıçılarının milli mənsubiyyəti barədə yaradılan şübhələr, eləcə də bu şübhələrə olan fərqli münasibətlər geniş müzakirə predmetinə çevrilib. Xüsusilə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəzi dərsliklərdə fars şairi kimi qələmə verilməsi etirazla qarşılanıb. Məsələ kifayət qədər ciddi xarakter daşıdığından parlamentarilər də sosial şəbəkələrdə, yaxud mətbuata verdikləri açıqlamalarda sözügedən mövzuya toxunublar. Bəziləri Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsini qətiyyətlə pisləyib, bəziləri isə dahi mütəfəkkirin həmin dövrdə farsca yazıb yaratdığını əsas gətirərək onun fars şairi kimi qələmə verilməsində ciddi bir problemin olmadığını söyləyirlər. Təbii ki və haqlı olaraq ikinci arqumentlə çıxış edənlərin fikirləri də etirazla qarşılanıb.

Putin Əliyevdən möhlət istəyib - ilginc iddia

12 Oktyabr 2017 14:20

Prezidentlərin Soçi görüşü ilə bağlı mühüm detal; Kremlin Bakıya işi düşüb; Rusiyadakı kritik mart seçkilərinədək Azərbaycan sarıdan Qarabağda arxayın olmaq üçün Rusiya liderinin prezident İlham Əliyevdən zəmanət istədiyi deyilir; bəs nəyin qarşılığında - marta qədər konfliktin həllində dönüşmü olacaq? - Rusiyalı politoloq danışır...

Əli Həsənov: AŞPA konkret sifariş yerinə yetirir.

12 Oktyabr 2017 13:53

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.

“The Washington Times”: Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir

12 Oktyabr 2017 13:46

“The Washington Times” qəzeti “Caspian Group Holdings” şirkətinin direktoru Rob Sobhaninin “Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?” sərlövhəli məqaləsini dərc edilib. Məqalədə ABŞ-Azərbaycan münasibətlərinin gələcək inkişafına Tramp administrasiyası tərəfindən daha çox diqqət yetirməyin zəruriliyindən danışılır.

Deputat: Bəzi dairələr öz maraqlarını təmin etdirmək üçün Azərbaycana qarşı çirkin kampaniyadan istifadə edirlər

12 Oktyabr 2017 13:03

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı qəbul edilən sənədlər qərəzlidir, qeyri-obyektivdir və ölkədə gedən prosesləri düzgün əks etdirmir. Bunu  Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, Azərbaycanda insan haqları tam qorunur, demokratik təsisatlar normal fəaliyyət göstərirlər və ölkəmiz Avropanın özünə nümunə ola bilər: “Amma çox təəssüflər osun ki, bəzi dairələr öz maraqlarını təmin etdirmək, Azərbaycana öz şərtlərini qəbul etdirmək üçün bir sıra beynəlxalq qurumlardakı bəzi dairələr vasitəsilə ölkəmizə qarşı təzyiq dilində çirkin kampaniyadan istifadə edirlər ki, Azərbaycan onların şərtlərini qəbul etsin. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək. Dövlətimiz şəffaf, ədalətli, qarşılıqlı hörmət əsasında bütün ölkələrlə əməkdaşlıq edir. Diktə, şərt, qeyri-obyektiv, qərəzli təzyiq ilə Azərbaycan öz siyasətini dəyişməyəcək”.

Ərdoğanın Bakıya gələcəyi gün AÇIQLANDI

12 Oktyabr 2017 12:37

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın 30-da Bakıya gələcək. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək.