Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilk qatar bu gün Qarsa çatdı

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə hərəkət edən ilk yük qatarı bu gün səhər saatlarında Qarsa çatıb.

Trend  xəbər verir ki, oktyabrın 24-də Qazaxıstandan çıxan taxılla yüklənmiş qatar 32 konteynerdən ibarətdir.

Məlumata görə, həmin qatar Azərbaycandan Qarsa 40 saata çatıb.

Həmin qatarın son təyinat məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.

Qeyd edək ki, BTQ dəmiryolunun təntənəli açılış mərasimi oktyabrın 30-da Bakıda keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31