İspaniya presedentinə görə Rəsmi Bakı Dağlıq Qarabağa rəhbər təyin etməlidir
3 Noyabr 2017 10:35 SiyasətMübariz Əhmədoğlu
politololoq
Dağlıq Qarabağ separatçıları birmənalı şəkildə Kataloniya və İraq Kürdüstanındakı referendumları dəstəkləməyə yönəlib. İraq Kürdüstanı referendumun nəticələrini ləğv etməyə hazırlaşır. İspaniyada baş nazir M.Raxoy Kataloniya hökumətini buraxdı, müavinini Kataloniyaya rəhbər təyin etdi.Yeni parlament seçkiləri keçiriləcək. Kataloniyada yüz minlərlə insanın iştirakı ilə müstəqillik əleyhinə referendum keçirildi. Aİ və ABŞ Ispaniyanin atdığı bütün addımları dəstəklədilər. Bizim separatçıların Kataloniyadakı müstəqillik referendumuna hədsiz marağını diqqətdən kənarda saxlamaq olmaz. Ona görə İspaniya mərkəzi hökümətinin Kataloniyaya qarşı atdığı addımları Dağlıq Qarabağ ermənilərinə ekstrapolyasiya edək: ı. Dağlıq Qarabağ erməniləri katalonları özləri üçün nümunə hesab edirlərsə, Dağlıq Qarabağda müstəqilliyin əleyhinə olanların fikrilərinin yayılmasına şərait yaratsın. ıı. Katalonlar kimi öz iqtisadiyyatlarını Azərbaycan dövlətinin iqtisadiyyatına qarışdırsınlar. ııı. Rəsmi Bakının DQMV-ni bərpa edib, ora rəhbər təyin etməsi ehtimal BMT sənədlərinə və Azərbaycan Respublikası konstitutsiyasına tam uyğundur. Dağlıq Qarabağ erməniləri buna etiraz etməməlidir. Etiraz edəcəyi halda Azərbaycan dövləti ölkə Prezidentinin DQMV-yə təyin etdiyi rəhbərliyi qısa müddət ərzində Xankəndidə (Stepanakert) məskunlaşdıra və funksiyalaşmasına şərait yarada bilər. İspaniya güc strukturlarının Kataloniyadakı davranışı nümunədir. İspaniya presedent yaratdı. Aİ və ABŞ Azərbaycanın bu addımına müqavimət göstərməyəcəklər. RF ümumiyyətlə qarışmayacaq.