Siyasət
Əsil rüsvayçılıq vəd verməkdə əlaçı olan Sərkisyanın vədin icrasından iki alan olmasıdır
"AŞPA-da qəbul olunan qətnamələr Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil"
"Avropa Şurasının Azərbaycanla bağlı qərəzli mövqeyi ölkəmizin həmin quruma üzv olduğu gündən özünü göstərməkdədir. Çünki Avropa Şurası diplomatiyadan kənar, daha doğrusu desək xristian dövlətləri üçün yaradılan təşkilatlardır. Buna görə də həmin təşkilatda Azərbaycan və Türkiyənin yeri yoxdur”. Bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan prezidenti və xanımı ilə görüşdü
Oktyabrın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.
AŞPA-da ermənilərə sərt mesaj "populist çıxışlara son qoyun!"
AŞPA-da ölkəmizlə bağlı səsə qoyulan “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələrlə bağlı təşkilatdakı nümayəndə heyətimizin üzvü, qurumun miqrantlar, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova yazılı bəyanat yayıb.
Azərbaycan tankları və raketləri döyüş vəziyyətinə gətirdi
Azərbaycan Silahlı Qüvvələrinin 2017-ci il üçün hazırlıq planına uyğun olaraq raket və artilleriya birləşmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib. “Olaylar” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, döyüş şəraitinə uyğun vəziyyətdə keçirilən təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş və start mövqelərinin tutulması, döyüşün gedişində yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilib.
Əli Məmmədov Prezidentin fərdi təqaüdü ilə təltif edildi
Prezident İlham Əliyev Ə.R.Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Prezident fəxri ad və medal verdi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Pentaqon nümayəndəsi: "ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş sayır"
ABŞ Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm". Bunu ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper deyib. O bildirib ki, ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş hesab edir: "Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk.
Aktyorlara qarşı cəza tədbirləri başlandı
Əldə etdiyimiz məlumata görə, oktyabrın 7-də Milli Şuranın mitinqində iştirak etmiş aktyorlar İlqar Cahangir, Abbas Qəhrəmanov və Ayşad Məmmədli barədə artıq ölçü götürülməsinə başlanılıb.
Prezident İlham Əliyev yeni nazir təyin etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev P.O.Şahbazovun Azərbaycan Respublikasının energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Elman Nəsirov: “Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir”
“Əsgər oğul, ürəyini aç mənə” aksiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov ölkəmizin qərb bölgəsində, Azərbaycan-Ermənistan dövlət sərhədində torpaqlarımızın müdafiəsində dayanan Vətən əsgərlərinin qonağı olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, millət vəkili E.Nəsirov və digər qonaqlar hərbi qulluqçular üçün yaradılan sosial-məişət, xidmət şəraiti, eləcə də silah və hərbi texnikalarla tanış olub, əsgərlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.
Rusiyadan Ermənistana növbəti silah "hədiyyə"si - Bu, silahlar elə-belə verilmir...
"Rusiya Ermənistanda öz hərbi bazalarının silahlandırılması istiqamətində addımlar atır və bunu NATO ilə cənubdakı sərhədlərinin məhz Ermənistandan keçməsi ilə izah edir. Eyni zamanda Rusiya Ermənistana güzəştli kreditlə müasir silahlar verir. Maraqlısı odur ki, Ermənistanın bu krediti iqtisadi potensialı hesabına heç bir vəchlə ödəmək imkanı yoxdur. Çünki söhbət bu ölkə üçün həddən artıq çox böyük rəqəmlərdən gedir. Alınan silahların maddi qarşılığını ödəmək yalnız Ermənistan iqtisadiyyatının bir sıra sahələrinin tam olaraq Rusiyanın inhisarına verilməsi hesabına, başqa sözlə öz müstəqilliyini, dövlətçiliyini qurban vermək yolu ilə mümkün ola bilər".
"100 milyon dollar çox kiçik rəqəmdir” – YAP-çı deputatdan münasibət
“100 milyon dollar silah və hərbi texnika almaq üçün çox kiçik rəqəmdir. Nəzərə alsaq ki, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir və daim yeni silahlara ehtiyacı var. Bu baxımdan bunu uğur saymaq olmaz”.
Oqtay Əsədov: “Regional parlament qurumları yaradılmalıdır”
Minskdə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, Milli Məclisin Sədri Oqtay Əsədov deyib ki, Azərbaycan və Belarus arasında istər siyasi, istər iqtisadi sahədə əlaqələr inkişaf edir, heç bir fikir ayrılığı yoxdur: “Azərbaycan və Belarus prezidentləri arasında səmimi dostluq münasibətləri var.
Qənirə Paşayeva AŞPA-da Azərbaycanın terrora məruz qalmasından danışdı
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsi müzakirə olunub.“Olaylar” xəbər verir ki, müzakirə zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azad Demokratlar Qrupu adından çıxış edib və terrorla mübarizədə ikili standartlara yol verilməməlidir deyib: "Mən bir müddət öncə Türkiyənin İraq və Suriya sərhədində İŞID zülmündən qaçaraq canını zorla qurtarmış qaçqınlarla görüşdüm.














