Siyasət

AŞPA-nın qəbul etdiyi qərəzli qərarlar onun imicini ləkələyir

13 Oktyabr 2017 14:59

Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası, ölkəmizin imicinə zərbə vurma kimi məkirli plan həyata keçirilir. Hər zaman olduğu kimi bu dəfə də antiAzərbaycan kampaniyasının sifarişçiləri erməni lobbisi, icraçıları isə erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən Avropa və Qərbdəki bəzi siyasi təsisatlar və parlamentarilərdir. Əgər əvvəllər erməni lobbisi Azərbaycana qarşı kampaniyada beynəlxalq qeyri-hökumət təşkilatları şəbəkəsindən istifadə edirdilərsə, bu dəfə nə qədər təəccüblü və təəssüfedici olsa da, Avropa Şurasını da öz çirkin məqsədlərinə alət edə biliblər. Hər halda bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamə belə deməyə əsas verir.

Rusiya Ermənistanın müstəqilliyi və ordusu üzərində hakimiyyəti ələ keçirir

13 Oktyabr 2017 14:51

4 günlük aprel müharibəsinin nəticələrindən danışarkən regional təhlükəsizliyi araşdıran ekspertlər nədənsə, uzaqmənzilli “İskəndər” raketlərinin Cənubi Qafqaza gətirilməsini fəsadlardan biri kimi dəyərləndirirlər.Onların versiyasına görə, Krım ətrafında sərt beynəlxalq sanksiyalara məruz qalan Rusiya özünün hərbi maraqlarını dərindən təhlil edərək müxtəlif vektorlar üzrə hərəkətə keçdi və strateji mənzilli silahlarını yaxın müttəfiqi saydığı ölkələrə yerləşdirməyə başladı.

Avropa Şurası simasını tamamilə itirib

13 Oktyabr 2017 14:48

AŞ PA-nın payıs zessiyasında Azərbaycan daha bir təzyiq vasitəsilə üzləşdi, daha bir ikili standartın şahidi oldu. Belə ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub. Başdan-ayağa qərəz və kin üzərində qurulan sözügedən hesabatlarda Azərbaycanda insan hüquq və azadlıqlarının guya kobud şəkildə pozulduğu, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı, bir sıra şəslərin siyasi baxışlarına görə həbs edildiyi kimi iddialar səsləndirilir.

Ənənəvi muxalifətin yanlış siyasəti Azərbaycan siyasətində ciddi problemə çevrilib

13 Oktyabr 2017 14:43

Artıq bir xeyli müddətdir ki, Azərbaycan müxalifətinin belə demək mümkünsə konstruktiv mövqedən çıxış edən cinahında seçki hazırlıqlarına start verilib. Bəzi partiyalar hələ bir neçə ay əvvəl özünün mərkəzi strukturlarının toplantısını çağıraraq 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesini müzakirə edib, seçkilərdə iştirak edəcək namizədini müəyyənləşdirib. Məsələn, bu sırada Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, eləcə də digər siyasi təşkilatları göstərmək olar. Adları çəkilən hər iki partiyadan, VİP və ALDP-dən müvafiq olaraq partiya sədrləri, Əli Əliyev və Fuad Əliyev ilkin olaraq 2018-ci ilin prezident seçkilərinə namizəd olaraq müəyyən edilib. Ancaq sözügedən partiyaların qərarlarında o da qeyd edilib ki, əgər müxalifət düşərgəsi ciddi bir namizəd müəyyən etsə, o zaman partiyalar namizəd məsələsində güzəştə gedə bilərlər.

İrəvan iki YOL AYRICINDA: 3 gün sonra Qarabağla bağlı NƏLƏR BAŞ VERƏCƏK?

13 Oktyabr 2017 14:27

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oktyabrın 16-da Cenevrədə olacaq. Görüşün Soçidə MDB dövlət başçılarının sammiti çərçivəsində keçiriləcəyi gözlənilsə də, bu, baş tutmadı. Soçi sammitindən iki gün sonra isə Ermənistanda hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan prezidentlərin gələn həftə Cenevrədə görüşəcəyini dedi. Bu gün isə Azərbaycan XİN rəsmi açıqlamasında görüşün dəqiq tarixini açıqladı.

Xocalı hadisələrinə vaxtında hüquqi qiymət verilsəydi, bu gün İŞİD kimi terror qrupu da olmazdı

13 Oktyabr 2017 14:14

İnsanlığa qarşı cinayətlər tarixboyu baş verib və təəssüflər olsun bu gündə baş verir. Hər müharibənin və münaqişənin öz dəhşətli itkilərlə dolu tarixi var. Azərbaycan da belə faciəvi tarix yaşayıb.

Deputat: "Cenevrə görüşündə konkret razılaşmanın əldə olunacağı inandırıcı görünmür" 

13 Oktyabr 2017 14:11

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə cəbhə xəttində atəşkəsin qorunması ilə bağlı əlavə tədbirlərin keçirilməsi müzakirə oluna, hətta bununla bağlı hər iki ölkənin müdafiə nazirlərinə tapşırıq da verilə bilər". Bunu  Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Minsk səfərinin yekununa dair Bəyannamə imzalanıb

13 Oktyabr 2017 14:04

Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının baş naziri Andrey Kobyakovla görüşüb. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, A. Kobyakov bildirib ki, Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir.

Deputat: “Ermənistan çökür, iqtisadi və siyasi tənəzzülə uğrayır” 

13 Oktyabr 2017 13:56

“Yaxın zamanlarda Azərbaycan və Ermənistan prezdentlərin görüşü gözlənilir. Prezdentlərin görüşündən gözləntilərimiz böyükdür. Çünki, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. İstəyirik ki, məsələ müzakirə olunsun, ermənilər iddialarından əl çəksin, qaçqınlarımız öz doğma yurdlarına qayıtsın və Daglıq Qarabağda da normal ritmli həyat bərpa olunsun. Amma hər şey düşmən ölkənin rəhbərliyindən asılıdır”. Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

Putin MDB-ni SSRİ-yə çevirmək istəyir?

13 Oktyabr 2017 13:49

"Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının və xarici işlər nazirlərinin görüşü keçirildi. Prezidentlərdən əvvəl Soçidə MDB xarici işlər nazirləri görüşdülər. Rusiya pezidenti Vladimir Putinin görüşdə əsas fikri bundan ibarət oldu ki, MDB-ni gücləndirmək lazımdır. Təsadüfi deyil ki, Soçidə prezidentlər MDB-nin strukturlarının effektivliyinin artırılması barədə müzakirə apardılar. Bundan başqa, toplantıda üzv dövlətlər arasında ticarətin artırılması və investisiya əlaqələrinin dərinləşməsi də müzakirə edildi".

Prezidentlərin görüş tarixi bəlli oldu

13 Oktyabr 2017 13:36

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü keçiriləcək.

Azərbaycan Prezidenti: Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq

13 Oktyabr 2017 13:07

Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Prezident İlham Əliyev: Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq

13 Oktyabr 2017 13:06

Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Bolqarıstan Prezidenti: Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır

13 Oktyabr 2017 12:27

Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Məlumata görə, bunu Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.