Siyasət

"Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nda dəyişiklik edilib

13 Oktyabr 2017 18:17

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Əli Kərimli Müsavata sataşdı, qalmaqal düşdü

13 Oktyabr 2017 18:05

Özünü AXCP sədri kimi təqdim edən bloqqer Əli Kərimli müsahibəsində Müsavat partiyasını tənqid edib. O, Arif Hacılının rəhbəri olduğu Müsavatı müxalifəti yarıyolda qoymaqda ittiham edib. 

Səfir: Türkiyə Prezidenti oktyabrın 30-da Azərbaycana səfər edəcək 

13 Oktyabr 2017 17:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il oktyabrın 30-da Azərbaycana səfər edəcək. Bu barədə  Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Azərbaycan və Bolqarıstan arasında əlaqələrin inkişafı müzakirə olunub

13 Oktyabr 2017 17:07

Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə görüşüb. Dövlət başçılarının görüşündə birinci xanım Mehriban Əliyeva və Bolqarıstan Prezidentinin xanımı Desislava Radeva da iştirak edib. Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Daha sonra Prezident İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Amerikalı diplomat: “ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində güclü tərəfdaşlıq var”

13 Oktyabr 2017 16:51

“ABŞ və Azərbaycan hökumətləri arasında təhlükəsizlik sahəsində güclü tərəfdaşlıq mövcuddur”. Bu sözləri Saatlı rayonunun Varxan kəndində təkmilləşmiş suvarma sisteminin açılışında iştirak edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil deyib.

Aleksandr Lukaşenko: "Azərbaycanlılar və belaruslar qardaşdır"

13 Oktyabr 2017 16:22

"Azərbaycan və Belarus parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər". Məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüş zamanı deyib. "Hesab edirəm ki, parlamentlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər. Mən parlament rəhbərləri və deputatların dediyinə çox önəm verirəm və dinləyirəm. Bilirəm ki, Prezident İlham Əliyev bu baxımdan çox demokratik insandır. Bir şey faydalı olarsa, həmişə onu dinləyir", - A.Lukaşenko deyib.

Ermənistan dövləti AŞPA-nın çağırışlarına məhəl qoymur

13 Oktyabr 2017 15:59

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azad müzakirələr” zamanı çıxış edən millət vəkili, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatı ikili standartlarda ittiham edib. Q.Paşayeva bəzi deputatların Azərbaycan əlehinə apardığı kampaniyaya sərt cavab verib: ”Mən bu gün başqa bir çıxış edəcəkdim, amma təəssüflər olsun ki bəzi millət vəkillərinin özəlliklə Ermənistan heyətinin ölkəm əleyhinə bir neçə gündür burda dilə gətirdikləri saxta ittihamlara, yalanlara cavab vermək məcburiyyətindəyəm.

Dağlıq Qarabağdakı aqressiv separatizmə biganə yanaşma

13 Oktyabr 2017 15:01

Avropa Şurası Parlament Assambleyasının payıs sessiyası bir daha qurumun iç üzünü açmış oldu. Daha dəqiq, AŞ PA-nın illərdən bəri öz prinsiplərinə dönük çıxaraq üzv ölkəlrinə qarşı ikili standartlar sərgilədiyini təsdiq etmiş oldu. Məlumat üçün qeyd edək ki, AŞ PA-nın mövcudluğu dövründə qurumun üzv dövlətlərində dəfələrlə insan hüquqları ilə bağlı problemlər yaşanıb, hətta feparatizm meyillərinin güxləndiyi məqamlar da olub. Lakin təşkilat öz nüfuzunu qorumaq, prinsiplərinə sadiq qalmaq əvəzinə, ayrı-ayrı qrup deputatların əlində vasitəyə çevrilib.