Özbəkistan vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyula bilər

ABŞ hakimiyyəti Nyu-Yorkdakı terror aktından sonra Özbəkistan vətəndaşlarının ölkəyə girişinə qadağa qoya bilər.

"A24.az"ın məlumatına görə, bunu jurnalistlərə Amerika prezidentinin mətbuat katibi Sara Sanders deyib.

Özbəkistanın da qadağa siyahısına daxil edilib-edilməyəcəyi ilə bağlı suala Sara Sanders belə cavab verib: "Biz hazırda buna çağırış etmirik. Amma əlbəttə, istisna da deyil".

Oktyabrın 31-də əslən Özbəkistandan olan 29 yaşlı Seyfullah Saipov idarə etdiyi avtomobili velosiped meydançasına sürüb, bir neçə nəfəri vurub, daha sonra isə atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 12 adam xəsarət alıb. Seyfullah Saipov polis tərəfindən saxlanılıb.

İnsident terror aktı elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31