Musa Quliyev: “Azərbaycanın siyasi dividentləri iqtisadi qazancları qədər çox olacaq”

“Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Bu layihə müstəqil Azərbaycan dövrünün ən böyük iqtisadi, siyasi layihələrindən biridir. “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi və onun təntənəli açılışını biz yalnız "Əsrin kontraktları" ilə müqayisə edə bilərik. Yəni bu dərəcədə Azərbaycanın müstəqilliyinin ən uğurlu siyasi, iqtisadi əhəmiyyət daşıyan hadisələrindən biri oldu”. Bunu  millət vəkili Musa Quliyev deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolu tarixi və strateji əhəmiyyətli qlobal layihədir. Bu layihə müstəqil Azərbaycan dövrünün ən böyük iqtisadi, siyasi layihələrindən biridir. "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi və onun təntənəli açılışını biz yalnız "Əsrin kontraktları" ilə müqayisə edə bilərik. Yəni bu dərəcədə Azərbaycanın müstəqilliyinin ən uğurlu siyasi, iqtisadi əhəmiyyət daşıyan hadisələrindən biri oldu". Bunu  millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, heç şübhəsiz ki, belə bir böyük layihənin həyata keçirilməsi Azərbaycanın bir dövlət kimi qüdrətindən, gücündən, nüfuzundan xəbər verir: "Məlumdur ki, bu layihənin həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin və onun uzaqgörən siyasətinin nəticələrindən biri idi. Həmin o arzular cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə onun qətiyyəti sayəsində reallaşdı və böyük uğurla həyata keçirildi. Əminlikdə deyə bilərik ki, bu layihənin ideya müəllifi, memarı da Azərbaycan dövləti, ölkə rəhbəri cənab İlham Əliyevdir. O zamanlar Gürcüstanın müəyyən iqtisadi problemləri var idi. Azərbaycan da böyük fəxarətlə, cəsarətlə Gürcüstan dövlətinə tarixdə görünməyən əlverişli şərtlərlə kredit verdi ki, bu layihə həyata keçsin. Niyə biz bu layihəni əhəmiyyətli hesab edirik? Ona görə ki, ilk növbədə Azərbaycan Avrasiya qitəsinin bir başından o biri başına kimi bütün nöqtələri özündə birləşdirən qədim İpək Yolunun bir körpüsünə çevrilir. Çindən, Koreyadan, Vyetnamdan, Yaponiyadan, uzaq Sibirdən, Qazaxıstandan, Orta Asiya ölkələrindən gələn bütün yüklər məhz bu dəmir yolu vasitəsilə Türkiyəyə, oradan Avropaya və Londona kimi gedib çatacaq. Eləcə də əksinə Avropadan gələn yüklər Azərbaycan üzərindən gedəcək. Burada Azərbaycanın siyasi dividentləri onun elə iqtisadi qazancları qədər xeyli çox olacaq. Azərbaycan regionun ən aparıcı dövlətlərindən birinə çevriləcək.

Bunun iqtisadi səmərəsi isə ötən gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində cənab Prezident İlham Əliyev söylədi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da öz çıxışında dedi ki, ilkin etapda dəmir yolu xətti vasitəsilə bir milyon sərnişin daşınacaq, 6-7 milyon tona yaxın yük daşınacaq, daha sonra isə 3 milyon sərnişin və 15 milyon tona yaxın yük daşınması həyata keçiriləcək. Gələcəkdə bizim Ələt terminalında azad iqtisadi zonanın yaradılması da bu xəttin əhəmiyyətini daha da artıracaq. Eyni zamanda bunun hərbi, siyasi əhəmiyyətini də qeyd etmək lazımdır. Bu gün Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Çox təəssüflər olsun ki, torpaqlarımız hələ də işğal altındadır. Belə bir dəmir yolu layihəsinin həyata keçirilməsi Ermənistanı birdaha bütün layihələrdən kənarda qoyur. Beləcə Ermənistanın iqtisadi blokadası daha da güclənir. İstər-istəməz erməni millətinin və əhalisinin daxilində öz dövlətinə qarşı, xalqı bu bəlalara düçat etmiş qanlı, faşist rejiminə qarşı bir nifrət oyadır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31