Siyasət
Tofiq Həsənova ədliyyə general-mayoru rütbəsi verilib
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Tərtərdə çoxmənzilli binalar əsaslı təmir olunacaq
Prezident İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Polkovnik Ramaldanov: “Cəbhədə lokal döyüşlər başlaya bilər”
“Qarabağda müharibə hələ qurtarmayıb. Lokal döyüşlər hər an başlaya bilər”. Bu barədə ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Ekspertin fikrincə, Ermənistanın işğalçı qüvvələri ilə müharibə şəraitində yaşadığımızı unutmamalıyıq: “Atəşkəs hər gün pozulur. Ermənilərin təxribatını hər zaman gözləmək olar. Bunu hansısa fəsillə bağlamaq olmaz. Azərbaycan ordusunun gücü düşmənin istənilən təxribatının qarşısını almağa imkan verir. Belə hallarla bağlı çox misal gətirmək olar. Bir neçə dəfə düşmənin təxribat cəhdlərinin qarşısını alınıb. Burada helikopterin, müəyyən texnikaların və uçan aparatların vurulması faktı qeydə alınıb. Canlanma olan nöqtələr daim susdurulub. Ümumilikdə isə Azərbaycan odrusunun müdafiə xətti daim düşmənin təxribatlarının qarşısını almağa hazırdır”.
Qarabağ savaşı bu qış başlaya bilər-Ukraynalı tarixçi
Rusiya çalışır ki, Donbasdakı döyüşlərin intensivliyini aşağı salıb, status-kvonu qorusun. O bununla dünyanın bu konflikti işğal edilmiş Azərbaycan əraziləri kimi unutmasına çalışır.
Elmar Məmmədyarov Kosta-Rikalı nazirlə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə görüşüb. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, nazirlər 2017-ci ilin Kosta Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlamətdar olduğunu qeyd edərək, ötən 20 il ərzində iki ölkə arasında mövcud siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.
Azərbaycan prezidenti: “Şərq Tərəfdaşlığı” sammiti yaxşı nəticələr verib” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev Xorvatiya baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Səfir: "Brüssel sammiti Azərbaycan-Aİ sazişi ilə bağlı işlərin intensivləşməsinə kömək edib"
“Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammiti çox uğurlu keçdi”. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Brüssel sammitinin nəticələrini şərh edərkən deyib.
Moskva Bakı ilə oyun oynayır
Moskva nəsə bizimlə oyun oynayır. Bir tərəfdən Dövlət Duması Georgi Zuyevi iyulun 5-də Rusiyanın Azərbaycandakı səfiri kimi təsdiq edib. Digər tərəfdən Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır, Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq".
ABŞ-ın təzyiqləri Ərdoğan iqtidarının zəifləməsinə hesablanıb
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın may ayında və bu yaxınlarda baş nazir Binəli Yılıdırımın ABŞ səfəri iki ölkə arasında əlaqələrin normallaşmasına təsir etmədi. Çünki iki ölkə arasında çox ciddi problemlər yaşanır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib: “Bu problemləri, əsasən aşağıdakı kimi xarakterizə etmək olar.
Komitə sədri: “Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması mədəniyyəti formalaşıb”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. MM-dən “Olaylar”a verilən məlumata görə, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov nümayəndə heyətinin üzvlərini Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu dedi.
Sizin simanız varmı, cənab Yaqland?
Əgər Rusiya təşkilatımızın sıralarını tərk edərsə, Avropa Şurasına böyük zərbə dəyəcək. Buna görə də Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması məsələsini müzakirə edirik.
Şimaldan əsən “soyuq külək”
Rusiya zaman-zaman Azərbaycana qarşı öz təsir vasitələrindən istifadə etməyə çalışır. Hazırda da eyni mənfi tendensiya müşahidə edilməkdədir. Söhbət Kremlin Azərbaycandakı səfiri Doroxini geri çağıraraq onu daha çox ermənipərəsət mövqeyi ilə seçilən biri ilə əvəzləmək istəyindən gedir.
Rövşən Rzayev: “İrəvanın böyük tərəfkeşləri var”
“Baxmayaraq ki, noyabrın 24-də Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammiti başa çatdı və yekun sənəd olaraq bəyannamə qəbul edildi, Ermənistan təxribatçı əməllərini hər zaman davam etdirəcək. Ona görə ki, Ermənistan işğalçı ordusunu Azərbaycan ərazilərindən geri çəkmir”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
Aydın Mirzəzadə: “Azərbaycana yeni səfirin təyin edilməsi texniki məsələdir”
“Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağırılması normal bir diplomatik prosedurdur. Əslində o Azərbaycanda qayda ilə nəzərdə tutulmuş müddətdən artıq səfir kimi fəaliyyət göstərdi. Bir qayda olaraq Rusiyanın xarici ölkələrdəki səfirləri 3-5 il müddətinə bir dəfəyə göndərilir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
"İkili standartlıq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə imkan vermir"- ŞƏRH
“Ərazi bütövlüyü ilə bağlı bir sıra bəyannamələr qəbul edilsə də, çox təəssüf ki, Dağlıq Qarabağ probleminin həllində gəldikdə onlar real əməldə həyata keçirilmir və söz olaraq qalır”. Bunu politoloq Elmar Vəlizadə deyib.














