Siyasət
Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib
Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır.
Prezident Zakir Həsənova göstəriş verdi... FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.
Dağlıq Qarabağ tənzimlənməsi Putin planı üzrə mərhələli variantda reallaşdırılır
Rəsmi Yerevan özünə xas metodla Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona gətirdiyi Putin planını açıqladı: Dağlıq Qarabağ tənzimlənməsi mərhələli variantda reallaşdırılır. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Kaliforniyada təhsil alan tələbələr Azərbaycan haqqında məlumatlandırıldı
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın Sədlbək Kollecinin dəvəti ilə həmin kollecin tələbə və müəllim heyəti qarşısında Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Olaylar.az bildirir ki, Kaliforniyanın Orenc vilayətində yerləşən bu ali təhsil müəssisəsi 1968-ci ildən fəaliyyət göstərir və indiyədək 500 mindən çox məzunu var. Universitetdə müxtəlif istiqamətlər üzrə 160-dan çox proqram tədris olunur.
Azərbaycan Qarabağda qış hücumuna hazırlaşırmı...
İlham Əliyev Qalağayın-Muğan Gəncəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyev Sabirabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib
Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Estoniyada NATO-nun kibertəlimləri başladı
Estoniyada NATO-nun "Cyber Coalition" adlı genişmiqyaslı kibertəlimləri başlayıb. Trend-in məlumatına görə, bu barədə ölkə Müdafiə Qüvvələri Baş Qərargahı xəbər yayıb. Məlumata görə, təlimlərdə infotexnologiyalar, hüquq sahəsi üzrə 700-dən artıq mütəxəssis, NATO-nun 25 ölkəsindən məmurlar iştirak edirlər.
Əli Həsənovun qazax dilinə tərcümə olunmuş kitabının Astanada təqdimatı keçirilib
Noyabrın 28-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənovun qazax dilinə tərcümə olunmuş “Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti” kitabının təqdimatı keçirilib.
Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimində iştirak edib
Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Azərbaycanda ilk sənaye məhəlləsi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Neftçalada yaradılıb. Bu ilin sentyabrında dövlətimizin başçısının iştirakı ilə açılışı olan həmin məhəllədə indi 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Neftçala Sənaye Məhəlləsində 474 yeni iş yeri açılıb. Sahibkarların marağı nəzərə alınaraq ərazinin genişləndirilməsi nəzərdə tutulur.
Qırğızıstanın yeni prezidenti ilk xarici səfərini Rusiyaya edəcək
Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekov bu postda ilk xarici səfərini Rusiyaya edəcək. Səfər noyabrın 29-da baş tutacaq. Daha sonra dövlət başçısı Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Minskə gedəcək.
"9 il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim"
Mən doqquz il əvvəl Azərbaycana dəqiq siyasi təlimatla gəlmişdim – Azərbaycanla münasibətləri hərtərəfli möhkəmləndirmək. Məlumata görə, bu barədə ötən gün Rusiyanın Azərbaycanda səlahiyyət müddətini başa vurmuş səfiri Vladimir Doroxinin səfirliyin saytında dərc edilmiş müraciətində deyilir.
Prezident İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib
Noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Azay Quliyev: ATƏT məkanında demokratiya böhranı ilə necə mübarizə aparılacağı əsas çağırışlardan biridir
ATƏT məkanında demokratiya böhranı ilə necə mübarizə aparılacağı əsas çağırışlardan biridir. Məlumata görə, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunda (DTİHB) bu gün keçirilən “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” seminarında çıxışında deyib.
Prezident Tərtər və Ağcabədi rayonlarına səfər edib
Noyabrın 28-də Prezident İlham Əliyev Tərtər rayonuna səfər edib. Səfər çərçivəsində dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib.













