Siyasət
Göz yaşlarında boğulan Rima Sarkisova: “Hamımız Bakıya qayıtmaq istəyirik!”
Bakı ermənisi, ictimai xadim Rima Sarkisova göz yaşlarını saxlaya bilmədi. Sözün hərfi mənasında göz yaşlarından boğulan konfrans iştirakçısı dedi: “Mənim əzizlərim! Minlərlə Bakı ermənisi hələ də qürbətdə özünə isti bir sığınacaq tapa bilməyib. Ermənistandakı millətçi dairələrin təxribatçı və düşmən siyasəti nəticəsində süni Qarabağ münaqişəsi başlanıb. Axı biz yüzillərlə böyür-böyürə yaşamışıq. Bir yerdə - vahid Azərbaycan ailəsində sevirdik, həyəcanlanırdıq, sevinirdik və qüssələnirdik.
Dövlət Komissiyası Azərbaycanda saxlanılan erməni diversantlar haqda
"Azərbaycanda saxlanılan 2 ermənistanlı diversantdan biri-Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı olub. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki məhkəmənin qərarı ilə həbs olunub".
Rusiya Ədliyyə Nazirliyi ÜAK-ı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarıb, təşkilatın ləğvi rəsmiləşib
Ümumrusiya Azərbaycan Konqressinin birinci instansiya məhkəməsinin və Apellyasiya Kollegiyasının qurumun ləğvi haqqında qərarından Rusiya Ali Məhkəməsinin Rəyasət Heyətinə noyabrın 2-də verdiyi kassasiya şikayəti geri qaytarılıb. Məlumata görə, Ali Məhkəmənin Rəyasət Heyəti ÜAK-ın kassasiya şikayətini geri qaytarıb.
"Yeni səfirin kimliyi məlumdur" - Dövlət Dumasının komitə sədri
Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq. Bunu Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.
Prezident İlham Əliyev Ağcabədi Olimpiya İdman Kompleksinin açılışını edib
Bu gün Ağcabədi Olimpiya İdman Kompleksinin açılışı olub. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.
Ermənistan ordusunda əsgər çatışmazlığı
Artıq bir neçə ildir ki, Ermənistan ordusunda əsgər çatışmamazlığı özünü qabarıq şəkildə büruzə verir. İşğalçı ölkə rəhbərliyi bunu hər vəchlə ört-basdır etməyə çalışsa da, lakin hərbi sahəyə məsul şəxslər həyəcan təbili çalırlar. Hətta iş o yerə çatıb ki, Ermənistan Müdafiə Nazirliyi gəncləri hərbi xidmətə cəlb etmək üçün müəyyən şirnikləndirici vədlərdən də istifadə edirlər. Bütün bunlara baxmayaraq hələ də Ermənistan ordusunda problem qalmaqdadır.
Beynəlxalq qurumlar həqiqəti qəbul etməyə başlayıblar
Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında, həmçinin, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammitinin plenar sessiyasında, sammit çərçivəsində baş tutan Zirvə görüşündə iştirakı ölkəmizin milli və dövlətçilik maraqları baxımdan çox mühüm siyasi və tarixi hadisədir. Etiraf edilməlidir ki, müstəqil Azəırbaycanın dövlət başçısı İlham Əliyevin adıçəkilən nüfuzlu, dünya siyasətinə önəmli təsirləri olan qurumların toplantılarına dəvət edilməsi və oradakı iştirakı ölkəmizin, dövlət başçımızın beynəlxalq aləmdəki nüfuzundan, çəkisindən, söz sahibi olmasından xəbər verir.
Azərbaycan əsgərinin meyiti qaytarılıb
Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən 1998-ci il təvəllüdlü əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Azərbaycana qaytarılıb.
Prezident İlham Əliyev Ağcabədiyə səfər edib
Azərbaycan prezidenti İlham Əliyev Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib. əlumatına görə, Azərbaycan prezidenti muzeydə yaradılan şəraitlə tanış olub.
Ali Baş Komandan Tərtərdə “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Xələf Xələfov BMT-nin Ali Komissarı ilə Dilqəm Əsgərov və Şahbaz Quliyevdən danışdı
Xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisinin Sahə Missiyaları və Texniki Əməkdaşlıq Departamentinin rəhbəri Jorjet Qanyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir müavini X.Xələfov Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirdi.
"Məhv edin" — Putindən ŞOK AÇIQLAMA
Prezidentin İşlər müdirinin müavini vəzifəsindən azad edilib
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini vəzifəsindən azad edilib. Məlumata görə, bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Əli Hüseynov Prezidentin İşlər müdirinin müavini vəzifəsindən azad olunub.
Erməni tarixçi: "Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır"
Xalq diplomatiyası münaqişənin həllində aparıcı rol oynayır. Bunu erməni tarixçi, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə heyətinin üzvü Artur Ağacanov Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Dövlət Komissiyası: Arsen Baqdasaryan hərbi əsir sayılmır, Zaver Karapetyanla bağlı isə beynəlxalq təşkilatlarla iş gedir
"Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryan bağlı məhkəmə qərarı olub. O, təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub". Məlumata görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib. O bildirib ki, A. Baqdasaryan hərbi əsir sayılmır.














