Siyasət

Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb

28 Noyabr 2017 13:12

"Məndə olan məlumata görə, Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb". Məlumata görə, bu sözləri Əsir və itkin düşmüş və girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

"Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi" - Arye Qut

28 Noyabr 2017 12:59

Serj Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut Bakıda "Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Çavuşoğlu Azərbaycana gəlir

28 Noyabr 2017 12:54

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gələcək. Çavuşoğlu noyabrın 30-da keçiriləcək Türkiyə-Azərbaycan-Pakistan xarici işlər nazirlərinin üçtərəfli toplantısında iştirak edəcək.

Prezident Tərtərdə məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub

28 Noyabr 2017 12:46

Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Məlumata görə, prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.

Ermənistanın cəhdləri puça çıxdı

28 Noyabr 2017 12:18

Xəbər verdiyimiz kimi Belçika Krallığında Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. Prezident İlham Əliyev plenar sessiyada çıxış edib və Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib. Dövlət başçısı bu ilin fevralında yeni sazişlə bağlı fəal danışıqların başlandığını xatırladıb. Nəhayət Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib.

ABŞ eksperti: Ermənistan hökuməti bütün dünyaya təhdiddir

28 Noyabr 2017 12:16

Ermənistan hökuməti bütün dünyaya təhdiddir. Məlumata görə, bunu ABŞ-dan olan siyasi təhlilçi Piter Teys Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Yaqub Mahmudov: “Kiçik Ermənistana təzyiq yoxdur”

28 Noyabr 2017 11:58

"Dağlıq Qarabağ probleminin həlli mümkündür. Bu problemi həll etməkdən ötrü Minsk Qrupunun təmsilçiləri - Rusiya, ABŞ və Fransa öz mövqelərini qəti bildirməlidirlər". “Olaylar” xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov “Bloomberg TV Bulgaria” televiziya kanalına müsahibəsində deyib. “İşğalçı Azərbaycan torpağından qoşunlarını çıxarmalıdır. Lakin Azərbaycan xalqı narazıdır ki, 3 böyük dövlət - Rusiya, ABŞ və Fransa kiçik Ermənistana təzyiq göstərmir", - deyə Yaqub Mahmudov qeyd edib.

Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri başlayıb

28 Noyabr 2017 11:40

Azərbaycan prezidenti İlham Əliyevin Tərtər rayonuna səfəri başlayıb. Məlumata görə, dövlət başçısı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Zabitlər üçün yaşayış kompleksi istifadəyə verilib

28 Noyabr 2017 11:36

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir. “OLAYLAR”-ın xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin  rəhbər heyəti cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş daha bir yaşayış kompleksinin açılışında iştirak edib.

Azərbaycanda yeni sənaye məhəlləsi yaradılır

27 Noyabr 2017 18:27

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Sabirabad rayonunda Sabirabad Sənaye Məhəlləsi yaradılsın.

Azərbaycan Prezidenti Mavritaniya və Albaniya dövlət başçılarını təbrik edib

27 Noyabr 2017 18:18

Prezident İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

"Prezident seçkilərində mütərəqqi və təkmil seçki təcrübəsindən istifadə edəcəyik"

27 Noyabr 2017 18:06

Noyabrın 25-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə Yeni Azərbaycan Partiyasının ötən 25 ildə keçdiyi inkişaf yolu, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparıldı. Müşavirədə, həmçinin partiyamızın ölkə həyatında yeri və rolu, 25 illik yubiley ərəfəsində görülən işlər və müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi, partiya sıralarına yeni üzvlərin qəbul olunması və onlar arasında ictimai-siyasi işin aparılması kimi məsələlər müzakirə predmetinə çevrildi. 

Şərif Şərifova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

27 Noyabr 2017 17:57

Prezident İlham Əliyev Şərif Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.