Siyasət
Yusif Yusibova Prezidentin fəxri diplomu verilib
Prezidenti İlham Əliyev Yusif Yusibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gəncənin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslər təltif edilib (SİYAHI)
Prezident İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Putin Azərbaycandakı səfiri geri çağırdı
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin vəzifəsindən azad edilib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Vladimir Dmitriyeviç Doroxin Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin.
Aİ-nin Brüssel sammiti Ermənistanın siyasətinin iflası oldu
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsi Dağlıq Qarabağ tənzimlənməsi prizmasından böyük mübahisə vəd verirdi. Vilnüs -2013 və Riqa -2015 sammitlərində bu mövzuda gərginlik yaranmışdı. Amma bu dəfə əvvəldən görülən işlər Ermənistanı neytrallaşdırdığı üçün mübahisə yaranmadı.
Mİllət vəkili: “Bu münasibətə dərhal son qoyulmalıdır…”
“Hazırda bütün AŞ PA-ya üzv dövlətlərdə uşaqların fiziki, mənəvi sağlamlığına ciddi ziyan vuran rəftarlarla, ailələrindən qorunmayan, müşayiət olunmayan uşaqların yaş qiymətləndirmədə və digər situasiyalarda heç də xoş olmayan tətbiqlərlə üzləşili”.
Avropa erməniləri necə aldatdı?- SUALLARA CAVABLAR
"Ermənilər Avropa Birliyinə qatıldılar!", "Onlar artıq Avropadadır, bizsə yox...", "Ermənistan Avropa Birliyinə inteqrasiya olunur və bu, onların inkişafını göstərir"...
Erməni təxribatının bu dəfə Latviyada qarşısı alındı
Azərbaycanın Latviyadakı səfirliyi ermənilərin növbəti təxribatının qarşısını alıb. Latviya Milli Kitabxanasında (LMK) “Ermənistan köhnə xəritələrdə: eramızdan əvvəl VI əsr – XX əsr” adlı sərgi açılmışdı. Ermənistan səfirliyi bu sərgidə digər xəritələrlə bərabər, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin xəritəsini də nümayiş etdirməyə cəhd göstərib.
Əkin yerini yandıranlar cəzalanacaq
Əkin yerlərinin yandırılmasına görə cəzaların məbləği müəyyənləşib. Məlumata görə, bununla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə sənəd təqdim edilib.Yeni sənədə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 244-1 (Əkin yerlərinin yandırılması) maddəsi əlavə edilir.
Hərbi hissədə artilleriya üzrə estafet yarışları keçirilib
Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.
Kosta Rikanın xarici işlər naziri Azərbaycana gəlir
Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz noyabrın 28-29-da Azərbaycanda səfərdə olacaq. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rika Respublikasının Azərbaycanda səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.
Millət vəkili: “Avropanın özündə də separatizm meylləri güclənəcək”
“Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”. Bunu millət vəkili Azər Badamov deyib.
Nəticə verməyən səfərlər və həlli müşkülə dönən Qarabağ problemi
Artıq 2017-ci ilin də başa çatmasına sayılı günlər qalıb. Təəssüflər olsun ki, başa vurmaqda olduğumuz bu il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir müsbət nəticə ilə yadda qalmayacaq.
Qənirə Paşayeva Elazığda Qarabağdan danışıb
Millət vəkili Qənirə Paşayeva Elazığ vilayətində Qarabağ problemi ilə bağlı geniş məruzə ilə çıxış edib. “Olaylar” xəbər verir ki, millət vəkili Q.Paşayeva Elazığ vilayətində “15 Temmuz və Vatan” adlı konfransda Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda geniş məruzə ilə çıxış edib.
Avropada Azərbaycanın diplomatik uğuru
Ötən həftə Azərbaycan xarici siyasət sahəsində daha bir neçə nəticəli addımlar ataraq diplomatik uğurlar əldə etdi. Söhbət Brüsseldə keçirilən NATO-nun Şimali Atlantika Şurasının iclası və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitindən gedir. Hər iki mühüm əhəmiyyətli toplantıda işitrak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışları zamanı iştirakçıların əsas diqqətini regiondakı münaqişəyə, Ermənistanın işğalçılıq siyasətinə yönəldərək rəsmi Bakının problemin həlli ilə bağlı prinsipial mövqeyini bir daha açıq şəkildə bəyan edib.
Azərbaycançılıq ideologiyası dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi
Azərbaycançılıq ideologiyası hələ uzun illər əvvəl, tarixin müxtəlif dövrlərində meydana çıxaraq yaranıb və formalaşıb. Düzdür, bu ideologiya prinsip etibarilə müstəqillik illərindən sonra daha geniş yayılaraq günümüzün ən aktual mövzusu və başlıca hədəfimizə çevrilsə də, lakin qeyd etdiyimiz kimi bu dövrə qədər də azərbaycançılıq ideologiyasının formalaşmasında, yayılmasında müstəsna xidmətlər, fəaliyyətlər olub. Belə demək mümkünsə Babəkdən tutmuş Koroğlu, Qaçaq Nəbi, Mehdi Hüseynzadə kimi qəhrəmanlar, Nizami, Füzuli, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid kimi şair və yazıçılara qədər, həmçinin Şah İsmayıl Xətai, Məmməd Əmin Rəsulzadə, Fətəli xal Xoyski kimi dövlət xadimlərinə qədər adlarını qeyd etdiyimiz hər kəsin azərbaycançılıq ideologiyasının formalaşmasında, yayılmasında mühüm rolu olub.













