Siyasət
“Ərazi bütövlüyü məsələsi Azərbaycanın uğurudur”
“Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsində bütün ölkələrin ərazi bütövlüyünun tanınması məsələsinin öz əksini tapması Azərbaycanın uğuru idi. Çünki, keçmiş sammitdə bu məsələ gərginlik yaratdığı üçün Azərbaycan bəyənnaməyə imza atmamışdı”. Bunu politoloq Fikrət Sadıqov bildirib.
Politoloq: “Rusiya Ermənistanı yanında saxlamaqda zorluq çəkir”
“Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və geniş saziş imzalaması 2010-cu ildən gedən danışıqların nəticəsidir. 2013–cü ildə bu sazişin imzalanması hazırlansa da Rusiyanın böyük təsiri nəticəsində bu baş tutmamışdı. Ermənistanla özünün əyaləti kimi davranan Rusiya sözsüz ki, Avropa tələblərinə uyğun hazırlanmış müqavilənin imzalanmasına qısqanclıqla yanaşmalı idi”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.
Hayların Dağlıq Qarabağla bağlı iddiaları eyni əxlaqsızlığa, həyasızlığa dayanır
“Avropa Birliyi və Ermənistan arasında əməkdaşlıq anlaşmasıyla bağlı hayların şərhlərinə baxıram. Hamısı bunu birmənalı olaraq diplomatik qələbə kimi təqdim edirlər”.
Azay Quliyev beynəlxalq sammitdə iştirak edəcək
Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvətilə noyabrın 27-dən 29-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, səfərin məqsədi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Hofburq Konfrans Mərkəzində təşkil etdiyi “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda keçiriləcək seminarda iştirak etməkdir.
Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar
Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın komissiya iclaslarında iştirak etmək üçün noyabrın 27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Əsgərlər arasında viktorina keçirilib
Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində “Tam artilleriya generalı Səməd bəy Mehmandarov haqqında nə bilirik” adlı viktorina keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Hərbi hissənin zabiti polkovnik Mehman Kərimovun Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi naziri, general Səməd bəy Mehmandarovun hərbi fəaliyyəti haqqında çıxışından sonra viktorinada iştirak edəcək komandalara, eləcə də münsiflər heyətinə yarışın qaydaları çatdırılıb.
Əli Kərimlinin separatçılara işləməsinə daha bir sübut SİYASİ RAKURS
Artıq dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimli istər partiyası, istərsə də inhisarında saxladığı “Milli Şura” vasitəsi ilə istənilən anti-Azərbaycan xarakterli qüvvələrlə iş birliyinə girib, dövlətçilik əleyhinə işlər aparmaqla məşğuldur. Onun özünün də ifadə etdiyi kimi, şəxsi dividentlər qazanmaqdan ötrü hətta şeytanla da əməkdaşlığa hazır ola biləcəyini bildirən Ə.Kərimlinin növbəti ifşası bu amili kifayət qədrər sübuta yetirib. Misal üçün, əldə etdiyimiz informasiyaya görə, hazırda Kərimlinin monopoliyası daxilindəki ”Milli Şura”ya vətən xaini kimi tanınan insanlar da qəbul olunmaqdadır ki, onların arasında açıq şəkildə separatçılıqla məşğul olanların da olmasıı şübhəsizdir.
XİN: Vulkan püskürən Balidə Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hazırda İndoneziyanın vulkan təhlükəsi yaşanan Bali adasında azərbaycanlı turistlərin olub-olmaması faktını araşdırır. Bunu özəl olaraq XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Əli Həsənov: Nursultan Nazarbayevin müdrik siyasətinin nəticəsi olaraq Qazaxıstanda möhkəm sülh, sabitlik hökm sürür
Noyabrın 27-də Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilir.
Türkiyənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Türkiyənin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endirilib. Bu barədə səfirlikdən məlumat verilib.
2018-ci ilin dövlət büdcəsi layihəsində Prezidentin Ehtiyat Fondunun həcmi keçən ilki səviyyədə saxlanılıb
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir.
Cəbhə xəttində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.














.jpg)