Siyasət

Deputatlar Sankt-Peterburqa gedir - Nüvə müzakirəsi

26 Noyabr 2017 20:55

Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın komissiya iclaslarında iştirak etmək üçün noyabrın 27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

Şevçenko Azərbaycana görə hər kəsi susdurdu 

26 Noyabr 2017 20:10

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Zaman göstərəcək” tok-şousunda polyak millətçisi Tomaş Matseyçukla rusiyalı politoloq Maksim Şevçenko arasında mübahisə yaşanıb. Mübahisəyə səbəb tok-şouda Rusiyanın müttəfiqi sayılan Ermənistanın Şərq Tərəfdaşlığı layihəsinə qoşulması olub. Matseyçukun Şərq Tərəfdaşlığını demokratiyanın və avropalaşmanın postsovet məkanında yayılması vasitəsi kimi qələmə verməsi Şevçenkonun etiraz etməsi ilə nəticələnib. Bu zaman Şevçenkonun Şərq Tərəfdaşlığını yeni nizam adlandırması ilə razılaşan polyak millətçi “Şərq Tərəfdaşlığı yeni Avropa nizamının yaradılması üçün vasitədir” deyib.

Azərbaycanla Rusiyadan birgə əməliyyat: 100-dən çox həbs

26 Noyabr 2017 20:08

Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 13-dən 19-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn hərəkətlərin qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Atəşkəs 145 dəfə pozuldu

26 Noyabr 2017 10:54

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 145 dəfə pozub. Olaylar.az  Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

NATO-nun konfransında azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşdü

25 Noyabr 2017 14:53

NATO Parlament Asambleyasının (PA) İtaliyanın paytaxtı Romada keçirilən “Aralıq dənizi hövzəsi ölkələri və Orta Şərq Transatlantik müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq” adlı konfransında Azərbaycan Milli Məclisinin nümayəndə heyəti də təmsil olunub. Konfransda iştirak edən Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı APA-ya bildirib ki, çıxışında Norveçdəki NATO təlimində Türkiyəyə qarşı həqarəti pisləyib, təşkilat rəhbərinin Ankaradan üzr istəməsini təqdirəlayiq sayıb.

“Qarabağ” futbol klubu Azərbaycanın informasiya raketinin daşıyıcısıdır

25 Noyabr 2017 14:47

Azərbaycanın “Qarabağ” futbol klubunun UEFA yarışlarında uğur qazanmasına dünya futbol rəsmiləri heç vaxt yol verə bilməz. Belə ki, bütün beynəlxalq təşkilatlar, dünya birliyi, güc mərkəzləri 25 ildən artıqdır “münaqişə” ifadəsi ilə Azərbaycan torpaqlarının işğalını mübahisəli ərazi kimi qələmə verməklə, dünya ictimaiyyətində yanlış fikir formalaşdırmağa cəhd edirlər. Beynəlxalq təşkilatlardakı fəaliyyətim zamanı qarşılaşdığım haqsızlıqlar mənim belə bir qənaətə gəlməyimə əsas verir. Odur ki, oyunlarda yüksək peşəkarlıq göstərən Qarabağ FK üzvlərinə, məşqçilərinə, eləcə də oxuculara beynəlxalq təşkilatlarda qarşılaşdığım bəzi məsələlər barəsində qısa məlumat vermək istərdim.

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib

24 Noyabr 2017 18:23

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Draqan Çoviçə təbrik məktubu göndərib.

Bakının Brüssel qələbəsi: Avropadan bəyanat

24 Noyabr 2017 17:55

Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Birgə Bəyannamə qəbul edilib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, bu Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi

24 Noyabr 2017 17:47

Avropa İttifaqı əvvəlki kimi bütün tərəfdarlarının ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Bu barədə sammitdə qəbul edilmiş birgə bəyannamədə qeyd olunub.

ABŞ səfirinin müavini: “2015-2016-cı illərdə Azərbaycanda 43 qadın qətlə yetirilib”

24 Noyabr 2017 16:39

“Azərbaycanda da qadınlara və qızlara qarşı zorakılıq edilir. Azərbaycanda 2015-2016-cı illərdə qadınlara qarşı zorakılıqla bağlı 1688 hal baş verib, nəticədə 43 qadın qətlə yetirilib”. Bunu ABŞ səfirinin müavini Uilyam Gill “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib. Zorakılığın qaçılmaz hal olduğunu vurğulayan ABŞ səfirinin müavini qeyd edib ki, dünyada hər 3 qadından biri zorakılıqla üzləşir.

Prezident istintaq və məhkəmə tərəfindən şəxsə vurulmuş ziyanın ödənilməsi ilə bağlı MM-ə layihə təqdim edib

24 Noyabr 2017 16:36

Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə “Polis haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunlara dəyişikliklər layihəsi təqdim olunub.

Avropa İttifaqı Azərbaycanla saziş imzalayacaq

24 Noyabr 2017 16:10

Avropa İttifaqı Azərbaycanla saziş imzalayacaq.“Olaylar” xəbər verir ki, belə bir bəyanatla bu gün Brüsseldə Almaniya kansleri Angela Merkel Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin Zirvə toplantısının açılış mərasimində çıxışı zamanı deyib: “Biz Rusiyanın bu gün burada saziş imzalayacağımız “Şərq Tərəfdaşlığı”na üzv ölkələrlə çox sıx münaaibətlərdə olduğunu bilirik”, deyə o, qeyd edib: “Şərq Tərəfdaşlığı” bizim üçün böyük əhəmiyyət kəsb edir.

Merkel: “Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərdə əsas rol oynadığı aydındır”

24 Noyabr 2017 15:43

"Avropa İttifaqı üçün aydındır ki, Rusiya “Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətlərdə əsas rol oynayır”. Məlumata görə, bunu “Şərq tərəfdaşlığı” sammitinin açılışında Almaniya kansleri Angela Merkel bəyan edib.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri nümayəndələri arasında qərargah danışıqları keçirilib

24 Noyabr 2017 14:45

Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib. 

Brüsseldə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti başlayıb

24 Noyabr 2017 14:03

Brüsseldə 5-ci Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti başlayıb. Sammitdə Avropa Komissiyasının prezidenti Jan klod Yunker, Avropa İttifaqıŞurasının prezidenti Donald Tusk, Avropa İttifaqı Şurasına bu il sədrlik edən Estoniya baş naziri Juri Ratas, Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilər iştirak edirlər.