Siyasət

Sarkisyan bu gün Qarabağın Azərbaycanın olduğunu bəyan edəcək – İRƏVAN ŞOKDA

24 Noyabr 2017 13:56

Bu gün Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilir. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kontekstində də diqqət çəkir. Artıq dünən sammit çərçivəsində Azərbaycan lideri ilə görüşən NATO baş katibi Yens Stoltenberq Qarabağla bağlı açıqlamalar verdi.

Mehri SES-in tikintisindən imtina İranın Ermənistana münasibətinin pisləşdiyinin rəsmi sübutudur

24 Noyabr 2017 13:39

İran və Ermənistan Mehri SES-in tikintisi üçün yeni investorlar axtarırlar. Bu barədə Ermənistanın enerji infrastrukturları və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutyunyan bildirdi. Bu İranın Mehri SES-in tikintisini maliyyələşdirməkdən imtina etməsinin rəsmi sübutudur.

İndeksləşmə bütöv pensiya məbləğinə şamil olunacaq

24 Noyabr 2017 13:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas inkişaf proqramlarının uğurla icrasına təminat verməkdədir.

Prezident Madər Musayevi ordenlə təltif etdi

24 Noyabr 2017 13:12

Prezident İlham Əliyev Madər Musayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Deputat: NATO toplantısında iştirak Azərbaycanın nüfuzunun artdığını göstərir

24 Noyabr 2017 13:08

Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Ərdoğan Suriya ilə bağlı razılaşmanın DETALLARINI AÇIQLADI

24 Noyabr 2017 13:03

“Suriya probleminin həllində, Suriya Milli Konqresinə daxil olacaq şəxsləri Türkiyə, İran və Rusiya seçəcək”.  Türkiyə lideri R.T.Ərdoğan Soçidə Rusiya və İran prezidentləri ilə keçirdiyi üçtərəfli danışıqlar haqqında mətbuata açıqlama verib.

Ermənistan dünyada yeganə mono-etnik dövlətdir

24 Noyabr 2017 12:21

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Portqaliyanın “Diario de noticias Mundo” adlı portalında “Ermənistan dünyada yeganə mono-etnik dövlətdir” adlı müsahibəsi dərc olunub.

Rusiya rayonların işğaldan azad edilməsi üçün Ermənistana təzyiq etməlidir

24 Noyabr 2017 11:59

"Dağlıq Qarabağ probleminin ancaq Rusiya həll edə bilər və mən Rusiya prezidentini növbəti dəfə 5 rayonun qaytarılması məsələsinə diqqətli yanaşmağa çağırdım",- bu sözlərTürkiyə prezidenti cənab Ərdoğan dünən keçirilən Soçi görüşü öncəsi səsləndirmişdi. Qardaş dövlətin başçısının aradan heç bir həftə keçməmiş yenidən bu mövzuya qayıtması, Suriyayla paralel Dağlıq Qarabağ məsələsini də gündəmə çıxarması bizim üçün çox önəmlidir”.

Azərbaycan Silahlı Qüvvələrində NATO günləri təşkil edilib

24 Noyabr 2017 11:57

Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən Bakı şəhərində “NATO günləri” təşkil olunub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edib.

Estoniya baş naziri: ""Şərq tərəfdaşlığı" proqramı bütün Avropa İttifaqı ölkələri üçün prioritetdir"

24 Noyabr 2017 11:51

"Ümid edirəm ki, bu gün Şərq tərəfdaşlığını necə daha güclü edə biləcəyimiz barədə suallara cavab verə biləcəyik".

Deputat: “Prezident BMT qətnamələrinin yerinə yetirilməsini tələb etdi” 

24 Noyabr 2017 11:35

“Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Azərbaycanın torpaq bütünlüyünü bütün dünyanın tanıdığını vurğulayaraq, işğalçı Ermənistandan BMT Təhlükəsizlik Şursının Dağlıq Qarabağla bağlı qətnamələrini yerinə yetirməyi tələb etdi”. Məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Ekspert: “Bu sammit daha effektiv nəticələrlə yadda qalacaq”

24 Noyabr 2017 11:31

“Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində NATO-nun Mənzil-Qərargahına baş katibin dəvəti ilə gəlməsi və ikitərəfli görüşlərin keçirilməsi olduqca vacib və önəmli məsələdir”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.

Politoloq: “Lavrov başqa cür açıqlama verə bilməzdi” 

24 Noyabr 2017 11:29

“Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən qarşısına qoyduğu əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək olub. Lavrov Azərbaycanda olarkən hətta qeyd etdi ki, problemin həlli məsələsi masanın üzərindədir. Ancaq Yerevana səfərdən sonra bildirdi ki, Dağlıq Qarabağ probleminin həllinə nikbin baxmır”. Məlumata görə bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Kaliforniyada Azərbaycana dair mühazirə

24 Noyabr 2017 11:01

Kaliforniyanın ən qədim ali təhsil müəssisələrindən olan Santa Monika Kollecində Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə dair tədbir keçirilib. Kollecin müəllim-tələbə kollektivinin iştirak etdiyi tədbirdə sözügedən ali təhsil müəssisəsinin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edərək, məruzə ilə çıxış edib. Baş konsulluqdan Olaylar.az – a bildirilib ki, N.Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib.

Düşmən atəşkəs rejiminə əməl etmir

24 Noyabr 2017 10:57

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub.