Siyasət
"Əli və Nino" filmi - Litvada
Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə paytaxt Vilnüs şəhərində “Əli və Nino” filminin təqdimatı keçirilib. Litva Milli Kitabxanasının kino zalında təşkil olunmuş mərasimdə ölkə Parlamentinin üzvləri, xarici işlər nazirliyinin əməkdaşları, səfirlər, diplomatik korpusunun nümayəndələri, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və Litvada təhsil alan tələbələrimiz iştirak ediblər.
Hərbi cinayət törədib Ermənistan tərəfə qaçan xainin meyiti neytral zonada tapıldı
Azərbaycan ordusunun əsgərinin meyiti Ermənistan mövqeləri yaxınlığında tapılıb - RƏSMİ
Müdafiə Nazirliyi Azərbaycanın ordusunun hərbçisinin meyitinin təmas xəttində tapılması barədə məlumat yayıb. MN-dən daxil olan məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Prezident NATO-da Qarabağ problemini müzakirə etdi
Azərbaycanın xarici siyasətində yaxın-uzaq ölkələr, beynəlxalq təşkilat və qurumlarla münasibətləri inkişaf etdirmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq prioritet təşkil edir. Həm qarşılıq faydalı əməkdaşlıq münasibəti, həm də regionda mühüm yerə və rola malik olması öz növbəsində Azərbaycana da beynəlxalq marağı artırır. Təsadüfi deyil ki, ayrı-ayrı ölkə və təşkilatlar da öz növbəsində Cənubi Qafqaz regionunda Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər.
Aİ komissarı: “Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır”
“Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır. Bu layihənin Yeni İpək Yolu konsepsiyasının bir hissəsi olması barədə fikirlər səsləndirilir. Bu isə tamamilə bizim marağımıza uyğundur.Avropa İttifaqı 20-yə yaxın ölkənin ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqıbeynəlxalq ticarət əlaqələri üçün açıqdır. Biz istənilən infrastruktur layihələrində maraqlıyıq”. Məlumata görə, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində təşkil olunmuş press-tur iştirakçıları ilə görüşündə deyib.
"Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir"
"Azərbaycan Prezidenti İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir". Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib.
Səfir: "Britaniya və Azərbaycanı uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir"
"Böyük Britaniya və Azərbaycanı energetika sahəsində uzunmüddətli səmərəli əməkdaşlıq gözləyir". Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.
Bakının “Lavrov planı”nda razılaşmadığı DETALLAR
“Ermənistan Rusiyanın “Lavrov planı” ilə razılaşır. Yəni, rayonlar Azərbaycana qaytarıldıqdan sonra, Bakı Qarabağa iddia etmir. Aralıq statusundan sonra müstəqillik haqqında referendum keçirilir”.
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
Stoltenberq: NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır
NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır. Məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
Prezident İlham Əliyev: Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir
Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
"Rusiyanın Krımı almağa haqqı çatırsa, Azərbaycanın da Qarabağı qaytarmaq haqqı var" - Zabelin
Əgər Rusiyanın tarixi torpağı Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz tarixi torpağı Qarabağ geri qaytarmaq haqqıdır. Bunu Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin Sankt-Peterburq şəhərində "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxışında bildirib.
Vasitəçilərin növbəti Qarabağ oyunu
Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamılanması məqsədi daşıyan region səfəri başa çatdı. Səfər başa çatsa da, lakin hələ də Rusiya xarici siyasət idarəsi rəhbərinin istər Bakıda, istərsə də İrəvanda apardıqları danışıqlar və mətbuata açıqlanan fikirlər ətrafında müzakirələr davam edir. Ümumi gəlinən nəticə isə ondan ibarətdir ki, Lavrovun regiona səfəri problemin həllinə hər hansı formada müsbət təsir göstərməyə hesablanmayıb. Sadəcə bu səfər regionda münaqişənin yenidən alovlanmasına qarşı yönəlib.
Sarkisyan Putini aldatdı: Kreml bu gün yeni Qarabağ planını Bakıya təqdim edir
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Belçika Krallığına yola düşür. Sarkisyan 23-24 noyabr tarixlərində Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirak edəcək. Sarkisyanın səfəri çərçivəsində Ermənistan və Avropa İttifaqı (Aİ) arasında yeni sazişim imzalanması gözlənilir.
Musa Qasımlı Azərbaycan-NATO əlaqələrindən danışdı
“Azərbaycan-NATO münasibətləri dövlətimizin çoxtərəfli formatda əməkdaşlığının nümunələrindən biridir”. Bunu millət vəkili Musa Qasımlı deyib. Millət vəkilinin sözlərinə görə, ölkəmiz NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub, sülhməramlı əməliyyatlarda, təşkilatın parlament qanadında yaxından iştirak edir. Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev dəfələrlə NATO qərargahında olub, müvafiq sənədələri imzalayıblar.
.jpg)












