Siyasət
Elman Məmmədov: “Azərbaycan məsələləri əsasən Rusiya ilə həll etməlidir”
“Ümumiyyətlə, beynəlxalq səviyyəli diplomatik danışıqlarda elə məsələlər var ki, onlar ancaq həmin danışıqları aparanlar arasında olur və yayılmır. Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəsə etmək istəyir. İstəyir ki, ölü nöqtədən bir tərpəniş, nəticə olsun”. Bunu millət vəkili Elman Məmmədov deyib.
Fransa XİN: Dağlıq Qarabağı tanımırıq
Bizim mövqeyimiz aydındır. Biz Dağlıq Qarabağı tanımırıq. Bunu Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə bildirilir ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.
Düşmən 122 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Qarabağ işğalçıya məzarlığa çevrilir - İrəvana SOS!
Fransa XİN: "Biz Dağlıq Qarabağı tanımırıq"
HHQ-nin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışı olub
HHQ-nin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışı olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub. Müdafiə Nazirliyinin rəhbərliyi bölmənin əsgər yataqxanasına, yeməkxanaya, tibb məntəqəsinə, sıra meydanına, idman şəhərciyinə, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.
Brüsseldə keçirilən Beynəlxalq Forum separatizmin nə qədər ciddi təhlükə olduğuna bir daha aydınlıq gətirir
“Bu gün dünyanın müxtəlif bölgələrində separatizm meyillərinin güclənməsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi əngəl törədir. Artıq uzun illərdir ki, Azərbaycan da bu bəladan əziyyət çəkir.
Azərbaycan XİN: "Ermənistan "dəvəquşu siyasəti"nə son qoymalıdır"
"Göründüyü kimi, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabrda Cenevrədə keçirilmiş görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən danışıqların substantiv və intensiv şəkildə aparılması Ermənistan tərəfini ciddi şəkildə narahat edir. Daim danışıqları imitasiya edən və texniki-köməkçi məsələlərlə diqqəti əsas hədəfdən yayındırmağa çalışan E.Nalbandyan yenə də müxtəlif bəhanələr və yalanlara əl atmaq yolunu tutub".
“Ermənilərin dilini hamıdan yaxşı bilən Azərbaycan hərbisidir”
“Ermənistan mətbuatının Azərbaycanın hərbi müqavilələrində yaranmış çətinliklərlə bağlı yazdıqları yalnız blefdir”. Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, son illərdə ermənilər yalnız bir dəfə Rusiya ilə Azərbaycan arasında imzalanmış müqavilənin mətninə dəyişiklik etdirə biliblər: “Nəticədə Ermənistanın hərbi sənaye kompleksindəki ən böyük adamı A. Fomin vəzifədən kənarlaşdırıldı. İsraillə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq çox yüksək səviyyədədir. İsrailin fikrincə Ermənistan ciddi, müstəqil dövlət deyil, plastilin dövlətdir. Onu istənilən formaya salmaq olar. Ona görə İsrail Ermənistana anti-İran forma vermək istəyir. Xaricdə yaşayan ermənilər İranın ərazisində böyük casus şəbəkəsi yarada biliblər. Milliyətcə erməni olan bir neçə Amerika vətəndaşının İran-Ermənistan sərhədində saxlanılması barədə məlumatlar yayılmışdı. Yəqin ki, İranın içərisində olan casusların sayı daha çoxdur”.
“Rusiyanın fikrincə bu variant Azərbaycanı ABŞ-a doğru itələyə bilər”
“Prezidentlərin Cenevrə görüşü Dağlıq Qarabağ tənzimlənməsində yeni keyfiyyət mərhələsidir”. Bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı”nda deyib. O bildirib ki, Cenevrə görüşündən sonra E. Şefer ABŞ adından Dağlıq Qarabağ tənzimlənməsi üçün 4 maddəli variant açıqlayıb: “Variantlarda hərbi məsələlərin həlli, ərazilərin qaytarılması, statusun müəyyənləşdirilməsi, qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli əks olunur.
Dövlətimiz ifrat siyasi radikal baxışları aradan qaldırmağı bacarır
Azərbaycan Respublikası vətəndaşlarının mənafeyini güdən, millətin rifahının, təhlükəsizliyinin və gələcəyinin yeganə təminatı olan dövlətdir. Dolayısı ilə ümumi aspektlər baxımından Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir. Heç bir vətəndaşımız dövlət qurumlarına zərər verən, bu qurumların fəaliyyətini ləngidən və ya dövlətin əsas dəyərlərinə ziyan vuran hansısa bir fəaliyyətə qətiyyən yol verilməməlidir. Elə ictimai-siyasi fəal Samir Zeynalov da belə düşünür.
Əli Həsənov: “Təhdidlər hamımızı narahat edir"
Noyabrın 22-də Yunanıstanın paytaxtı Afina şəhərində “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı işə başlayıb.
Ərdoğan: Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər
Dağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də Soçidə Vladimir Putinlə bugünkü görüş zamanı bu məsələ yenidən qaldırılacaq. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Ermənilər üçün BÖYÜK SÜRPRİZ - Lavrov İrəvana özü ilə nə aparıb?
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı səfərindən sonra İrəvana səfər etdi. Rəsmi məlumatda bu səfərin diplomatik münasibətlərin 25 illiyi ilə bağlı olduğu qeyd olunsa da, ana gündəmin Dağlıq Qarabağ münaqişəsi olduğu məlum idi. Lavrov İrəvanda münaqişə haqda bədbin danışdı və həllə nail olmağın çətinliyini qeyd etdi.
Məzahir Pənahov: "Yəqin ki, iddialı insanlar və partiyalar prezident seçkilərində iştirak edəcəklər"
“Azərbaycan ictimaiyyəti qarşıdan gələn keçirilən prezident seçkilərini səbirsizliklə gözləyir. Ölkədə kifayət qədər partiyalar, kifayət qədər iddialı insanlar var. Yəqin ki, onlar çalışacaqlar ki, prezident seçkilərində iştirak etsinlər”.














