Siyasət
Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçiriləcək
Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana gələcək
Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Azərbaycan Respublikasına səfərə gələcək.
Politoloq: “Lavrovun bəyanatları yaxşı heç nə vəd etmir”
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərində əsas məqsəd "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlıdır”. Bunu politoloq Zaur Məmmədov deyib.
Siyasi şərhçi: “Bako Saakyanın Fransaya səfəri yolverilməzdir”
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri yolverilməzdir”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.
Azər Həsrət: “Moskva münaqişəni çox qısa zamanda həll edə bilər”
“Əlbəttə ki, biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcəyi rolu başa düşürük. Bütövlükdə bizim regionda Rusiyanın təsir imkanları digər ölkələr və təşkilatlardan daha yüksəkdir. Xüsusilə də Ermənistanın Rusiyanın "forpost"u olmasını nəzərə alsaq, əslində Moskva bu münaqişəni çox qısa bir müddətdə həll edə bilər. Yəni Azərbaycanla bağlı heç bir problem yoxdur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Məlahət İbrahimqızı NATO-nun tədbirində iştirak edəcək
Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun, Transatlantik müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq alt komitəsinin birgə keçirdiyi seminarda iştirak etmək üçün noyabrın 22-dən 26-dək İtaliyada səfərdə olacaq.
Kremlin ideoloqu Qarabağa gəlir - İrəvanda Türkiyə xofu
Aleksandr Proxanov: “Ermənistanda qorxu var ki...”; Sergey Lavrovun Bakı və İrəvan səfərlərində ermənilərə verdiyi əsas mesaj; konflikt ətrafında vəziyyət yeni aprel müharibəsinə aparacaq, əgər...
"Şərq tərəfdaşlığı" proqramının növbəti sammiti keçiriləcək
Noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının növbəti sammiti keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, Aİ-nin üzv dövlətləri və altı Şərq tərəfdaş ölkənin dövlət və ya hökumət başçıları gələcək əməkdaşlığı müzakirə edəcəklər.
Ermənilər ərazilərimizə mərmi atdı
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (2 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 138 dəfə pozub.
Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək
Suriya probleminin həlli üzrə Soçidə Rusiya, İran və Türkiyə prezidentləri bir araya gələcək. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu ərəfədə Suriya prezidenti Bəşər Əsəd Soçidə Putinlə görüşüb və ikitərəfli münasibətlərin bundan sonra inkişafı üçün geniş müzakirələr aparılıb: "Əsədin Soçiyə gəlməsi və üç ölkə başçısının Suriya ilə bağlı görüşü, Qərbin Yaxın Şərqdə siysasətinə böyük zərbədir.
Azərbaycanda bu vəzifələr ləğv olundu – PREZİDENTİN SƏRƏNCAMI
Prezident İlham Əliyev livanlı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Livan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik
Türkiyə heç nəyə baxmayaraq, nüvə energetikasını inkşaf etdirməkdə davam edəcək. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada elektrik stansiyasının açılış mərasimində deyib.
Avropa İttifaqı "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır
Avropa İttifaqı (Aİ) "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır. Məlumata görə, Aİ rəsmisi bildirib ki, qurum münaqişələrin həlli istiqamətində göstərilən səyləri dəstəkləyir: "Şərq tərəfdaşlığı sammiti çərçivəsində də bu dəstək bir daha ifadə olunacaq".
Türkiyədə Xocalı soyqırımına abidə ucaldılıb
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Xocalı soyqırımı ilə bağlı abidə kompleksi ucaldılıb.














