Siyasət

Bako Saakyanın Fransaya səfəri ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri XİN-ə çağırılıb

21 Noyabr 2017 16:42

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik".

Brüssel forumu başa çatdı

21 Noyabr 2017 15:21

Belçika Krallığının Brüssel şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forumun ikinci panel iclası “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” mövzusuna həsr olunub.

Ərdoğan: "Hücumlar olduqca Türkiyə irəliyə doğru daha inamla addımlar atır"

21 Noyabr 2017 13:59

“Bizi əsas incidən zahirdən bizdən biri kimi görünən alçaqlardan gələn zərbələrdir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AK partiyasının qrup toplantısında çıxışında deyib. O bildirib ki, NATO təlimlərindəki kimi tərbiyəsiz, gizli açıq mesaj verənlər bilməlidir ki, onlar hücum etdikcə Türkiyə irəliyə doğru daha inamla addımlar atır. R.T.Ərdoğanın sözlərinə görə, Türkiyəyə qarşı yönəlmiş hiyləgər tədbirlərin arxasındakı siyasi məqsədlər tam aydındır.

Rusiyanın diplomatik fəallığı Qarabağa sülh gətirəcəkmi?

21 Noyabr 2017 13:53

Dağlıq Qarabağ probleminin həlli məsələsində deyəsən yeni bir mərhələ başlayır. Əslində buna yeni də demək doğru olmazdı. Çünki uzun illərdir problemin həlli istiqamətində danışıqlar prosesi gedir. Sadəcə danışıqlar prosesinin yeni mərhələsi ondan ibarətdir ki, bu dəfə tərəflərin Rusiyanın patronajlığı ilə görüşdürülməsi müzakirə mövzusudur.

Azərbaycan diplomatlarının attestasiyasının keçirilməsi qaydası müəyyənləşib

21 Noyabr 2017 13:50

Nazirlər Kabineti “Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin xidməti attestasiyasının keçirilməsi Qaydası”nı təsdiqləyib.

Xəzər İbrahim: "NATO təlimində Türkiyəyə qarşı yol verilən əməlin izahı ola bilməz”

21 Noyabr 2017 13:49

"NATO təlimində Türkiyəyə qarşı edilən səhvin və ağla sığmayan addımın atılmasının izahatı ola bilməz”. Məlumata görə, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimNATO-nun Norveç və Hollandiyada keçirilən təlimlərində Türkiyəyə qarşı baş vermiş təxribatlara münasibət bildirərkən deyib.

Azərbaycan İslam ölkələri mediasının diqqətində — FOTOLAR

21 Noyabr 2017 13:31

Azərbaycanda 2017-ci il “İslam Həmrəyliyi İli” və ölkəmizin İslam dünyasının həmrəyliyi naminə gördüyü mühüm işlər İslam ölkələri mediasının diqqətindədir. Pakistanın nüfuzlu ingilisdilli “Daily Times” qəzeti, “Times” Beynəlxalq informasiya agentliyi, MN internet televiziyasının saytı, Əfqanıstanın çoxtirajlı ingilis dilində dərc edilən “Afganishtan Times” qəzeti, Şimali Kipr Türk Respublikasının “Kıbrıs Həqiqət” qəzeti “İslam Həmrəyliyi İli” ilə bağlı yazılar dərc edib.

Politoloq: “Rusiyanın tərəf kimi iştirakını istisna etmirəm” 

21 Noyabr 2017 13:10

“Dağlıq Qarabağda 2017-ci ildə baş verə biləcək müharibə 1989-94 ci ilərdəki kimi olmayacaq. Əgər müharibə alovlanarsda fəsadların daha böyük dağıdıcı güclə müşaiyət olunması ehtimalı danılmaz faktdır. Əməliyyatların aktiv hərbi toqquşma fazasına keçdiyi təqdirdə Rusiyanın tərəf kimi iştirakını istisna etmirəm. Azərbaycan da keçmiş zamanlarda olduğu kimi bu dəfə tərəfsiz qalmayacaq”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

İrəvan işğaldakı rayonları qaytarmağa hazırdır - Proxanov

21 Noyabr 2017 12:45

Ermənistan Azərbaycana işğal olunmuş torpaqları geri qaytarmağa hazırdır. Bunu “Moskva-Baku” saytına müsahibəsində rusiyalı yazar, ideoloq Aleksandr Proxanov söyləyib. “Bildiyiniz kimi, bu yay mən Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda oldum. Azərbaycanın Dağlıq Qarabağ konfliktinə baxışını anladım.

Ermənistanın nəqliyyat blokadasından çıxmaq cəhdləri

21 Noyabr 2017 12:42

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən bir xeyli müddət keçsə də, lakin bu istiqamətdə hələ də müzakirələr davam edir, sözügedən layihə ilə bağlı müxtəlif yanaşmalar ortaya qoyulur. Bu layihə xüsusilə işğalçı Ermənistanda gündəmin əsas mövzularından birini təşkil etməkdədir.

Lavrov: “Təcrübəmiz göstərir ki, Qarabağ danışıqları tezliklə başa çatmayacaq”

21 Noyabr 2017 12:33

“Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”. Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Lavrov: "Digər həmsədrlə Qarabağ münaqişəsinin həlli üçün şərait yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik"

21 Noyabr 2017 12:25

"Biz həmsədr kimi amerikalı və fransalı həmkarlarımızla birlikdə müvafiq tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəraitin yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik".

Rusiyanın Türkiyəyə güzəştə gedə biləcəyi ən asan məsələ Dağlıq Qarabağ məsələsidir

21 Noyabr 2017 11:53

Erməni düşüncə tərzi Rusiya-Türkiyə münasibətlərini mütəmadi diqqətdə saxlayır. Uzun müddət ermənilər Rusiya-Türkiyə düşmənçiliyinə nail olmağa çalışdılar. Uğursuzluğa düçar oldular. Rusiya ilə Türkiyənin yaxınlaşması ermənilərin yuxusunu ərşə qaldırıb. Ermənilərə görə Rusiya Türkiyəni məhv etməlidir.

İrəvanda Dağlıq Qarabağ danışıqları başladı

21 Noyabr 2017 11:32

İrəvanda Rusiya və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları - Sergey Lavrov və Edvard Nalbandyan arasında görüş başlanıb. Görüş mətbuat üçün qapalı formatda keçirilir. İkitərəfli danışıqların gündəliyinə Rusiya və Ermənistanın Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB çərçivəsində münasibətləri, BMT çərçivəsində mövqelərin koordinasiyası və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi daxildir.