Siyasət

Prezident İlham Əliyev FIFA-nın prezidentini və baş katibini qəbul edib

20 Noyabr 2017 18:27

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də FIFA-nın prezidenti Gianni İnfantinonu və baş katibi Fatma Samouranı qəbul edib.

Azərbaycan- Özbəkistan Birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik oldu

20 Noyabr 2017 18:26

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

NATO-nun qardaşımıza qarşı növbəti ÇİRKİN OYUNU: “Pulu kim verirsə..."

20 Noyabr 2017 18:11

“NATO Türkiyə üçün önəmli bir alyansdır. Ancaq Türkiyə NATO üçün daha da önəmlidir. Çünki bu ölkə ittifaqın İslam dünyasındakı yeganə müttəfiqi və Yaxın Şərqdəki ən etibarlı mövqeyidir. Türkiyənin ittifaqdan çıxması NATO-nun bu bölgədəki mövqelərinin itirilməsi deməkdir ki, bunun da alternativi yoxdur”.

Prezident İlham Əliyev: "Biz çox istəyirik ki, bütün müsəlman aləmi daha da sıx birləşsin"

20 Noyabr 2017 17:33

"Müsəlman ölkələri arasında birlik, həmkarlıq, əməkdaşlıq daha da yüksək səviyyəyə çatmalıdır. Xüsusilə indiki zəmanədə bəzi hallarda biz dinimizə qeyri-normal münasibətlə üzləşirik. İslamofobiya meyilləri əfsuslar olsun ki, artmaqdadır. Multikulturalizmlə bağlı müxtəlif fikirlər irəli sürülür. Sanki multikulturalizm iflasa uğrayıb. Halbuki bizim təcrübəmiz və sizin təmsil etdiyiniz ölkələrin təcrübəsi onu göstərir ki, multikulturalizm yaşayır və inkişaf edir.

Meksikalı deputatların Qarabağa qanunsuz səfəri ilə bağlı Azərbaycan şikayət etdi

20 Noyabr 2017 17:22

Azərbaycanın Meksikadakı səfirliyi bu ölkənin bir qrup deputatının Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən qeyri-qanuni olaraq işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Deputatlar Palatasına şikayət edib.  Bunu Meksikanın nüfuzlu "El Financiero" qəzeti yazıb.  Məqalədə qeyd olunub ki, Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Məmməd Talıbov rəsmi Bakının ciddi narazılığını bildirmək üçün Deputatlar Palatasının sədri Xorxe Karlos Ramirez Marin ilə görüşüb. 

Bahar Muradova: “Azərbaycanın mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır”

20 Noyabr 2017 16:26

"Son zamanlar Qarabağ münaqişəsi ətrafında fəallığın artmasını müsbət dəyərləndirirəm". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. Onun sözlərinə görə, müəyyən səbəblər nəticəsində danışıqlar bir müddət səngimişdi: "Hazırda bir-birinin ardınca dünyanı sirkələyən hadisələr baş verir. Belə bir məqamda Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməlidir və dəyişən mühit nəzərə alınmalıdır.

Azərbaycan və Rusiya XİN rəhbərləri nədən danışıblar?

20 Noyabr 2017 15:55

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bu barədə “Olaylar”a Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib. Görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirildi və iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Kremlin razılığı olmayan həll planı həyata keçirilə bilməz

20 Noyabr 2017 15:38

 Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib.“OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, mətbuat konfransını canlı izləmək imkanım olmadığına görə bu fikrin kontekstdən çıxarılıb-çıxarılmadığına dair məlumatı yoxdur: “Ancaq bütün hallarda Lavrovun cümləsindən çıxan nəticə odur ki, “mənim (Kremlin) razılığım olmayan həll planı həyata keçirilə bilməz”.

Rusiyanın QARABAĞ PLANI: 2018-ci ilin yayına qədər...

20 Noyabr 2017 15:12

“Qarabağ ətrafında iki vəziyyət yaranıb. Birincisi, sabitlikdir. Hesab etmək olar ki, Rusiyada prezident seçkilərinə görə Moskva və Bakı sabitliyin qorunmasında razılığa gəlib. İkincisi isə bunun əksinədir. Çünki münaqişənin nizama salınması üzrə heç bir irəliləyiş yoxdur. Bu baxımdan, gələn ilin yayına qədər Qarabağda müharibənin başlamasını istisna etmirəm”.

Əli Həsənov Brüsseldə mötəbər tədbirdə Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq separatizm məsələsini qaldırdı

20 Noyabr 2017 14:46

Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum işinə başlayıb.

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu başlayır

20 Noyabr 2017 14:32

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ümumi və ya tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar 11 dekabr 2017-ci il tarixdən 4 yanvar 2018-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər.

Azərbaycan Silahlı Qüvvələrində "NATO günləri" keçirilir

20 Noyabr 2017 14:29

Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən “NATO günləri” tədbiri keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edəcəkdir.

Avropa Azərbaycanlılarının Qarabağ Forumu keçiriləcək

20 Noyabr 2017 14:25

Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli “Avropa Azərbaycanlılarının Qarabağ Forumu”nda iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə yola düşüblər. MM-dən “Olaylar”a verilən məlumata görə, toplantıda Türkiyə, Moldova, Gürcüstan, İraq, bir sıra Avropa ölkələrinin parlamentariləri iştirak edəcəklər.