Siyasət

Lavrov: “Hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq”

20 Noyabr 2017 14:12

“Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq “. “Olaylar” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. “Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq”, – deyə S. Lavrov vurğulayıb.

Elmar Məmmədyarov: “Həll yollarını axtarmaq lazımdır”

20 Noyabr 2017 14:10

"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır". “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu, asan məsələ deyil: “Status-kvo qəbuledilməzdir və dayanıqlı deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını tələb edir”. XİN rəhbəri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün həll yollarını tapmaq lazımdır.

Deputat: “Münaqişənin düyünü Rusiyanın əlindədir” 

20 Noyabr 2017 14:07

“Hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın gələcək prespektivləri ilə əlaqədardır”. Bunu millət vəkili Azər Badamov deyib.

Həmsədrlər işğalçı dövləti müdafiə edirlər

20 Noyabr 2017 14:05

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupu üzərinə düşən vəzigəni yerinə yetirmədiyindən problemin həlli illərlədir ki, uzanır. Hazırda həmsədr ölkələrin fəaliyyəti, daha doğrusu problemin həllində daha çox dövlət maraqlarını güdməsi münaqişənin dalana dirənməsinə cəbə olub.

Ermənilər arasında ciddi fikir ayrılığı yaranıb

20 Noyabr 2017 13:59

Son vaxtlar geniş yayılan və əsasən də Ermənistan cəmiyyətini qane edən Azərbaycan və Ermənistan sərhəddinə Rusiya sülhməramlılarının yerləşdirilməsi fikri erməni cəmiyyətini demək olar ki, ikiyə bölüb.

İşğal altındakı torpaqları qaytarmaq bəzilərinin düşündükləri kimi elə də asan deyil

20 Noyabr 2017 13:57

Rusiyanın Soçi şəhərində Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən bir neçə gün keçsə də, lakin hələ də həmin görüş barədə müxtəlif fikirlər, ehtimallar səsləndirilir. Prezidentlərin Soçidə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi müzakirə apardığı iddia olunur. Maraqlıdır ki, təkcə kütləvi informasiya vasitələri deyil, eyni zamanda müstıqil ekspertlər, politoloqlar, tanınmış analitiklər də bu istiqamətdə müxtəlif versiyalar, ehtimallar ortaya qoyurlar.

Əli Əhmədov: " Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar mühüm çəkiyə malikdir”

20 Noyabr 2017 13:25

“Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir. Bizim ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyini, özünə inamın göstəricisidir". “Olaylar”ın xəbərinə görə, bunu Baş nazirin müavini, YAP sədr müavini-icra katibi Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edərkən deyib.

Lavrov Bakıya niyə gəlmişdi?

20 Noyabr 2017 13:22

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər etməsində iki əsas məsələ var. Azərbaycan – Rusiya diplomatik əlaqələrinin 25 illiyinin tamam olması onun Bakıya səfər etməsində bir bəhanə idi. Səfərdə əsas məqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Dağlıq Qarabağ məsələsinin dalandan çıxarılması ilə bağlı hansısa bir təkliflərdir”.

Ermənistan Aİ qarşısında Dağlıq Qarabağı tərkibinə qatmayacağı  və müstəqilliyini tanımayacağı barədə  öhdəlik götürməlidir

20 Noyabr 2017 12:07

Rəsmi dövlət İnformasiya agentliyi “Armenpress” Aİ-nin Brüssel sammitinə 8 gün qalmış Avropa Parlamentinin qətnaməsində açıq mətnlə “Dağlıq Qarabağ xalqının müstəqillik hüququnu tanıması” barədə məlumat yaydı. Hətta bu ilin iyulun 5-də BMT komissiyalarında da “Dağlıq Qarabağ xalqının müstəqillik hüququnu” tanıyan sənədin  qəbul olunduğunu bildirdi. Hər ikisi ağ yalandır. Dağlıq Qarabağ münaqişəsini tezliklə həll etmək barədə Azərbaycan və Ermənistanı  məzmunlu öhdəlik götürməyə vadar etmək Avroparlamentin Avropa Şurasına tövsiyə qətnaməsinin əsas mahiyyətidir. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Prezident İlham Əliyev: "Düşmən təxribatına qurban olmuş günahsız övladlarımızın qanı yerdə qalmayacaq"

20 Noyabr 2017 12:04

Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu göndərib. Məktubu Forumun açılış mərasimində Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov oxuyub.

Rusiya-ABŞ münasibətləri Qarabağ münaqişəsinə təsir etmir” - Lavrov

20 Noyabr 2017 11:53

"Rusiya və ABŞ arasında münasibətlər Dağlıq Qarabağ münaqişəsinə təsir etmir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbə və müəllim heyəti ilə görüşdə bildirib. “Qarabağ münaqişəsi ona görə unikaldır ki, Rusiya əleyhinə olan dərin narazılıqlara baxmayaraq, rəsmi Vaşinqtonun münaqişənin həllinə dair mövqeyi dəyişməyib. Bir çox sahələrdə əlaqələr dalana dirənib, lakin Qarabağ nizamlanması üzrə əməkdaşlığa ziyan dəyməyib”, - deyə Lavrov vurğulayıb.

Lavrov: “Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır”

20 Noyabr 2017 11:41

“Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr qurulduqdan sonra münasibətlərin yeni mərhələsi başlayıb”.  Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbə və müəllim heyəti ilə görüşdə bildirib.

Novruz Məmmədov: “Gənclər YAP-a üzv olmağı özlərinə qürur hesab edirlər”

20 Noyabr 2017 11:34

"Ümumiyyətlə Yeni Azərbaycan Partiyası (YAP) haqqında danışarkən birinci növbədə qeyd etmək lazımdır ki, bu təşkilat Cənubi Qafqazın ən böyük partiyasıdır. YAP, XX və XXI əsr miqyasında götürsək, dünyanın ən böyük siyasi və dövlət xadimlərindən biri Heydər Əliyevin təşəbbüsü, iştirakı və xeyir-duası ilə yaradılmış bir partiyadır". Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.