Siyasət

"Azərbaycan ABŞ-la daim dostluq münasibətlərinə doğru irəliləyib"

20 Noyabr 2017 11:10

Azərbaycan gələcəkdə Amerika Birləşmiş Ştatları (ABŞ) ilə parlaq əməkdaşlığa ümid edir. Məlumata görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Vaşinqton Tayms" qəzetində dərc olunmuş məqaləsində deyib.

Amerikalı aktyorlar Mir Cəlalın hekayəsində

20 Noyabr 2017 10:57

Azərbaycanın görkəmli yazıçısı Mir Cəlalın ingilis dilinə tərcümə edilmiş qısa hekayələrindən ibarət kitab Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə təqdim edilib. ADA Universiteti tərəfindən bu il nəşr edilən kitabın ABŞ-da ilk təqdimatı olub. Olaylar.az bildirir ki, təqdimatda xarici ölkələrin baş konsulları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mədəniyyət təsisatlarının nümayəndələri, din xadimləri, jurnalistlər, müxtəlif icmaların üzvləri və digər şəxslər iştirak ediblər.

Naxçıvanda tanklar hərəkətə gətirildi, helikopterlər havaya qaldırıldı 

19 Noyabr 2017 12:14

Azərbaycan Respublikası Silahlı Qüvvələrində keçirilən komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, komanda-qərargah hərb oyunlarının planına uyğun olaraq praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün cəmləşmə rayonlarına çıxarılıb.

Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - ADLAR

18 Noyabr 2017 16:41

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Prezident onlara fəxri ad verdi

18 Noyabr 2017 16:32

Prezident İlham Əliyev “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin:

"Bakı Prosesi"nin 10-cu ildönümü qeyd ediləcək

17 Noyabr 2017 18:10

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycandakı mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıdıb. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir.

Azərbaycan Prezidenti Latviya və Omanın dövlət başçılarını təbrik edib

17 Noyabr 2017 18:08

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Raymonds Veyonisə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 45-ci cildi çapdan çıxıb

17 Noyabr 2017 17:44

"Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq". Bu yazının sərlövhəsinə çıxarılmış sözlər “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 45-ci cildindən götürülüb.

Deputat: Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb

17 Noyabr 2017 17:38

Ermənistanda tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvi ölkədə ağır demoqrafik vəziyyətin mövcudluğunu göstərir. Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Meksika KİV: "Deputatların işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir"

17 Noyabr 2017 15:47

Deputatların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri Meksika-Azərbaycan münasibətlərinə zərər yetirir. Bunu Meksikanın nüfuzlu "Excelsior" qəzeti yazıb.

Lavrov Azərbaycana səfərində nədən danışacaq?

17 Noyabr 2017 15:46

Rusiya Federasiyasının xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcəkRusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.